Azərbaycan ilə Türkiyə arasında dini-mənəvi əlaqələr hər zaman yüksək səviyyədə olub
13.04.2021 [09:08]
Aprelin 12-də Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoralla diplomatik missiyasının başa çatması ilə əlaqədar görüşüb.
QMİ-nin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, şeyxülislam A.Paşazadə Türkiyə ilə Azərbaycan arasında dostluq, qardaşlıq, ali səviyyədə əməkdaşlığın “Bir millət-iki dövlət” prinsipinə uyğun mövcud səviyyəsindən məmnunluğunu ifadə edib, prezidentlər İlham Əliyevin və Rəcəb Tayyib Ərdoğanın qardaşlıq əlaqələrinin dövlətlərimizin, xalqlarımızın mənafelərinə uyğun olaraq yüksələn xətlə inkişafının qəlblərə fəxarət və qürur yaşatdığını dilə gətirib.
Şeyxülislam A.Paşazadə qardaş Türkiyənin səfiri Erkan Özoralı Azərbaycanda fəaliyyətdə olduğu müddət ərzində məhz qardaş qismində qəbul etdiyini, səfirin bütün fəaliyyətinin bunun bariz nümunəsi olduğunu xüsusi qeyd edib. QMİ-nin sədri səfirin Azərbaycanın şanlı Vətən müharibəsi zamanı qardaş Türkiyə dövlətinin Azərbaycanda təmsilçisi olmaq şərəfinə malik olmasını böyük nemət kimi dəyərləndirib. Türkiyə ilə Azərbaycan arasında dini-mənəvi əlaqələrin hər zaman yüksək səviyyədə olmasından qürur duyduğunu bildirən şeyxülislam A.Paşazadə səfirə bu istiqamətdə səylərinə görə təşəkkürünü bildirib.
Səmimi görüşə görə minnətdarlığını bildirən səfir E. Özoral qardaş Azərbaycanda səfir kimi fəaliyyətindən dərin məmnunluğunu, buradakı insanlarla ünsiyyətlərini heç bir vaxt unutmayacağını, tanınmış, nüfuzlu dini lider olan şeyxülislam Allahşükür Paşazadə ilə münasibətlərinə böyük dəyər verdiyini xüsusi vurğulayıb. O, Azərbaycanın Vətən müharibəsindəki Zəfərinin qardaş Türkiyə dövləti üçün də zəfər olduğunu qeyd edərək, bu şərəfli dövrdə səfir olmaq taleyindən qürur və xoşbəxtlik duyduğunu ifadə edib.
Şeyxülislam A.Paşazadə səfiri Azərbaycanın yüksək mükafatı - “Dostluq” ordeni ilə təltif olunması münasibətilə səmimi qəlbdən təbrik edib, ona gələcək fəaliyyətində uğurlar diləyib, hər zaman azərbaycanlıların qəlbində özəl yeri olacağını xüsusi vurğulayıb.
Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam A.Paşazadə qarşıdan gələn Ramazan ayının Azərbaycan və Türkiyə xalqları, dövlətlərimiz üçün yeni uğurlara vəsilə olması üçün dualar edib, ən xoş arzularını bildirib.
Xəbər lenti
Hamısına baxXəbər lenti
18 May 21:49
Xəbər lenti
18 May 21:22
Dünya
18 May 21:07
Dünya
18 May 20:53
İdman
18 May 20:28
Dünya
18 May 20:10
Siyasət
18 May 19:40
İqtisadiyyat
18 May 19:30
İqtisadiyyat
18 May 19:13
YAP xəbərləri
18 May 18:26
YAP xəbərləri
18 May 18:00
Gündəm
18 May 17:58
YAP xəbərləri
18 May 17:55
İdman
18 May 17:26
Gündəm
18 May 17:13
Sosial
18 May 16:11
Siyasət
18 May 16:09
İqtisadiyyat
18 May 16:07
Elm
18 May 15:58
Sosial
18 May 15:41
Gündəm
18 May 15:40
YAP xəbərləri
18 May 14:53
Gündəm
18 May 14:27
Sosial
18 May 14:19
Siyasət
18 May 14:16
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:06
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Dünya
18 May 13:25
Sosial
18 May 13:14
Sosial
18 May 12:30
Elanlar
18 May 12:17
Xəbər lenti
18 May 11:56
Xəbər lenti
18 May 11:22
Siyasət
18 May 11:20
Sosial
18 May 10:51
Dünya
18 May 10:43
Mədəniyyət
18 May 10:34
Siyasət
18 May 10:19
Dünya
18 May 09:54
Dünya
18 May 09:21
Siyasət
18 May 08:37
Siyasət
17 May 23:17
Siyasət
17 May 22:31
İqtisadiyyat
17 May 21:20
Siyasət
17 May 20:49
Xəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Siyasət
17 May 19:48
Dünya
17 May 19:36
Gündəm
17 May 18:58
Sosial
17 May 18:42
Siyasət
17 May 18:37
Gündəm
17 May 18:35
Dünya
17 May 18:17
Gündəm
17 May 17:59
Siyasət
17 May 17:39
Siyasət
17 May 17:36
Dünya
17 May 17:31

