Azərbaycan-Gürcüstan münasibətləri: Regional əməkdaşlıq nümunəsi
24.01.2025 [15:07]
Meydanəli Yolçiyev,
YAP Daşkəsən rayon təşkilatının sədri
Yanvarın 17-də Azərbaycan Prezidenti İlham Əliyev və Gürcüstanın Baş naziri İrakli Kobaxidze Bakıda mətbuata bəyanatlarla çıxış etdilər. Bu görüş iki dövlət arasındakı strateji tərəfdaşlıq əlaqələrinin möhkəmləndirilməsi və regional layihələrin gələcək perspektivlərinin müzakirəsi baxımından mühüm əhəmiyyət kəsb edir.
Prezident İlham Əliyev çıxışında Gürcüstan-Azərbaycan əlaqələrinin tarixi köklərinə və bu münasibətlərin region üçün xüsusi əhəmiyyətinə toxundu. İki ölkənin əsrlər boyu mehriban qonşuluq və qardaşlıq şəraitində yaşadığı vurğulandı. Bu ənənələr hazırda siyasi-iqtisadi və enerji sahələrində sıx əməkdaşlıqla daha da güclənir.
Enerji sahəsində iki ölkənin birgə həyata keçirdiyi Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum və Bakı-Tbilisi-Qars kimi strateji layihələr regionun enerji təhlükəsizliyində həlledici rol oynayır. Prezident İlham Əliyev qeyd etdi ki, Gürcüstan vasitəsilə Azərbaycan hazırda 11 ölkəyə təbii qaz ixrac edir və bu ixrac ildən-ilə artır. Gürcüstanın təbii qaz tələbatının 80 faizindən çoxunun Azərbaycan tərəfindən təmin olunması iki dövlətin qarşılıqlı iqtisadi əlaqələrinin nə qədər vacib olduğunu göstərir. Bununla yanaşı, yaşıl enerji layihələrinin icrası da iki ölkənin müasir enerji strategiyasının prioritetlərindən biridir.
Orta Dəhliz layihəsi isə Gürcüstan və Azərbaycanın tranzit potensialını daha da artıracaq. Hər iki ölkənin nəqliyyat infrastrukturu sahəsindəki rəqəmsallaşma layihələri və koordinasiyalı fəaliyyəti bu dəhlizin uğurla başa çatdırılmasını təmin edəcək.
Görüşdə Gürcüstanda keçirilən parlament seçkilərindən sonra Baş nazir İrakli Kobaxidzenin ilk xarici səfərini Azərbaycana etməsi xüsusi vurğulandı. Bu, iki ölkə arasında siyasi münasibətlərin yüksək səviyyəsini göstərir. Prezident İlham Əliyev “Gürcü Arzusu” Partiyasının seçkilərdəki qələbəsini təbrik edərək, bu uğurun regionda sabitliyin möhkəmləndirilməsi baxımından əhəmiyyətini qeyd etdi.
Azərbaycanın Gürcüstan iqtisadiyyatına 3,6 milyard dollar sərmayə qoyması hökumətlər arasında qarşılıqlı etimadın və sərmayə mühitinin müsbət olmasının göstəricisidir. Bu yatırımlar təkcə iki ölkənin iqtisadi inkişafına deyil, həm də regionun iqtisadi inteqrasiyasına böyük töhfə verir.
İkitərəfli əlaqələrin inkişafında bu dövlətlərin Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələr, iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiya və parlamentlərarası əlaqələr üzrə İşçi Qrupu platformaları vacib rol oynayır. Azərbaycan-Gürcüstan əlaqələri beynəlxalq təşkilatlar çərçivəsində də uğurla inkişaf edir. BMT, ATƏT, GUAM, QDİƏT və digər beynəlxalq platformalarda ölkərimiz bir-birinin milli maraqları ilə bağlı məsələlərə hər zaman həssaslıqla yanaşır və dəstək nümayiş etdirirlər.
Görüşdə, həmçinin Cənubi Qafqaz regionunda sabitliyin qorunub saxlanılması və gələcəkdə daha geniş əməkdaşlıq imkanlarının araşdırılması məsələləri müzakirə olundu. Prezident İlham Əliyev iki dövlət arasındakı əlaqələrin digər qonşular üçün də nümunə olduğunu vurğuladı.
Azərbaycan və Gürcüstan arasındakı münasibətlər təkcə iki ölkə üçün deyil, bütövlükdə region üçün strateji əhəmiyyət daşıyır. Enerji, nəqliyyat və siyasi sahələrdə sıx əməkdaşlıq bu əlaqələrin davamlı inkişafını təmin edir. Gürcüstan Baş nazirinin Azərbaycana səfəri, dostluq münasibətlərinin gələcəkdə daha da möhkəmləndiriləcəyinə işarədir. Bu əlaqələr Avropa ilə Asiya arasında strateji körpü rolunu oynayan iki ölkənin regional və qlobal əhəmiyyətini daha da artıracaq.
Xəbər lenti
Hamısına baxDünya
11 May 23:22
Xəbər lenti
11 May 22:53
Siyasət
11 May 21:14
Dünya
11 May 20:24
Dünya
11 May 19:46
Dünya
11 May 18:40
İdman
11 May 18:19
Dünya
11 May 17:50
Dünya
11 May 17:27
Dünya
11 May 16:56
Sosial
11 May 16:28
Dünya
11 May 15:50
Dünya
11 May 15:22
Dünya
11 May 14:39
YAP xəbərləri
11 May 14:16
Dünya
11 May 13:40
Dünya
11 May 13:19
Dünya
11 May 12:47
YAP xəbərləri
11 May 12:13
Xəbər lenti
11 May 11:56
Hadisə
11 May 11:10
Hadisə
11 May 10:29
Dünya
11 May 09:58
Dünya
11 May 09:22
Dünya
11 May 08:45
Dünya
11 May 08:17
Dünya
11 May 07:50
İdman
11 May 07:24
Xəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Siyasət
10 May 22:06
Dünya
10 May 21:43
YAP xəbərləri
10 May 19:54
Sosial
10 May 19:23
YAP xəbərləri
10 May 18:52
Sosial
10 May 18:45
Siyasət
10 May 17:59
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Xəbər lenti
10 May 15:48
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Siyasət
10 May 13:23
Siyasət
10 May 13:22
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Gündəm
09 May 19:40
Dünya
09 May 19:18
YAP xəbərləri
09 May 18:46
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38

