Yeni Azərbaycan Partiyası ümumxalq partiyasıdır
20.11.2015 [10:04]
1992-ci il noyabrın 21-də Naxçıvan şəhərində yaradılan Yeni Azərbaycan Partiyası (YAP) çox qısa bir müddətdə geniş xalq kütlələrinin böyük rəğbətini qazanaraq ümumxalq partiyasına çevrilib.
Naxçıvan Dövlət Universitetinin (NDU) mətbuat şöbəsindən AZƏRTAC-a bildirilib ki, bu fikir ali təhsil ocağında YAP-ın yaranmasının 23 illiyinə həsr olunmuş konfranslarda vurğulanıb.
Ali təhsil ocağının beynəlxalq münasibətlər və xarici dillər fakültəsində keçirilən konfransı NDU-nun informatika kafedrasının dosenti, riyaziyyat üzrə fəlsəfə doktoru Elşən Məmmədov açaraq qeyd edib ki, 23 il öncə Azərbaycandakı ağır vəziyyət yeni bir siyasi təşkilatın - YAP-ın yaranmasını zərurətə çevirib. Dünya şöhrətli siyasi xadim, Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin yaratdığı partiya ölkəni bəlalardan qurtarıb və inkişaf yoluna doğru istiqamətləndirib.
Konfransda beynəlxalq münasibətlər kafedrasının müdiri, dosent Yusif Hüseynovun “Yeni Azərbaycan Partiyası və Azərbaycanın yüksəlişi”, beynəlxalq münasibətlər ixtisasının III kurs tələbəsi Tuncay Salmanlının “Yeni Azərbaycan Partiyasının gənclər siyasəti”, ingilis dili müəllimliyi ixtisası üzrə I kurs tələbəsi Lalə Rzayevanın “Yeni Azərbaycan Partiyası: yaranması və keçdiyi şərəfli yol” mövzularında məruzələri dinlənilib.
Tibb fakültəsində keçirilən konfransı isə YAP universitet şəhərciyi ərazi ilk təşkilatının sədr müavini, tarix üzrə fəlsəfə doktoru, dosent Şamxal Məmmədov açıb. Natiq vurğulayıb ki, yarandığı gündən YAP-ın əsas məqsədi Azərbaycanın dövlət müstəqilliyinin qorunub möhkəmləndirilməsindən, ərazi bütövlüyünün təmin edilməsindən, demokratik, hüquqi, dünyəvi cəmiyyət qurulmasından, əmin-amanlıq, ictimai-siyasi sabitlik, milli həmrəylik, güclü və sosialyönümlü iqtisadiyyat yaratmaqdan ibarət olub. Partiya ötən müddət ərzində öz məqsədləri istiqamətində inamla fəaliyyət göstərib.
Sonra təməl tibb fənləri kafedrasının müdiri, biologiya üzrə fəlsəfə doktoru, dosent Elsevər Məmmədovun “Yeni Azərbaycan Partiyasının dünəni və bu günü”, Universitet YAP Gənclər Birliyinin sədri, II kurs magistr Elgün Tağıyevin “Ulu öndər Heydər Əliyev və Yeni Azərbaycan Partiyası”, müalicə işi ixtisası üzrə II kurs tələbəsi Bənövşə Qasımovanın “Yeni Azərbaycanın memarı” mövzularında məruzələri dinlənilib.
Növbəti tədbirdə isə NDU-nun informatika kafedrasının dosenti, riyaziyyat üzrə fəlsəfə doktoru Elşən Məmmədov memarlıq və mühəndislik fakültəsində YAP-ın yaranmasının 23 illiyinə həsr olunmuş konfransı açaraq, partiyanın yaranma tarixi haqqında iştirakçılara ətraflı məlumat verib.
Konfransda memarlıq və mühəndislik fakültəsinin dekan müavini, baş müəllim Məmməd Rəcəbovun “Yeni Azərbaycan Partiyasının dünəni və bu günü”, fakültə tələbə YAP gənclər birliyinin sədri, memarlıq ixtisası üzrə IV kurs tələbəsi Hüseynalı Novruzovun “Yeni Azərbaycan Partiyasının qurucusu və memarı”, memarlıq ixtisası üzrə II kurs tələbəsi Anar Sadiqovun “Heydər Əliyevin gənclər siyasəti” mövzularında məruzələri dinlənilib.
Məruzələrdə qeyd olunub ki, ümumxalq partiyasına çevrilən, 600 mindən çox üzvü olan YAP bu müddət ərzində ölkədə keçirilən prezident, parlament və bələdiyyə seçkilərində inamlı qələbələr qazanıb. Ulu öndərin YAP haqqında dediyi “dünənin, bu günün və gələcəyin partiyası” fikirləri bu gün də öz aktuallığını saxlamaqdadır.
Tədbirdə partiyanın keçdiyi tarixi yolu əks etdirən slaydlar nümayiş olunub.
Konfransların sonunda YAP-ın sıralarına yeni qəbul olunmuş tələbələrə üzvlük vəsiqələri təqdim edilib.
Xəbər lenti
Hamısına baxDünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58

