Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / YAP Şəmkir rayon təşkilatı “Heydər Əliyev İli”-nə həsr olunmuş silsilə tədbirlərini davam etdirir

YAP Şəmkir rayon təşkilatı “Heydər Əliyev İli”-nə həsr olunmuş silsilə tədbirlərini davam etdirir

02.02.2023 [11:35]

YAP Şəmkir rayon təşkilatının tədbirlər planına uyğun olaraq Şəmkir Dövlət Aqrar İnkişaf Mərkəzi ərazi partiya təşkilatında “Heydər Əliyev-100 il” adlı tədbir keçirildi.

Tədbirdə YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev, Şəmkir Dövlət Aqrar İnkişaf Mərkəzi ərazi partiya təşkilatının sədri Rəşad Əzizov, YAP Şəmkir rayon təşkilatı Aparatının əməkdaşları və ərazi partiya təşkilatının üzvləri iştirak etdilər.

Tədbirdə ilk öncə Ümummilli Liderin və torpaqlarımızın azadlığı uğrunda qəhrəmancasına şəhid olan əsgərlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Çıxış edən YAP rayon təşkilatının sədri Fəxrəddin Vəliyev 2023-cü il Ümummilli Lider, müstəqil və müasir Azərbaycan dövlətinin memarı Heydər Əliyevin anadan olmasının 100 ili tamam olur. Bununla əlaqədar olaraq, dövlət başçımızın müvafiq Sərəncamı ilə Azərbaycanda 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi mühüm tarixi əhəmiyyət kəsb etdiyini bildirdi.

F.Vəliyev Ulu Öndər Heydər Əliyevin Azərbaycanın müstəqil dövlət kimi mövcudluğunun qorunması və hərtərəfli inkişafı naminə göstərdiyi misilsiz xidmətləri ilə hələ sağlığında xalqımızın qəlbində öz əbədi heykəlini ucaltmışdır. Güclü siyasi iradəsi, qətiyyəti və uzaqgörənliyi, yüksək intellekti, əzmkarlığı və fədakarlığı, zəngin idarəçilik təcrübəsi ilə Vətən qarşısında xilaskarlıq missiyasını uğurla yerinə yetirən Heydər Əliyev adını Azərbaycan tarixinə qızıl hərflərlə yazdığını qeyd etdi və məhz əbədiyaşar liderin müdrik daxili və xarici siyasəti sayəsində Azərbaycan müstəqilliyinin ilk illərində dünyanın siyasi xəritəsindən silinmək təhlükəsindən qurtulmuşdur. Vətəninə və xalqına, milli dəyərlərə və ənənələrə sıx bağlı olan dahi şəxsiyyət dövlətçilik maraqlarına hər zaman xüsusi həssaslıqla yanaşmış və milli mənafeləri hər şeydən üstün tutmuşdur. Qarşılaşdığı ciddi həyati təhlükələrə və təhdidlərə baxmayaraq, Ulu Öndər ən ağır və çətin günlərdə daim xalqın yanında olmuş, Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi yolunda böyük cəsarət və fədakarlıq nümayiş etdirmişdir.

Sonar çıxış edən Şəmkir Dövlət Aqrar İnkişaf Mərkəzi ərazi partiya təşkilatının sədri Rəşad Əzizov müstəqil və qüdrətli Azərbaycanın dinamik, davamlı və hərtərəfli inkişafı Heydər Əliyevin adı ilə bağlı olduğunu vurğuladı. Heydər Əliyevin alternativi olmayan məqsədyönlü siyasi kursu sayəsində ölkəmiz xaosdan sabitliyə, tənəzzüldən tərəqqiyə qədəm qoymuş, müstəqilliyimiz əbədi və dönməz xarakter alaraq güclənmişdir. Hazırda əldə edilən nəhəng uğurlar və möhtəşəm nailiyyətlər Heydər Əliyevin müəllifi olduğu hərtərəfli inkişaf strategiyasının təntənəsidir. Dövlətçiliyimizi möhkəm təməllər üzərində quran, ictimai həyatın bütün sferalarının, o cümlədən iqtisadiyyat, müdafiə, təhsil, səhiyyə, mədəniyyət və incəsənət sahələrinin inkişafında müstəsna xidmətlər göstərən Heydər Əliyev Azərbaycanın quruculuq salnaməsində silinməz izlər qoymuşdur.

Digər çıxış edənlər qeyd etdilər ki, bu gün biz bu izləri Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və rəşadətli Azərbaycan Silahlı Qüvvələrinin əsgər və zabitlərinin qəhrəmanlığı sayəsində 44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfərdə aydın görürük. Eyni zamanda, bu izlər dahi şəxsiyyətin layiqli siyasi varisi Prezident İlham Əliyevin rəhbərliyi ilə bölgədə yeni geosiyasi reallıqlar yaradan Azərbaycanın yazmaqda davam etdiyi şanlı tarixinin bütün müasir səhifələrində də öz təsdiqini tapır. Əminik ki, Heydər Əliyevin zəngin və çoxşaxəli irsi bundan sonra da doğma Azərbaycanın yeni zirvələr fəth etməsi və əzəmətli qələbələr qazanması yoluna gur işıq saçacaq. Bu müqəddəs irsi qoruyub saxlamaq və gələcək nəsillərə ötürmək hər bir azərbaycanlının şərəfli vəzifəsi olduğunu bildirdilər.

Paylaş:
Baxılıb: 539 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31