Şah və mat...
20.07.2023 [11:35]
Hindistanda “doğulan”, dünyaya yayılan oyun
Yeganə BAYRAMOVA
Stolüstü oyunların bəziləri insan xarakterinə mühüm təsirlər göstərir. ?cad olunan oyunlar sırasında elələri də var ki, həm idmana, həm elmə, həm də incəsənətə yaxındır. Eyni zamanda, yaddaşı gücləndirir, diqqəti və səbri artırır, çətin vəziyyətlərdən çıxış yolu tapmaq və ani qərar qəbul etmək vərdişlərini formalaşdırır. Bəli, yəqin ki, söhbətin şahmatdan getdiyini anladınız. Şahmat hər şeydən əvvəl mübarizədir. 64 xanalı taxta lövhə üzərində cansız fiqurlar arasında gedən səssiz-səmirsiz döyüş olan şahmat mübarizəsi insanda təhlil qabiliyyətini artırır, təxəyyülü gücləndirir, dözüm, inad, qətiyyət və dəmir iradə tərbiyə edir. Şahmatda siyasi kombinasiyalar belə mövcuddur. Şahmat sevgisi insanda bədii təxəyüllü belə genişləndirir.
99 il öncə...
Bu gün-iyulun 20-si dünyada Beynəlxalq Şahmat günü kimi qeyd olunur. Bu bayram 1966-cı ildən UNESCO-nun rəsmi bayram günləri təqviminə salınıb. Niyə məhz bu gün? Seçilən tarix heç də təsadüfi deyil. 1924-cü ilin məhz iyul ayının 20-də, Fransanın paytaxtı Paris şəhərində Ümumdünya Şahmat Federasiyası (FİDE) yardılıb. Artıq 99 ildir ənənəyə çevrilən bayram, Azərbaycan da daxil olmaqla dünyanın 178 ölkəsində qeyd olunur.
Şahmat nə vaxt və necə yaranıb?
Şahmat 1500 il bundan əvvəl Hindistanda meydana gəlib və ilk vaxtlar “çaturanq” adlanırdı. Bu oyunun qaydaları vaxt ötdükcə dəyişərək indiki halını alıb. Rəvayətə görə, hind müdriklərindən biri çaturanq oyununu qanlı müharibələrin qarşısını almaq üçün icad edib: Döyüş əməliyyatlarını adi taxta üzərində aparmaq və qələbəni insanın ən güclü silahı - ağılla qazanmaq mümkündürsə, onda nəyə görə qan tökülsün? Bu oyun hind şahzadəsini valeh edir. Şahzadə bu oyunu icad edən şəxsi mükafatlandırmaq məqsədi ilə saraya çağıraraq deyir: Nə arzun varsa, de, yerinə yetirim. Həmin müdrik şəxs birinci xana üçün 1, ikinci xana üçün 2, üçüncü xana üçün 4, dördüncü xana üçün 256 və bu minvalla 64 xananın hər biri üçün həndəsi silsilə ilə artan qaydada buğda istəyir. İxtiraçının istəyinin bir kisə buğdadan çox olmayacağını düşünən şahzadə bu xırda ənamı verməkdən utanır və həmin şəxsə çoxlu qızıl-gümüş təklif edir. Müdrik şəxs bununla razılaşmır. Şahzadə xəzinədarı çağırır və xahişi yerinə yetirməyi əmr edir. Səhəri gün xəzinədar şahzadəyə ixtiraçının istədiyi buğdanın həddən çox olduğunu xəbər verir. Bunun 18 446 744 073 709 551 616, yəni 18 kvintilyon 446 kvadrilyon 744 trilyon 73 milyard 709 milyon 551 min 616 buğda dənəsi etdiyini deyir. Bu qədər buğdanı bir yerə yığmaq üçün hündürlüyü 4 metr, eni 10 metr, uzunluğu isə 30 milyon kilometr olan anbar gərəkdir. Şahzadə heyrətlənir və müdrik insanın ağlına bir daha heyran qalır.
Azərbaycanda şahmatın inkişaf tarixi
Azərbaycanda şahmatın intellektual idman növü kimi tarixi qədim zamanlara gedib çıxır. Ölkəmizdə şahmat oyunu özünü təsdiq edənə qədər böyük inkişaf yolu keçib. Tədqiqatçıların fikrincə, şahmatın ilk forması olan çətrəngin əsrlər boyu təkmilləşdirilib şətrənc (şahmatın ikinci inkişaf mərhələsi) halına salınmasında, həmçinin şətrəncin inkişaf etdirilib müasir şahmata çevrilməsində böyük əmək sərf etmiş xalqlardan biri də azərbaycanlılar olub. Azərbaycan xalqının görkəmli elm, sənət adamları hələ qədim zamanlarda uzaq Hindistanda şahmatın yaradılması ilə maraqlanmış, onun başqa ölkələrə yayılmasını daim izləmiş və özləri də VI əsrin axırlarında həmin oyunla yaxından məşğul olmuşlar. Lakin o dövrün şahmat oyunçularından heç kəsin adı bizə məlum deyil.
İlk azərbaycanlı şahmatçı
Orta Asiya əlyazmasında adı çəkilən ilk Azərbaycan şahmatçısı Cəlaləddin Naxçıvanidir (IX əsr). Bu qədim əlyazmada Qədim Orta Asiyada peşəkar oyunu ilə hamını heyran edən Cəlaləddin Naxçıvaninin adı orta əsrin ən görkəmli şahmatçıları ilə bir sırada çəkilir. Xaqani Şirvani (XII əsr), Nizami Gəncəvi (XII əsr), İmadəddin Nəsimi (XIV əsr), Məhəmməd Füzuli (XVI əsr) kimi dahi mütəfəkkirlərimiz öz əsərlərində şahmatı tərənnüm edib, onun haqqında mənalı, dərin fikirlər söyləyiblər. XI əsrdə yaşamış görkəmli mütəfəkkirimiz Qətran Təbrizinin əsərlərində o dövrün şahmatı haqqında maraqlı məlumatlar verilib.
Dövrün digər böyük mütəfəkkiri Xaqani Şirvani də əsərlərində Azərbaycanda şahmat mədəniyyətinin geniş yayılması haqqında çox əhəmiyyətli məlumatlar verib. XII əsrin böyük şairələrindən Məhsəti Gəncəvi şahmat oynamağı sevirmiş. O, Şərqin şahmat oyunu ilə maraqlanan ilk qadınlarından biri hesab olunur. Hətta bəzi mənbələrdə Məhsəti Gəncəvinin dövrünün qabaqcıl şahmat ustalarından biri olduğu vurğulanıb.
Böyük alim, mütəfəkkir və dahi şairimiz Nizami Gəncəvi də şahmat mədəniyyətinə çox böyük əhəmiyyət verirdi. Onun əsərləri təkcə Azərbaycanda deyil, ümumiyyətlə, bütün Şərq ölkələrində şahmatın tarixini öyrənmək üçün son dərəcə qiymətli material hesab olunur. Nizami şahmatın adını ilk dəfə “Xosrov və Şirin” poemasında çəkib.
Şahmatçılara diqqət və qayğı...
1926-cı ildə şahmat üzrə Bakı, 1934-cü ildə isə ilk Azərbaycan çempionatı keçirilib. Ötən əsrin 70-ci illərindən başlayaraq, Azərbaycanda şahmata dövlət səviyyəsində xüsusi qayğı göstərilib. Ulu öndər Heydər Əliyevin rəhbərliyi altında Azərbaycan Sovet İttifaqında şahmata olan diqqəti ilə seçilən bir respublika idi. Hələ o dövrdə 60-a yaxın uşaq-gənclər şahmat məktəbi tikilib istifadəyə verilmişdi. Bu, daha çox gələcəyə istiqamətlənmiş bir addım idi. Ulu Öndərin məqsədyönlü fəaliyyəti çox keçmədi ki, öz bəhrəsini verdi. Azərbaycanın ilk beynəlxalq qrossmeysteri, İslam dünyasında isə qadınlar arasında ilk beynəlxalq qrossmeyster adını həmyerlimiz Aynur Sofiyeva qazandı. 1993-cü ildən etibarən şahmatın inkişafı müstəqil dövlət siyasətinin tərkib hissəsinə çevrildi. Azərbaycan şahmatçıları dünya şahmat tarixinə ilkləri ilə imza atdılar. 1991-ci ildən sonra müstəqil Azərbaycan şahmatının tarixində ilk dəfə olaraq ölkəyə birinci qızıl medalı Qədir Hüseynov gətirmişdi. 1994-cü ildə o, 8 yaşındaykən Ruminiyada keçirilən uşaqlar arasında Avropa çempionatında birinci yeri tutduqdan sonra dünyanın ən gənc FİDE ustası kimi “Ginnesin Rekordlar kitabı” na düşmüşdü. 2001-ci ildə Teymur Rəcəbov 14 yaşında ikən dünyanın ən gənc qrossmeysteri rekordunu yeniləmişdi. O, şahmat vunderkindi hesab olunur. Teymur Rəcəbov
2003-cü ildə Harri Kasparova qalib gələrək dünya çempionunu məğlub edən ən gənc şahmatçı kimi şahmat tarixinə düşdü.
Azərbaycan şahmatına böyük uğurlar qazandıran mərhum şahmatçımız Vüqar Həşimovun da adı xüsusi vurğulanmalıdır. O, dünyanın ən qabaqcıl, Azərbaycan tarixinin ən böyük şahmatçılarından biri olub.
Qeyd edək ki, psixologiyada şahmat yaddaşı gücləndirmək üçün əla bir vasitə kimi tez-tez xatırlanır. Şahmat həqiqətən sirli bir aləm, möcüzələr dünyasıdır. Bu oyun, həmçinin çətin tapşırıqları həll etmək və yeni ideyalar yaratmaq imkanı verir. Təəccüblü deyil ki, altsqeymer xəstələrinə qarşı mübarizə metodu kimi şahmat oynamağı tövsiyə edirlər.
Xəbər lenti
Hamısına baxSiyasət
21 May 11:39
İqtisadiyyat
21 May 11:13
Gündəm
21 May 10:56
Gündəm
21 May 10:34
YAP xəbərləri
21 May 10:28
Analitik
21 May 10:12
İqtisadiyyat
21 May 09:55
Analitik
21 May 09:38
Sosial
21 May 09:14
Sosial
21 May 08:50
Sosial
21 May 08:31
Sosial
21 May 07:08
İdman
21 May 07:00
Sosial
20 May 23:31
Dünya
20 May 23:18
Xəbər lenti
20 May 22:46
Elm
20 May 22:14
Xəbər lenti
20 May 21:52
Dünya
20 May 21:25
Dünya
20 May 20:49
Dünya
20 May 20:17
Dünya
20 May 19:50
Dünya
20 May 19:22
Xəbər lenti
20 May 18:43
Xəbər lenti
20 May 18:30
Elanlar
20 May 18:26
Xəbər lenti
20 May 17:35
YAP xəbərləri
20 May 17:22
YAP xəbərləri
20 May 17:06
Xəbər lenti
20 May 16:28
YAP xəbərləri
20 May 16:02
YAP xəbərləri
20 May 15:44
Sosial
20 May 15:37
Xəbər lenti
20 May 15:19
YAP xəbərləri
20 May 15:02
Elm
20 May 15:01
Xəbər lenti
20 May 14:58
Sosial
20 May 14:55
Xəbər lenti
20 May 14:54
YAP xəbərləri
20 May 14:29
İqtisadiyyat
20 May 14:27
Sosial
20 May 14:23
Mədəniyyət
20 May 14:19
Gündəm
20 May 14:13
Hərbi
20 May 14:12
YAP xəbərləri
20 May 14:11
Sosial
20 May 13:50
Dünya
20 May 13:36
Gündəm
20 May 12:41
Sosial
20 May 12:40
Sosial
20 May 12:39
Gündəm
20 May 12:19
Xəbər lenti
20 May 12:13
Xəbər lenti
20 May 12:12
İqtisadiyyat
20 May 12:04
Dünya
20 May 12:03
Mədəniyyət
20 May 11:58
Gündəm
20 May 11:52
Siyasət
20 May 11:51
İdman
20 May 11:38
Gündəm
20 May 11:37
Sosial
20 May 11:36
Xəbər lenti
20 May 11:31
YAP xəbərləri
20 May 11:19
Gündəm
20 May 11:15
Gündəm
20 May 10:53
YAP xəbərləri
20 May 10:40
İqtisadiyyat
20 May 10:39
Siyasət
20 May 10:14
Müsahibə
20 May 10:14

