148 yaşlı mətbuatımız!
21.07.2023 [10:50]
Azərbaycan mətbuatının inkişaf yolu qürur mənbəyidir...
Azərbaycanda milli mətbuatın, ana dilində ilk qəzetin nəşrə başlamasının 148-ci ili tamam olur. 1875-ci ilin 22 iyulunda görkəmli maarifçi, publisist Həsən bəy Zərdabinin əsasını qoyduğu “Əkinçi” qəzeti ilə xalqımızın milli oyanışında yeni səhifə açıldı. Azərbaycan milli mətbuatının zəngin inkişaf yolu ictimai fikir tariximizin mühüm bir hissəsidir. Milli mətbuatımız “Əkinçi” ilə başlanan maarifçilik, yeniləşmə, çağdaş mədəni təfəkkür xəttini davam etdirərək xalqımızın milli özünüdərkində, milli oyanış prosesində müstəsna rol oynayıb. Mətbuat özlüyündə cəmiyyətin aynası, ictimai şüurun, mənəviyyatın inikasıdır. Bu baxımdan Azərbaycan milli mətbuatı tarixinin ilk anlarından etibarən həm də milli-mənəvi dəyərlərimizin daşıyıcısı, fəal təbliğatçısı və qoruyucusu kimi məsul bir missiyanı da yerinə yetirib.
Yeri gəlmişkən, dünən Azərbaycan milli mətbuatının 148 illiyinə həsr olunmuş “Media qlobal transformasiyalar dövründə: ənənələrdə varislik, jurnalistika prinsipləri və ictimai maraqlar” mövzusunda konfrans keçirilib. Konfrans Azərbaycan Respublikası Audiovizual Şurasının, Medianın İnkişafı Agentliyinin (MEDİA) və Mətbuat Şurasının birgə təşkilatçılığı ilə reallaşıb. Tədbir Dövlət Himninin səsləndirilməsi və ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olmuş Vətən övladlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Ulu Öndərin diqqət və qayğısı...
Konfransda çıxış edən Mətbuat Şurasının sədri Rəşad Məcid ulu öndər Heydər Əliyevin mediaya diqqət və qayğısından danışıb. O, bildirib ki, ulu öndər Heydər Əliyevin sovet vaxtı həyata keçirdiyi işlər məhz müstəqillik yolunda atılmış addımlar idi: “Müstəqillik dövründə Ümummilli Liderin mətbuata verdiyi önəmin şahidi olduq. Həmin dövrdə 100 ildən artıq mövcud olan senzura ləğv edildi, mətbuat üçün yeni şərait yaradıldı. Mətbuatın özünü tənzimləməsi istiqamətində qərarlar, qanunlar qəbul edildi. Ulu Öndər, həmçinin mətbuat nümayəndələri ilə mütəmadi görüşlər keçirirdi”.
R.Məcid qeyd edib ki, Ümummilli Liderin mətbuatla bağlı həyata keçirdiyi tədbirlər onun siyasi varisi Prezident İlham Əliyev tərəfindən davam etdirilir: “Müasir dövrdə media sahəsində islahatların dərinləşməsi, Medianın İnkişafı Agentliyinin yaranması, “Media haqqında” yeni Qanunun qəbulu dövlət başçısının bu sahəyə verdiyi qiymətin təzahürüdür”.
Dərinləşən islahatlar...
Medianın İnkişafı Agentliyinin şöbə müdiri Natiq Məmmədli diqqətə çatdırıb ki, Zəfərlə başa çatan Vətən müharibəsindən dərhal sonra Azərbaycan Prezidentinin təşəbbüsü ilə ölkəmizdə media sahəsində islahatların dərinləşməsi prosesi başladı. Bu islahatlar medianın inkişafının dövlətimiz üçün önəminin göstəricisi idi.
O, bildirib ki, “Media haqqında” Qanunun və aparılan islahatların bu sahəyə gətirdiyi yeniliklərdən biri bütün media subyektlərinin biznes mühitinə keçidini sürətləndirmək idi: “Bu islahatlarla Azərbaycan mətbuatında vergi tətilləri tətbiq edildi, media reyestri yaradıldı. Media qanunvericiliyinin təkmilləşdirilməsinin, media islahatlarının əsas məqsədi bu sahədə inkişafa nail olmaqdır. Bu proses davamlı xarakter daşıyacaq”.
Jurnalistlərin üzərinə böyük məsuliyyət düşür
Audiovizual Şuranın sədri İsmət Səttarov qeyd edib ki, XIX əsrdə “Əkinçi” qəzetinin çapı ilə möhkəm təməllər üzərində bünövrəsi qoyulan Azərbaycan mətbuatı XXI əsrdə də öz missiyasını uğurla davam etdirir: Azərbaycan ikinci dəfə müstəqillik əldə etdikdən sonra zamanın bütün sınaqlarından üzüağ çıxan milli mətbuatımız üçün də yeni dövr başlayıb. Mediamızın bu dövrünün ulu öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu söyləyən İ.Səttarov deyib ki, Ümummilli Liderin siyasətini uğurla davam etdirən Prezident İlham Əliyev mediaya doğma münasibət sərgiləyib: “Dövlət başçısının diqqəti nəticəsində mediaya sistemli dəstək göstərilir. Media sahəsində aparılan bütün islahatların kökündə dayanan amil isə dövlətə və dövlətçiliyə xidmət, medianın inkişafına nail olmaqdır. Bu gün peşə bayramını iş başında keçirən jurnalistlər həm cəmiyyəti informasiya ilə təmin edirlər, həm də Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında böyük rol oynayırlar. İnformasiya və kommunikasiya texnologiyalarının sürətlə inkişaf etdiyi dövrdə media işçilərinin üzərinə daha böyük məsuliyyət düşür: Qloballaşan dünyada qlobal təhdidlərə qarşı çıxmaq, texnoloji inkişafın verdiyi bütün imkanlardan istifadə edərək Azərbaycan həqiqətlərini dünyada səsləndirmək. Düşünürəm ki, jurnalistlərimiz, media nümayəndələrimiz bu missiyanın öhdəsindən fəxrlə və böyük məsuliyyətlə gələcəklər”.
Panel iclasları keçirilib...
Sonra Mətbuat Şurasının sədr müavini Səadət Məmmədovanın moderatorluğu ilə “Azərbaycanın milli mətbuatı: ənənə və müasir trendlər” mövzusunda panel iclas keçirilib. İclasda “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı “Milli mənlik şüurumuzun oyanışı və müstəqil dövlət quruculuğunda medianın rolu”, “Xalq qəzeti”nin baş redaktoru Əflatun Amaşov “Ulu Öndər Heydər Əliyevin media islahatları: qanunvericilik və plüralizm”, Medianın İnkişafı Agentliyinin əməkdaşı Pərvanə İbrahimova “Media savadlılığı cəmiyyətin informasiya təhlükəsizliyinin vacib elementi kimi”, Jurnalistlərin Həmkarlar İttifaqının rəhbəri Müşfiq Ələsgərli “Jurnalist peşəkarlığında xarici standartlar: beynəlxalq media qurumları ilə təmaslar və təcrübə mübadiləsi” mövzularında çıxış ediblər.
Konfrans işini “APA Holdinq”in rəhbəri Vüsalə Mahirqızının moteratorluğu ilə “Mediada müasir transformasiya, informasiyalı cəmiyyət amili və ictimai maraqlar” adlı panel iclası ilə davam etdirib. İclasda Audiovizual Şuranın Aparat rəhbəri Fazil Novruzovun “Müasir Audiovizual kontent: ənənəvilik və müasirlik”, Naxçıvan Muxtar Respublikasının “Televiziya və Radio Verilişləri” QSC-nin sədri Sahil Tahirlinin “Naxçıvan mətbuatı tarixdən bu günə və müasir tendensiyalar”, “Technote” şirkətinin rəhbəri Fərid Pərdəşünasın “Süni intellekt jurnalistikanı necə dəyişir?” və “Aran” qəzetinin baş redaktoru Məhsəti Musanın “Bölgə mediasının fəaliyyətində yeni xüsusiyyətlər” mövzularında məruzələri dinlənilib.
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14
Maraqlı
12 İyun 19:56
Dünya
12 İyun 19:21
Dünya
12 İyun 18:35
Dünya
12 İyun 17:59
Dünya
12 İyun 17:24
Dünya
12 İyun 16:41
Dünya
12 İyun 16:14
İqtisadiyyat
12 İyun 15:47
Siyasət
12 İyun 15:47
Sosial
12 İyun 15:47
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:45
İdman
12 İyun 15:30
İqtisadiyyat
12 İyun 15:23
Dünya
12 İyun 15:06
Dünya
12 İyun 14:45
İqtisadiyyat
12 İyun 14:43
İdman
12 İyun 14:42
Dünya
12 İyun 14:41
Dünya
12 İyun 14:41
YAP xəbərləri
12 İyun 14:40
YAP xəbərləri
12 İyun 14:30
YAP xəbərləri
12 İyun 14:28
Dünya
12 İyun 14:19
YAP xəbərləri
12 İyun 14:04
Dünya
12 İyun 13:57
YAP xəbərləri
12 İyun 13:54
Dünya
12 İyun 13:35
Elm
12 İyun 12:48
Sosial
12 İyun 12:48
YAP xəbərləri
12 İyun 12:37
Xəbər lenti
12 İyun 12:37
Siyasət
12 İyun 12:22
Gündəm
12 İyun 12:21
YAP xəbərləri
12 İyun 12:13
Sosial
12 İyun 12:11
Dünya
12 İyun 12:10
Gündəm
12 İyun 11:59
Siyasət
12 İyun 11:57
YAP xəbərləri
12 İyun 11:54
İqtisadiyyat
12 İyun 11:49
İqtisadiyyat
12 İyun 11:48

