Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Ermənistanın kommersiya maraqları

Ermənistanın kommersiya maraqları

21.07.2023 [11:30]

Regionun təhlükəsizliyi təhdid altındadır

Günel ABBAS

Yer kürəsinin ekosistemi təhlükə altındadır. Bütün dünyanın ətraf mühiti qorumaq, ekologiyaya dəyən zərərləri aradan qaldırmaq, azaltmaq üçün mübarizə apardığı bir zamanda Azərbaycanın təbii sərvətləri, eləcə də Cənubi Qafqazın ətraf mühiti Ermənistan tərəfindən bilərəkdən və planlı şəkildə məhv edilir. Azərbaycanda fəaliyyət göstərən vətəndaş cəmiyyəti təşkilatları bu barədə Ermənistanın baş naziri Nikol Paşinyana açıq məktub göndərdikdən sonra beynəlxalq ictimaiyyəti də məlumatlandırıb.

“Sağlam İnkişaf və Maarifləndirmə” İctimai Birliyinin sədri Anar Xəlilov bildirib ki, uzun illərdir Ermənistanda fəaliyyət göstərən müəssisələrin fəaliyyəti nəticəsində Azərbaycan ərazilərində ətraf mühitə güclü zərərlər vurulub və proses hələ də davam edir. Onun sözlərinə görə, həmin müəssisələrdən axıdılan çirkab sular çayları çirkləndirir, təbiətə mənfi təsir göstərir: “Nəzərə alsaq ki, çaylardan əhali içməli su və kənd təssərüfatında suvarma kimi istifadə edir, onda bu cinayətkar əməlin mahiyyəti daha aydın təsvir olunur. Ermənistan BMT və beynəlxalq konvensiyaları ciddi şəkildə pozaraq demək olar ki, onları heçə sayır. Bu məsələ artıq on illərdir Azərbaycan dövləti və vətəndaş cəmiyyəti səviyyəsində beynəlxalq ictimaiyyətə çatdırılsa da, ciddi reaksiyanın şahidi olmamışıq. Ermənistanın bu cinayətkar əməllərinin mənfi təsiri təkcə Azərbaycana zərər vurmur. Bütün Cənubi Qafqazda ekoloji vəziyyəti pisləşdirir. Dünyada əsas problemlərdən biri ekoloji vəziyyətlə bağlıdır. Planetin eko-sistemi insanların əməlləri nəticəsində onsuz da bərbad vəziyyətə düşməkdədir”.

A.Xəlilov vurğulayıb ki, müraciətin əsas mahiyyəti Ermənistanın cinayətkar əməllərinin təkcə bizə yox, planetimizə vurduğu ziyanı beynəlxalq aləmə çatdırmaqdır: “Təəssüflər olsun ki, 30 il erməni işğalına göz yuman beynəlxalq aləm bu gün Ermənistanın ekoloji cinayətinə də göz yumur. Lakin torpaqlarımızı davamlı mübarizəmizlə özümüz azad etdiyimiz kimi bu məsələdə də Ermənistanı cinayət əməlinə görə cəzalandırmağa nail olacağıq. Bütün dünya bu vəhşi tayfanın 30 il ərzində işğalda saxladıqları torpaqlarımızda törətdikləri vandalizmi seyr edib. Bu tayfaya hədiyyə olunan Ermənistan respublikasını “dövlət” saymaq olmaz. Əgər dövlət olsaydı, imzaladığı beynəlxalq konvensiyalara hörmət edərdi. Bunlar bir qrup quldurlardır. Köhnə texnologiyalarla dağ-mədən sanayesini mənimsəyərək, vəhşicəsinə pul qazanır, ətraf mühiti məhv edirlər. Onların mövcüd müəssisələrinin heç biri müasir standartlara cavab vermir. Çalışmalıyıq ki, digər qonşu dövlətlər də bu məsələdə bizimlə həmrəylik nümayiş etdirsinlər. Həmçinin beynəlxalq ekspertlərin bu müəssisələri monitorinq etmələrinə nail olaq”.

Azərbaycan vətəndaş cəmiyyəti təşkilatları Birləşmiş Millətlər Təşkilatına (BMT) və beynəlxalq ictimaiyyətə müraciət etməklə Ermənistanın dağ-mədən şirkətlərinin bütün Cənubi Qafqaz regionuna və ümumilikdə, qlobal ekosistemə vurduğu böyük ziyana diqqət çəkməyə çalışır. Ermənistanın uzun illər ərzində bu sahədə qeyri-şəffaf, standartlardan uzaq, riskləri nəzərə almayan fəaliyyəti vəziyyəti artıq fəlakət həddinə çatdırıb.

“Prioritet” Sosial İqtisadi Araşdırmalar Mərkəzi İctimai Birliyinin sədri Zaur İbrahimli bildirib ki, illərdir Azərbaycan ictimaiyyətinin, ekoloqlarının və hökumətinin təqdim etdiyi, Oxçuçayın böyük həcmdə çirkləndirilməsi ilə əlaqədar obyektivliyi şübhə doğurmayan, beynəlxalq akkreditasiyaya malik xarici laboratoriyaların təsdiqlədiyi sübutlara baxmayaraq, Ermənistana münasibətdə sərt tədbirlər görülməyib. Ermənistanın region ölkələrinin əhalisinin sağlamlığını təhdid edən bu məsuliyyətsiz davranışına göz yumulur. Bu məsələdə BMT və onun ixtisaslaşmış təşkilatları, ətraf mühit məsələləri ilə məşğul olan beynəlxalq qurumlar məsuliyyət daşıyırlar. Onlar öz səlahiyyətləri, beynəlxalq konvensiyalar çərçivəsində Ermənistanın cavab verməli olduğunu, rəsmi İrəvandan hesabat tələb etməlidirlər.

“Bütün regionun ekoloji təhlükəsizliyi bir neçə şirkətin və ya Ermənistanın siyasi rəhbərliyinin kommersiya maraqlarına qurban verilə bilməz. Azərbaycan vətəndaş cəmiyyəti bunun belə olduğunu sübutlarla nümayiş etdirir və beynəlxalq təşkilatları məsuliyyətə çağırır. Azərbaycan vətəndaş cəmiyyətinin, ekoloqlarının davamlı və israrlı çağırışları artıq bu problemləri aktuallaşdırıb, region ölkələri bu məsələlərə xüsusi diqqət ayırmağa başlayıblar. İndi növbə beynəlxalq təşkilatlarındır. Onlar konkret addımlar atmalı və Ermənistanın cinayətlərinə göz yummamalıdırlar. Düşünürəm ki, Azərbaycan vətəndaş cəmiyyəti bu məsələdə israrlı mövqedədir və bu istiqamətdə təşəbbüslərini davam etdirəcək”.

Paylaş:
Baxılıb: 496 dəfə

Xəbər lenti

Hamısına bax
Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31