Hidayətin “Burdan min atlı keçdi” kitabından seçmələr...
01.08.2023 [23:18]
CƏLAL ƏLİYEV
(1931-2001)
Uzun illər, qısa fasilələrdə Nüvədi kənd orta məktəbinin direktoru, 13 ildən çox Nüvədi kolxozunun sədri vəzifəsində çalışdı.
İqtisadçı alim, elmlər namizədi idi. Təkcə Mığrıda deyil, ümumiyyətlə, respublikada elmi dərəcəsi olan tək-tük kolxoz sədrlərindən biriydi. Açığı, hərdən mənə çox qəribə gəlirdi ki, belə parlaq, işıqlı bir insanı kolxoza, təsərrüfata bağlayan nə ola bilər? Axı, Cəlal müəllim həyatını başqa istiqamətdə də qura bilər: universitet auditoriyaları, şəhər həyatı və başqa cəlbedici perspektivlərə sahib olardı.
Bu sualın cavabını onun özü ilə, həyat tərzi ilə tanış olandan sonra müəyyənləşdirə bildim. Əmin oldum ki, onu kolxoz təsərrüfatına cəlb edən karyerist maraqlar yox, torpağa bağlılıq və ata-baba yurduna sonsuz sevgisi idi.
Cəlal müəllim təpədən-dırnağa təbiət adamı, təbiət adamı olduğu qədər də çox təbii idi. Daşıdığı vəzifənin formatı onu bürokratik çərçivəyə sala bilməmişdi. Ziyalılığını, vətənpərvərliyini, milli təəssübkeşliyini qoruyurdu. Zəhmət adamları ilə rəftarında qeyri-adi bir səmimiyyət vardı. Onu nadir hallarda kabinetində tapmaq olardı: yaz-yay mövsümü Nüvədinin yaylaqları, biçənəkləri, payızda kolxozun kövşənləri, qışda mal-qaranın qışlaq sahələri onun əsas iş yeri idi.
O, Nüvədinin dağı-dərəsi, yolu-izi, bağ-bağatı, çölü-meşəsi, camaatı ilə nəfəs alırdı.
Cəlal müəllim kommunist idi. Şübhəsiz ki, o illərdə hamı kimi o da ateist tərbiyəsi almışdı. Ancaq tutduğu mövqeyə rəğmən Allaha inancını açıq ifadə etməkdən çəkinmirdi. Adət-ənənələrimizə sayğıyla yanaşır, yeri gələndə dini ritualları yerinə yetirirdi. Nüvədi kəndi aran hesab edilirdi. Bəzən elə olurdu ki, həftələrlə yağış yağmır, uzun quraqlıq dövrü yaşanırdı. Nəticədə Nüvədi çayının suyu azalır, camaatı içməli su ilə təmin edən Dəhnə bulağı isə yerli-dibli quruyurdu. Belə vaxtlarda Cəlal müəllim kənd ağsaqqallarını başına toplayıb, Nüvədinin Araza tərəf aşağı hissəsində, Sələnc deyilən yerdə müsəlliyə çıxardı. Qurbanlar kəsdirir, yağış duası oxunurdu. Qeyd edim ki, müsəlli İslamdan çox-çox əvvələ gedib çıxan qədim tarixi olan bir ayindir. Onun icrası belədir: təbii fəlakətdən - quraqlıqdan, seldən-daşqından əziyyət çəkən insanlar hündür bir dağa qalxır, əl-ələ tutub dövrə vurur, Allahdan mərhəmət, şəfqət diləyirlər. Əlbəttə, Cəlal müəllimin belə davranışı o dövrün ideoloji tələblərinə heç cür uyğun gəlmirdi və bu, birbaşa onun müstəqil düşüncəsi ilə bağlı idi.
Həsən Musayev Cəlal müəllimlə bağlı maraqlı bir əhvalat danışırdı. Zəngilanda yaşayan Seyid Həsən Ağa (o dövrünün sayılıb-seçilən, qayim-qədim kişilərindən biri idi. Yalnız Zəngilanda deyil, bütün Zəngəzurda söz və nüfuz sahibi, ağır seyid kimi tanınır, qəbul olunurdu. İndinin özündə “Seyid Həsən Ağanın cəddi” and-inam yeri kimi işlədilir) Cəlal müəllimə bir kürk bağışlayıbmış. Cəlal müəllim hər yerə, Mığrıya, hətta Rayon Partiya Komitəsinə gedəndə belə həmin kürkü geyirmiş. O vaxt Mığrı Rayon Partiya Komitəsinin birinci katibi olan Yurik Arakelyan da hər dəfə iradını bildirirmiş: “Bura kolxoz idarəsi deyil, partiya aparatıdır, sən bizi nə hesab eləyirsən, rəngi bozarıb, didilib-tökülən bir kürkü çiyninə atıb qəbula gəlirsən.” Həsən müəllim deyirdi ki, Arakelyanın iradı elə irad olaraq qalırdı. Cəlal müəllim mənlə ikilikdə olanda, - Seyid Həsən Ağanın cəddi buların (erməniləri nəzərdə tuturdu) belini qırsın. O boyda kişi əyninin kürkünü çıxarıb mənə etibar eləyib, mən bu dığaların sözünə görə ondan imtina eləməyəcəm ki?...
Seyid Həsən Ağa da Seyid Həsən Ağa idi!
Tələbəlik illərində, deyəsən 1967-ci il idi, Bakıdan İrəvana gedirdim. Qatar vağzaldan tərpənən kimi yol bələdçisi başımızın üstünü kəsdi, biletləri yoxlamağa hələ macal tapmamış tələm-tələsik kimin hara getdiyini soruşmağa başladı. Yəqin biletsiz müştəriləri vardı, ya yolda olacaqdı, onları da yerləşdirmək hayındaydı. Kupedə dörd nəfərdik. Mən təbii ki, “İrəvana” - dedim. Kupedəkilərdən hər biri öz mənzil başını söylədi. Qatar vağzaldan aralandı, Bakıdan çıxdı, sürət götürdü, özümüzü yoldakı kimi hiss edib bir az rahatlaşdıq. Üzbəüz əyləşmiş orta yaşlarında, o anacan bir kəlmə kəsməyən kişi məndən soruşdu:
- Necəsiz?
- Yaxşıyam.
- Maraqlı, cazibədar ifadələrlə dolu, nurlu sifətinə, gözlərinə diqqətlə baxa-baxa qaldım, yadıma sala bilmədim, - təşəkkür edirəm, - söylədim.
- Süsənbər bacım necədir? - Anamı soruşurdu.
- Yaxşıdır.
- Qüdrət müəllim necədir? - Böyük qardaşımı soruşurdu.
- Yaxşıdır.
Bir daha zənnimi diqqətlə, dərindən aradım, belə yetkin, bütöv, oturuşub-duruşmuş insana “bağışlayın, Sizi tanıya bilmədim” deməyə ürəyim gəlmirdi, şübhəsiz, özü də bunu hiss etdi.
- Mən Seyid Həsənəm, Siz tanımazsınız, mən son dəfə Xuduş qardaşımın qonağı olanda sən balaca uşaq idin, 2-3 yaşındaydın, indi də gözümün qabağındasan.
- Bəs 2-3 yaşlı uşağı 20-21 il sonra necə tanıdınız? - Heyrətimi gizlədə bilməyib, birbaşa soruşdum, - özü də eşidə-eşidə - mən İrəvana gedirəm, Mığrıya yox.
- Duyumumla tanıdım, nəsli-soyunuzla tanıdım, - sonra yavaşca, - sizin nəsli tanımamaq olmaz. Bilirsiniz, Sizin atanızın əsil adı Xudaverdi olub.
- Bilirəm. Mən Sizin haqqınızda evimizdə çox xoş sözlər eşitmişəm. Bizim ailədə Siz müqəddəs insansınız. Bütün Mığrı dərəsi, Arazboyu kəndlər Sizin cəddinizə and içirlər.
- Allah niyyətlərini yerinə yetirsin. Ancaq Maralzəmisinə gəlmək istəyirəm.
O dövrün çox ağsaqqalları, yaşlı ziyalıları bizim kəndimizə “Maralzəmi” yox, “Maralzəmisi” deyirdilər. Bu da göstərir ki, ora həqiqətən Maral oylağı - zəmisi olub. Maralzəminin hər tərəfi isə zəmilərdən ibarət idi.
- Buyurun, havaxt istəsəniz - bizim ailənin əziz qonağısınız. Xəbərim olsa, mən də gələrəm. Sizi dinləməyə çox ehtiyacım var.
Seyid də, mən də bir andaca yoldaşlarımıza baxdıq: ikisi də maddım-maddım, maraqla bizi dinləyirdi. Sonra Seyid bilərəkdən, təvazökarlıqdan söhbətin yönünü dəyişdi, başqa mövzuda danışmağa başladı, ancaq qatar Zəngilana çatandan sonra da mən onun duyumunun, söhbətinin təsiri altındaydım, indiyənəcən də unutmuram.
Heyif, sonra o, Maralzəmiyə, Mığrıya gələ bilmədi, biz daha görüşmədik, ancaq müqəddəs insan kimi indiyəcən yaşayır mənim qəlbimdə, yaddaşımda yaşayır.
Bu epizodu xatırlamaqla həm də onu demək istəyirəm: Cəlal müəllim bilirdi kimin kürkünü geyinib, kimin kürkünü daşıyır. Seyid Həsən Ağanın kürkü ağırdır, onu hər adam daşıya bilməz. Həm də bu epizod ona görə dəyərlidir ki, Qərbi Azərbaycandakı soydaşlarımız qəddar sovet rejimində, millətçi-şovinist, anti-türk, anti-müsəlman erməni ideologiyasının içində, onların mühitində yaşasalar da, öz milli-mənəvi dəyərlərini, inan?larını, adət-ənənələrini cəsarətlə, ləyaqətlə, vüqarla qoruyub saxlayırdılar.
Cəlal müəllim Məmmədhüseyn Şəhriyarın vurğunu və təbliğatçısı idi. “Heydərbabaya salam” poemasını əzbər söyləyirdi. “Spartak romanı”nı, İsa Muğannanın “İdeal”, Fərman Kərimzadənin “Xudafərin” romanlarını bütün təfərrüatı ilə elə danışırdı ki, ona qulaq asandan sonra o əsərləri oxumağa ehtiyac qalmırdı.
Yalnız adlarını çəkdiyim əsərləri deyil, milli ədəbiyyatımızı, mədəniyyətimizi dərindən bilirdi. Nüvədinin Mədəniyyət Evinin balkonunda, sonuncu sırada əyləşib İrəvan Teatrının “Aydın” tamaşasını birgə izləməyimiz heç yadımdan çıxmır. Tamaşadan sonra əsərlə, rejissor şərhi ilə, aktyor oyunuyla bağlı mənə maraqlı fikirlər söylədi.
Cəsarətli idi, ən ağır vaxtlarda, ən çətin məqamlarda deyirdi: “Özünüzü itirməyin, hadisə olanacan fikirləşərlər, hadisə baş verəndən sonra - yox! İgid olun!”
Onun gəncliyindən yaşına və həyat təcrübəsinə sığışmayan müdrikliyi, təmkini vardı. Bir işə başlayanda deyərdi ki, tələsmək olmaz, narahat olmağa dəyməz, əsas işə başlamaqdır. Sonra iş işi göstərəcək. Bu gün də Nüvədililər yeri gələndə, Cəlal müəllimin o sözünü tez-tez istifadə edirlər: Cəlal müəllim demişkən, iş işi göstərəcək.
Nüvədi ziyalıları haqda xatirələrimi qələmə aldığım bu günlərdə Nüvədinin Azərbaycan SSR-in Cəbrayıl qəzasından Ermənistan SSR-nin Mığrı qəzasına aid edilməsi haqqında Zaqafqaziya Mərkəzi Komitəsinin qərarından 86, Nüvədinin işğalından 24 il ötür.
Olub keçənləri yenidən götür-qoy edirəm. Məni heç nə ilə ovuda bilmədiyim bir kədər hissi bürüsə də, qəlbimin dərin qatlarından gələn bir pıçıltını oxucularla bölüşmək istərdim. İyirmi-iyirmi beş il bundan öncə də dönə-dönə demişəm, hətta bu adda kitab da çap etdirmişəm: Biz o torpaqlara mütləq qayıdacağıq! Və mütləq qayıtmalıyıq! Əsas odur ki, milli yaddaşımızı yaşadaq, mübarizəmizi bir an belə dayandırmayaq. Sonra isə yenə Cəlal müəllim demişkən, iş işi göstərəcək.
Xəbər lenti
Hamısına baxXəbər lenti
18 May 22:51
Sosial
18 May 22:30
Dünya
18 May 22:17
Xəbər lenti
18 May 21:49
Xəbər lenti
18 May 21:22
Dünya
18 May 21:07
Dünya
18 May 20:53
İdman
18 May 20:28
Dünya
18 May 20:10
Siyasət
18 May 19:40
İqtisadiyyat
18 May 19:30
İqtisadiyyat
18 May 19:13
YAP xəbərləri
18 May 18:26
YAP xəbərləri
18 May 18:00
Gündəm
18 May 17:58
YAP xəbərləri
18 May 17:55
İdman
18 May 17:26
Gündəm
18 May 17:13
Sosial
18 May 16:11
Siyasət
18 May 16:09
İqtisadiyyat
18 May 16:07
Elm
18 May 15:58
Sosial
18 May 15:41
Gündəm
18 May 15:40
YAP xəbərləri
18 May 14:53
Gündəm
18 May 14:27
Sosial
18 May 14:19
Siyasət
18 May 14:16
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:06
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Dünya
18 May 13:25
Sosial
18 May 13:14
Sosial
18 May 12:30
Elanlar
18 May 12:17
Xəbər lenti
18 May 11:56
Xəbər lenti
18 May 11:22
Siyasət
18 May 11:20
Sosial
18 May 10:51
Dünya
18 May 10:43
Mədəniyyət
18 May 10:34
Siyasət
18 May 10:19
Dünya
18 May 09:54
Dünya
18 May 09:21
Siyasət
18 May 08:37
Siyasət
17 May 23:17
Siyasət
17 May 22:31
İqtisadiyyat
17 May 21:20
Siyasət
17 May 20:49
Xəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Siyasət
17 May 19:48
Dünya
17 May 19:36
Gündəm
17 May 18:58
Sosial
17 May 18:42
Siyasət
17 May 18:37
Gündəm
17 May 18:35
Dünya
17 May 18:17
Gündəm
17 May 17:59

