Kennedi qətlinin “sirləri”...
22.11.2023 [11:15]
ABŞ tarixinin açılmayan “prezident terroru”ndan 60 il ötür
Nəinki Amerika tarixinin, eləcə də dünya tarixinin ən “qaranlıq səhifələrindən” biri sayılan Kennedi terrorundan 60 il ötür. Amerika tarixində ən azı 11 sentyabr hadisələri qədər müəmma yaradan, sirr olaraq qalan, 60 ildir ki, bütün istiqamətlərdə “izahı axtarılan” Kennedi qətlinin üstündən sirr pərdəsinin qalxmaması isə... Bu ABŞ üçün başucalığı deyil...
Cəmisi 3 günə dəfn - qatil “susduruldu”...
Amerikanın 35-ci - ABŞ tarixində ilk katolik və Teodor Ruzveltdən sonra ölkənin ikinci ən gənc prezidenti olan Con Kennedi dövlət başçısı kimi fəaliyyətinin hələ 3-cü ilində, 1963-cü ildə gülləyə tuş gəldi. 1963-cü il noyabrın 22-də Texas ştatının Dallas şəhərində qətlə yetirilən Kennediyə snayper tüfəngindən iki dəfə atəş açılır, birinci mərmi onun boynuna, ikincisi isə başına dəyir. Prezident mühafizəsinin zabiti Klinton Hill Kennedini qorumaq üçün yük yerinə çıxır və prezidentin avtomobili sürətlə Parklend Hospitalına üz tutur. Həkimlər iyirmi dəqiqə ərzində Kennedini xilas etməyə çalışırlar, lakin saat 1-də rəsmi olaraq onun ölüm xəbəri elan edilir. Saat 13:46-da Senat işini dayandırır, bir dəqiqə sonra Nyu-York birjası bağlanır. Saat 13:49-da sui-qəsd haqqında əhaliyə xəbər verilir. Saat 15:41-də tabut Vaşinqtona uçan prezident təyyarəsinə yüklənir. Vaşinqtonda tabut gücləndirilmiş mühafizə altında Endrüs hava bazasına çatdırılır. Noyabrın 25-də Con Kennedi Arlinqton milli qəbiristanlığında torpağa tapşırılır. Rəsmi qatil elan edilən Li Harvi Osvald həbs edilsə də, hadisə ilə bağlı şübhələr və müəmmaların üçtü açılmır - çünki qatil özünü gunahkar bilmir və iki gün sonra isə polis əməkdaşları tərəfindən güllələnir.
“Sülh strategiyası”nın güllələnməsi...
Əslində Kennedinin qətli ilə dəfni arasında ildırım sürəti ilə həyata keçirilən bütün “prosedurlar” bu günün prizmasından şübhəli sayılmaya bilməz. Eyni zamanda, qatilin “susdurulması” da bu qətlin sifarişi məsələsinin çox da uzaqda axtarılmamasının gərəkdiyini ön çəkir. Düzdür, hələ o dövrlərdə, “sifarişçi” kimi narkobardellərin sahibləri, tranzit ticarətinə mane olunan böyük “maqnatların”, hətta siyasi düşmən sayılan SSRİ-nin adı hallandırılsa da, bəzi siyasi mütəxəssislər “qatili” dövlətin içində axtarmağın gərəkdiyini önə çəkirdi. Kennedinin qətlini prezidentliyə namizəd olduğu zamanda apardığı kampaniya ilə də əlaqələndirənlər də tapıldı. Belə ki, 1960-cı il yanvarın 2-də Kennedi özünün prezidentliyə namizədliyini irəli sürməsi haqqında qərarını elan edəndən sonra müxtəlif ştatlara daha çox səfərlər edir və seçki kampaniyasında başqa namizədlərdən daha çox fərqlənirdi. Bu ərəfədə onun nitqlərindən ibarət “Sülhün strategiyası” adlı toplu dərc edilir. Məhz iddia olunan nöqtə də “Sülhün strategiyası” məsələsidir. Həmin dövrdə Amerika əhalisi dövlətin yürütdüyü siyasəti bəyənmir, Şərqə və bəzi regionlara əsgər göndərilməsinə qarşı çıxırdı. Kennedi bu prosesi sonlandırmağa niyyətli idi. Başqa sözlə, Kennedi müasir Amerikada olduğu kimi Ağ Evin “burnunu hər kəsin işinə qarşıdırmasının” əleyhinə idi. Bu isə təbii olaraq ABŞ-ın “dövlət strategiyası” ilə uzlaşmırdı.
60 il öncədən 60 il sonraya “mesaj”...
Nə qədər qəribə olsa da, 1963-cü ilin noyabr ayında, Kennedinin Dallasda qətlə yetirilməsindən üç həftə əvvəl öz generalları tərəfindən həyata keçirilən çevrilişdə Vyetnamın rəhbəri Diem hakimiyyətdən salındı və qardaşı Ngo Dinh Nhu ilə birlikdə qətlə yetirildi. Cənubi Vyetnamda başlayan siyasi qeyri-stabillik Kennedidən sonra prezident vəzifəsinə gəlmiş Lindon Consonu və müdafiə naziri Robert MacNamaranı ABŞ-ın hərbi və iqtisadi yardımını artırmasına gətirib çıxardı. Növbəti ilin avqust ayında Demokratik Vyetnam Respublikasının minonoslarının Tankin Körfəzində ABŞ qırıcılarına hücumundan sonra Conson cavab həmləsi olaraq Şimali Vyetnamda hərbi hədəflərin bombalanması əmrini verdi. Tezliklə Konqres Consona müharibə etmək üçün geniş səlahiyyətlər verən Tonkin Körfəzi Qətnaməsini qəbul etdi və ABŞ təyyarələri növbəti ilin fevral ayında “Davamlı İldırım Əməliyyat”ı kod adı altında müntəzəm bombalama reydlərinə başladı...
Beləliklə, Kennedinin həm vəzifəsini, həm həyatını, həm də planlarını “itirdiyi” bu məşum terror dünyada yeni müharibələrin başlanması üçün bir siqnala çevrildi - sülh strategiyası isə ilk növbədə Kennedinin özü üçün terrorla nəticələndi. Bu gün də ölkəsinin tarixi üçün qara ləkə sayılan həmin terror hadisəsi ABŞ-ın heç də iddia etdiyi kimi demokratiyanın “yallı getdiyi” ölkə olmadığını ortaya çıxardı. Beləliklə, 60 il öncə Dallasda “Sülh strategiyası”nın güllələnməsi 60 il sonra Ağ Evin “demokratiya yürüşünün” reallaşması üçün siqnala çevrildi...
S.İSMAYILZADƏ
Xəbər lenti
Hamısına baxDünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48

