Fransada ədliyyə nazirinin fikri mütəxəssislər tərəfindən tənqid olunub
14.01.2025 [09:34]
Fransanın ədliyyə naziri J. Darmanənin narkotiklərin qanunsuz dövriyyəsi və mütəşəkkil cinayətkarlıqla mübarizə planı çərçivəsində ölkə həbsxanalarındakı 100 ən iri narkotika alverçisinin yüksək təhlükəsizlikli həbsxanada təcrid edilməsi ilə bağlı təklifi mübahisələrə səbəb olub.
AZƏRTAC xəbər verir ki, Ədliyyə İşçiləri Həmkarlar İttifaqının baş katibi Emmanuel Şambo ədliyyə nazirinin bu təklifinə dərhal reaksiya verib. O bildirib ki, Fransadakı bütün təcridxanalar və həbsxanalar artıq doludur. Təcridxanalarda ciddi nəzarətçi çatışmazlığına diqqət çəkən E. Şambo bu planın mövcud reallıqlarla ziddiyyət təşkil etdiyini qeyd edib. O, ədliyyə nazirinin bu təklifinə şübhə ilə yanaşaraq deyib: “Bir reallıq prinsipi mövcuddur”. Həbsxanaların və təcridxanaların tam dolu olduğunu vurğulayan Şambo, əlavə məkan yaratmaq üçün bəzi məhbusların buraxılmalı olacağını bildirib.
Bundan başqa, E. Şambo təcrid qərarlarının əsasən müəssisələrin təhlükəsizliyi və ya istintaqı aparan hakimlərin tələbi ilə inzibati tədbir olaraq həyata keçirildiyini xatırladıb. O əlavə edib ki, Fransada 62 min 404 yerlik həbsxanalarda 80 min 792 məhbus saxlanılır və bu rəqəm yeni rekorddur. Şambo həmçinin 100 ən iri narkotika alverçisinin necə və hansı meyarlara əsasən müəyyən ediləcəyini sorğulayıb. Belə bir siyahının yaradılmasının məhkəmə sirrinin pozulması ilə nəticələnəcəyini vurğulayan baş katib bu təklifi həm şokedici, həm də icrası mümkün olmayan bir fikir kimi tənqid edib.
Mütəşəkkil cinayətkarlıq üzrə ekspert Frédéric Ploqin isə belə məhbusları “seçməyin” olduqca çətin olacağını bildirib. Onun sözlərinə görə, həmin məhbuslar eyni həbsxanaya yerləşdirilərsə, həbsxanada qanlı qarşıdurmalar baş verəcək, ya da onlar birlikdə yeni və daha güclü bir kartel quracaq.
Xəbər lenti
Hamısına baxDünya
11 May 20:24
Dünya
11 May 19:46
Dünya
11 May 18:40
İdman
11 May 18:19
Dünya
11 May 17:50
Dünya
11 May 17:27
Dünya
11 May 16:56
Sosial
11 May 16:28
Dünya
11 May 15:50
Dünya
11 May 15:22
Dünya
11 May 14:39
YAP xəbərləri
11 May 14:16
Dünya
11 May 13:40
Dünya
11 May 13:19
Dünya
11 May 12:47
YAP xəbərləri
11 May 12:13
Xəbər lenti
11 May 11:56
Hadisə
11 May 11:10
Hadisə
11 May 10:29
Dünya
11 May 09:58
Dünya
11 May 09:22
Dünya
11 May 08:45
Dünya
11 May 08:17
Dünya
11 May 07:50
İdman
11 May 07:24
Xəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Siyasət
10 May 22:06
Dünya
10 May 21:43
YAP xəbərləri
10 May 19:54
Sosial
10 May 19:23
YAP xəbərləri
10 May 18:52
Sosial
10 May 18:45
Siyasət
10 May 17:59
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Xəbər lenti
10 May 15:48
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Siyasət
10 May 13:23
Siyasət
10 May 13:22
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Gündəm
09 May 19:40
Dünya
09 May 19:18
YAP xəbərləri
09 May 18:46
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46

