Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Britaniya Ukraynaya 55 milyon funt sterlinq dəstək paketi ayırıb

Britaniya Ukraynaya 55 milyon funt sterlinq dəstək paketi ayırıb

05.02.2025 [19:58]

Böyük Britaniyanın xarici işlər naziri Devid Lemmi Kiyevə səfəri zamanı Ukraynanın dayanıqlığını gücləndirmək məqsədilə Britaniya hökumətinin 55 milyon funt sterlinq (69 milyon dollar) məbləğində dəstək paketini elan edib.

AZƏRTAC “The Independent”ə istinadla xəbər verir ki, nazir Böyük Britaniyanın Ukraynaya dəstəyinin sarsılmaz olduğunu vurğulayıb.

Dəstək çərçivəsində Böyük Britaniya Ukraynada dayanıqlı enerji layihələrinə 17 milyon funt sterlinq ayıracaq. Bu addım Rusiyanın kritik infrastruktur hücumlarının vurduğu ziyanı bərpa etmək üçün atılıb.

Bundan əlavə, Böyük Britaniya Ukraynanın taxıl və digər ərzaq məhsullarının Suriyaya göndərilməsi üçün əlavə 3 milyon funt sterlinq ayıracaq. Bu, Əsəd rejiminin süqutundan sonra Suriyada yaranmış çətinliklərin həllinə dəstək məqsədi daşıyır. Bu addımlar Böyük Britaniya və Ukraynanın ötən ay imzaladığı 100 illik tərəfdaşlıq sazişindən sonra atılan növbəti mühüm addım hesab olunur. Razılaşmaya görə, iki ölkə arasında əməkdaşlıq növbəti əsrə qədər davam edəcək.

Paylaş:
Baxılıb: 246 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

İqtisadiyyat

Siyasət

Siyasət

Mədəniyyət

MEDİA

Analitik

Ədəbiyyat

Sosial

İqtisadiyyat

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30