Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Azərbaycan ilə Böyük Britaniya arasında ikitərəfli münasibətlər siyasi, iqtisadi, enerji və digər sahələrdə uğurla inkişaf edir

Azərbaycan ilə Böyük Britaniya arasında ikitərəfli münasibətlər siyasi, iqtisadi, enerji və digər sahələrdə uğurla inkişaf edir

15.02.2018 [10:01]

Prezident İlham Əliyev Böyük Britaniyanın Baş nazirinin ticarət elçisini qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 14-də Böyük Britaniyanın Baş nazirinin ticarət elçisi xanım Baronessa Emma Nikolsonu qəbul edib.
AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı Baronessa Emma Nikolsonun Cənub Qaz Dəhlizi Məşvərət Şurasının Bakıda keçiriləcək 4-cü iclasında iştirakına görə minnətdarlığını bildirib.
Görüşdə Azərbaycan ilə Böyük Britaniya arasında ikitərəfli münasibətlərin siyasi, iqtisadi, enerji və digər sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb, BP şirkəti ilə Azərbaycan arasında uzun illər səmərəli əməkdaşlığın həyata keçirildiyi qeyd edilib.
Söhbət zamanı Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin edilməsinə verdiyi töhfənin, “Cənub Qaz Dəhlizi” layihəsinin önəmi vurğulanıb, layihə ilə bağlı Məşvərət Şurasının Bakıda keçiriləcək 4-cü iclasının əhəmiyyəti qeyd edilib.

Paylaş:
Baxılıb: 1074 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

Gündəm

9 iyun, saat 15:00-da...

09 İyun 12:20  

İqtisadiyyat

Sosial

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30