Ailə və Cinayət Məcəlləsində yenilik...
12.06.2024 [10:45]
Effektiv olacaq?
Hər birimiz sosial fəallıq göstərməliyik!
Ötən gün Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin iclası keçirilib. İclasda Ailə Məcəlləsinə təklif edilən bəzi dəyişikliklər müzakirə edilib. Yeni dəyişikliyə əsasən Azərbaycanda nikah yaşının 1 il azaldılmasına yol verilən hal aradan qaldırılır.
Nikah yaşı ilə bağlı bu qərar ləğv edildi...
Məlumdur ki, Ailə Məcəlləsinə görə, Azərbaycan Respublikasında nikah yaşı 18 yaş müəyyən olunur. Hazırda üzrlü səbəblər olduqda, nikaha daxil olmaq istəyən və nikah yaşına çatmamış şəxslərin yaşadıqları ərazinin müvafiq icra hakimiyyəti orqanı onların xahişi ilə nikah yaşının 1 ildən çox olmayaraq azaldılmasına icazə verə bilər. Ancaq layihəyə əsasən, bu hal ləğv edilir və nikah yaşının 1 ildən çox olmayaraq azaldılmasına artıq icazə verilməyəcək.
Bu valideynləri 2 ilədək həbs gözləyir...
Eyni zamanda komitənin iclasda müzakirə edilmiş məsələlərdən biri övladının hüquq və azadlıqlarını pozan bəzi valideynlərin həbsi ilə bağlıdır. Belə ki, Cinayət Məcəlləsinə yeni 176-2-ci maddə (On altı yaşına çatmayan şəxsin erkən evliliyinin təşkili) əlavə edilir. Bununla da, Azərbaycanda 16 yaşına çatmayan övladının evliliyini təşkil edən valideynlər 2 min manatdan 3 min manatadək cərimə və iki ilədək həbs olunacaq.
Sosial fəallıq vacibdir...
Məlumdur ki, erkən evliliklər cəmiyyətimizdə aktuallığını itirməyən problemlərdən biridir. Hələ də övladını erkən evliliyə məcbur edən valideynlər var. Xüsusilə qız uşaqlarının 15-16 yaşda ərə verilməsi günümüzün acı reallıqlarındandır. Əlbəttə, bu kimi hallara qarşı müvafiq qanunvericilik var. Ancaq yenə də belə halların baş verməsinin şahidi oluruq. Çünki övladını erkən yaşda evliliyə sürükləyən valideynlər adətən bu işin gizli baş tutmasına can atırlar. Belə məqamda isə cəmiyyət olaraq hər birimiz üzərinə düşən ümumi bir vəzifə var. Bu da sosial fəallıq göstərib təhsildən yayındırılan, erkən evliliyə məcbur edilərək hüquq və azadlıqlarından məhrum edilənlər barədə aidiyyəti qurumları xəbərdar etməkdir. Etiraf edək ki, adətən insanların böyük əksəriyyəti “ailə məsələsidir” deyib yaxalarını kənara çəkirlər. Ancaq bu addım yüzlərlə, minlərlə qızın təhsildən yayınmasına, bir növ hüquq və azadlığından məhrum edilməsinə yol açır.
Bəlkə bu hal çoxlarına ibrət olar...
Mövzu barədə “Yeni Azərbaycan”a açıqlama verən sosioloq-alim Əhməd Qəşəmoğlu hər iki Məcəlləyə edilən dəyişikliyi müsbət qiymətləndirib. Onun sözlərinə görə, valideynlərin əksəriyyəti övladını erkən nikaha məcbur edərkən şəxsi arqumentlərini əsas gətirərək özlərini müdafiə edirlər: “Onların fikrincə, əgər uşağı oxutmayacaqsa, buna imkanı yoxdursa, tez ərə versə, yaxşı olacaq. Digər tərəfdən, insanlar indi mənəvi tərəfdən başqa dəyərlərə üstünlük verir. Daha çox təhsilə və dünya görüşünə üstünlük verilsəydi, bunların heç biri yaşanmazdı. Cinayət Məcəlləsinə övladlarını erkən evliliyə sövq edən valideynlərin həbsi ilə bağlı maddə əlavə edilməsini sonuna qədər dəstəkləyirəm. Bəlkə bu hal çoxlarına ibrət olar. Nikah yaşının 1 il azaldılmasına yol verilən halın aradan qaldırılması da düzgün və yerində atılmış addımdır. Çünki sui-istifadə halları çox olurdu”.
Hər kəs qanun qarşısında cavab verməlidir
Sosioloqun sözlərinə görə, Ailə və Cinayət Məcəlləsinə dəyişiklik edildi, əlavələr oldu, ancaq bu işdə vətəndaş olaraq hər birimizin məsuliyyəti var: “Çox güman ki, Məcəlləyə sözügedən dəyişikliklər edilsə də, erkən nikahlarla bağlı problemlər yenə yaşana bilər. Hər zamankı kimi, bəziləri gizli şəkildə erkən nikahlara şərait yarada bilərlər. Amma cəmiyyət olaraq buna yol verməməliyik. Vətəndaş olaraq hər birimiz bu mövzuda sosial fəallıq nümunəsi sərgiləməliyik. İstər qohum, istər qonşu-fərq etməz, erkən nikahlara yol verən hər kəsin qanun qarşısında cavab verməsi vacibdir. Bunun üçün aidiyyəti qurumları zamanında məlumatlarmaq hər birimizin borcudur. Belə bir sosial fəallıq göstərsək, neçə-neçə qızlarımızın hüquqlarını müdafiə etmiş olarıq”.
Yeganə BAYRAMOVA
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “İnsan hüquq və azadlıqlarının müdafiəsi,
vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin
yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması” istiqaməti üzrə hazırlanmışdır
Xəbər lenti
Hamısına baxDünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48

