Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / MEDİA / Azərbaycançılıq ideologiyası milli birliyimizin daha da möhkəmlənməsində əhəmiyyətli rola malikdir

Azərbaycançılıq ideologiyası milli birliyimizin daha da möhkəmlənməsində əhəmiyyətli rola malikdir

15.10.2020 [08:46]

“Yeni Azərbaycan”qəzetində “Azərbaycançılıq ideologiyası milli birliyimizin əsasını təşkil edir” mövzusunda keçirilən “dəyirmi masa”da azərbaycançılıq ideologiyasının ölkəmizdə yaşayan xalqların vahid məfkurə ətrafında birləşməsini təmin etdiyi bildirilib
Məlum olduğu kimi, Ulu Öndər Heydər Əliyevin 1993-cü ilin iyununda xalqın təkildli tələbi ilə yenidən hakimiyyətə gəlişi ölkəmizdə milli birliyin formalaşmasında da əsaslı rol oynadı. Bu da təsadüfi deyil. Belə ki, məhz əsası Ümummilli Liderimiz tərəfindən qoyulan azərbaycançılıq ideologiyası Azərbaycanın bütövlüyünə, milli birliyimizin daha da gücləndiriliməsinə xidmət edir. Yeri gəlmişkən, “Yeni Azərbaycan” qəzetinin KİVDF-nin elan etdiyi müsabiqə üzrə onlayn formatda keçirdiyi növbəti “dəyirmi masa”da da bu məqamlar xüsusi olaraq vurğulanıb.
Qeyd edək ki, “Azərbaycançılıq ideyasının təbliği” istiqaməti üzrə “Azərbaycançılıq ideologiyası milli birliyimizin əsasını təşkil edir” mövzusunda keçirilən “dəyirmi masa”da çıxış edən Milli Məclisin deputatı Müşfiq Məmmədli bildirib ki, 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə gələn Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu azərbaycançılıq ideologiyası qısa müddət ərzində dövlətimizin məhək daşına çevrildi. Millət vəkili məhz azərbaycançılıq ideologiyasının ölkəmizdə yaşayan xalqların bir amal, vahid məfkurə ətrafında birləşməsini təmin etdiyini dilə gətirib.
Ölkəmizdə milli birliyin formalaşdırılması istiqamətində Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu siyasi kursun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdıran Müşfiq Məmmədli onu da qeyd edib ki, məhz dövlət başçımızın apardığı uğurlu fəaliyyət Azərbaycanın multikulturalizm və tolerantlıq mərkəzi kimi dünyada şöhrət qazanmasına şərait yaratdı. Millət vəkili vurğulayıb ki, bu gün ölkəmizdə yaşayan hər bir vətəndaş azərbaycanlı olması ilə fəxr edir, heç bir ayrı-seçkiliyə məruz qalmır. “Bizim müxtəlifliyimz, fərqli etnik kökənli insanların ölkəmizdə birgəyaşayış mədəniyyəti nümayiş etdirməsi bizim zənginliyimizdir. İstər etnik kimlik, istərsə də fərqli dini inancların daşıyıcısı olmaq ölkəmizdə ayrı-seçkilik yaratmır. Bu gün ölkəmizdə bütün dinlərin daşıyıcıları azad və rahat şəkildə öz inanclarına, dini dəyərlərinə sahib çıxır, ibadətlərini edirlər. Bu, bir daha bizim milli ideologiyamızda ayrı-seçkiliyə yer olmadığını göstərir. Bu gün istər dövlət strukturlarında, istərsə də qeyri-hökumət təşkilatlarında müxtəlif etnik kökənli, fərqli dinlərə mənsub insanlar fəaliyyət göstərir. Onların hər biri Azərbaycan dövlətinin inkişafına xidmət edir”, - deyən Milli Məclisin deputatı onu da əlavə edib ki, Azərbaycan Respublikasının Konstitusiyasında bütün vətəndaşların milli və dini kimiliyindən asılı olmayaraq bərabərhüquqlu olmasının qeyd edilməsi mühüm bir məqamdır.
Onun sözlərinə görə, bu məsələ aktuallığını bu gün də saxlayır: “Ölkəmiz müxtəlif milli etnik qrupların yaşadığı bir məkandır. Bu gün ölkəmizdə yaşayan ayrı-ayrı xalqların nümayəndələri Milli Məclisdə də təmsil olunurlar. Onların hər birinin Azərbaycan vətəndaşı kimi seçmək və seçilmək hüququ var. Xatırlasaq, bu gün ölkəmizin ərazi bütövlüyünü pozan, separatizm aparan xalq belə ölkəmizdə istər 1918-1920-ci illərdə, istər Sovet dövründə, istərsə də müstəqilliyimizin ilk illərində qanunvericilk orqanında təmsilçilik hüququna malik idi. Bu, ölkəmizdə hər hansı bir ayrı-seçkiliyin olmaması faktının daha bir bariz sübutudur”.
Millət vəkili onu da vurğulayıb ki, istər birinci Qarabağ müharibəsində, istərsə də sonrakı dövrlərdə ölkəmizdə yaşayan xalqların nümayəndələri Vətən uğrunda canlarından keçiblər. Ölkəmizdə fərqli millətlərdən olan çoxsaylı Milli qəhrəmanlarımız var. Hər zaman olduğu kimi bu gün də bütün milli etniklər Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və bu məsələdə Azərbaycan dövləti ilə eyni prinsipdən çıxış edirlər.
Yeni Azərbaycan Partiyası İsmayıllı rayon təşkilatının sədri Sevil Əhmədova da milli müxtəlifliyimizi və birgəyaşayış mədəniyyətmizi ölkəmizin zənginliyi adlandırıb. Onun sözlərinə görə, həqiqətən də milli birliyimizin əsasını təşkil edən azərbaycançılıq ideologiyasının təbliği və təşviqi günün ən aktual məsələlərindəndir.
İsmayıllı rayonunda bir sıra xalqların nümayəndələrinin yaşadığını diqqətə çatdıran S.Əhmədova qeyd edib ki, bu gün İsmayıllı rayonunda haputlar, ləzgilər, ruslar, tatlar, türklər və digər millətlərin nümayəndələri qarşılıqlı hörmət əsasında yaşayır, fəaliyyət göstərirlər: “Məsələn, artıq 100 ildən artıqdır ki, İsmayıllı rayonunun İvanovka kəndində məskunlaşan malakanlar burada məskən saldıqları gündən hər kəsdən hörmət görüblər və bu gün də eyni hal davam edir. Bildirmək istəyirəm ki, YAP İsmayıllı rayon təşkilatı olaraq ölkəmizdə tətbiq olunan xüsusi karantin rejiminin tələblərinə riayət etməklə mütəmadi olaraq multikulturalizm və birgəyaşayış mədəniyyəti, eləcə də azərbaycançılıq ideologiyasının təbliği ilə bağlı onlayn formatda videokonfranslar təşkil edir, gənclərlə və İsmayıllı rayonunda yaşayan xalqların nümayəndələri ilə görüşlər keçirir. Bu tədbirlərdə ölkəmizdə yaşayan hər bir vətəndaşın bütöv Azərbaycan uğrunda mübarizə aparmaq üçün birləşməsinin vacibliyi bir daha vurğulanır, torpaqlarımızın işğaldan azad etmək üçün bütün gücümüzün səfərbər edilməsinin mühüm şərt olduğu bir daha qeyd edilir. Eləcə də gənclər arasında milli vətənpərvərlik ruhunun yüksəldilməsi istiqamətində müxtəlif tədbirlər həyata keçirilir”.
İsmayıllı rayonunda 2013-cü ildən Heydər Əliyev İdarəetmə Məktəbinin fəaliyyət göstərdiyini də bildirən S.Əhmədova orada daim bu mövzularla bağlı tədbirlərin keçirildiyini deyib. Vurğulanıb ki, bu gün ölkə Prezidenti İlham Əliyevin bu istiqamətdə apardığı uğurlu siyasət öz bəhrəsini verməkdədir və 2016-cı ilin ölkəmizdə “Multikulituralizm ili” elan olunması da dediklərimizi təsdiqləyir. “Biz ötən dövr ərzində Azərbaycanı bir daha multikultural mərkəz kimi dünyaya tanıtmaq imkanı əldə etmişik. Bu gün İvanovka, Basqal, Lahıc kəndlərində bu birgəyaşayış təmin edilir, qaşılıqlı hörmətə əsaslanır və bu ənənələr qorunur, yaşadılır. Bu gün Lahıc misgərliyi, Basqal kəlağayısı Mehriban xanım Əliyevanın dəstəyi ilə UNESKO-nun maddi irs siyahısına daxil edilib. Bu, bizim öz keçmişimizə, insanlarımıza göstərilən diqqətin və qayğının təzahürüdür. Multikulturalimz İsmayıllıda qorunur, bu insanlar illərdir ki, qohumlaşıb, yaxınlaşıb. Hər bir vətəndaşımız Azərbaycan dövlətinin inkişafı üçün xidmət etməyi vahid amalına çevirib”, - deyə YAP İsmayıllı rayon təşkilatının sədri əlavə edib.
Onlayn “dəyirmi masa”da çıxış edən “Jurnalist Ekspert Mərkəzi” İctimai Birliyinin sədri Ceyhun Musaoğlu isə bildirib ki, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan azərbaycançılıq ideologiyası ölkəmizin bütövlüyünə, milli birliyimizin daha da möhkəmləndirilməsinə xidmət edir. Ölkəmizdə sayından asılı olmayaraq hər bir xalqın nümayəndəsinin Konstitusiya ilə bərabər hüquqa malik olduğunu diqqətə çatdıran C.Musaoğlu hər birimizin eyni Vətən və dövlət çətiri altında rahat yaşadığımızı deyib.
Onun sözlərinə görə, ölkəmizdə multikulturalizm siyasəti daim təbliğ olunmalıdır: “Prezident İlham Əliyev Bakı Mulitikulturalizm Mərkəzinin fəaliyyətini daim diqqət mərkəzində saxlayır və heç bir maddi-mənəvi köməyi əsirgəmir. Azərbaycan coğrafi baxımdan olduqca mürəkkəb bir geostrateji məkanda yerləşir və hər zaman ölkə daxilində hansısa qarışıqlığı yaratmağa çalışan qüvvələrlə əhatə olunmuşuq. Buna baxmayaraq ölkəmizdə heç bir zaman etnik zəmində qarşıdurma olmayıb. Bu, azərbaycançılıq ideologiyasının mahiyyətindən və mənimsənilməsindən xəbər verən bir amildir. Ölkəmizdə yaşayan hər bir xalq bu dövlətin inkişafı üçün çalışır və özünü azərbaycanlı sayır. Bu çox vacib məqamdır. Azərbaycanda yaşayan xalqlar sayından, dinindən və dilindən asılı olmayaraq bir yerdə Azərbaycan xalqını yaradıb”.
C.Musaoğlu onu da bildirib ki, bu gün müharibə şəraitində yaşayan, işğala məruz qalan Azərbaycan dövləti monoetnik ölkə olan Ermənistandan fərqli bir yaşama malikdir. Ölkəmizdə Ermənistandan fərqli olaraq multikultural dəyərlərə hörmət nümayiş etdirilir. C.Musaoğlu onu da əlavə edib ki, cəmi 30 illik müstəqillik tarixini yaşayan Azərbaycan Respublikası bu qısa tarixi zaman ərzində böyük bir yol qət edib. Onun sözlərinə görə, regional, geostrateji faktorlar ölkəmizin daim başıbəlalı olmasına yol açıb.
Bu gün dünyanın demək olar ki, əksər ölkələrinin torpaq problemi olduğunu diqqətə çatdıran “Jurnalist Ekspert Mərkəzi” İctimai Birliyinin sədri Azərbaycan dövlətinin işğal altındakı torpaqlarının azaldlığı üçün demək olar ki, bütün işləri gördüyünü bildirib: “İstər siyasi baxımdan, istər hüquqi baxımdan, istərsə də hərbi baxımdan bütün üstünlüklər əldə olunub. Bu, Ali Baş Komandanımızın, Prezidentitmizin xidmətidir. Ən əsası isə bu gün Azərbaycan Ordusunun tərkibində etnik məsələlərlə bağlı heç bir problem yoxdur. Bu gün səngərdə yanaşı dayanan hər bir Azərbaycan əsgərini bir amal birləşdirir-Vətənin azadlığı. Biz arxayınıq ki, ölkəmizdə yaşayan bütün xalqların oğulları bu gün çiyin-çiyinə öz dövlətini, Vətənini qorumaq üçün canını ortaya qoyur”.
Pərviz SADAYOĞLU

Paylaş:
Baxılıb: 686 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30