“Böyük Qayıdış”ın yeni ünvanı!
23.01.2024 [10:20]
Gecə-gündüz Xocalıda bərpa işlər aparılır...
Yeganə BAYRAMOVA
Ötən ilin 19-20 sentyabr tarixində Ordumuzun keçirdiyi antiterror tədbirləri nəticəsində Xocalı şəhəri separatçılardan təmizlənərək işğaldan azad edildi. Bir zamanlar soyqırımı və dağıntılara məruz qalan Xocalının azad olunması xalqımızın üçün ən əlamətdar hadisələrdən biri idi. Ona görə də Xocalının dərhal bərpasına başlanılması mənəvi baxımından hər birimiz üçün böyük əhəmiyyət daşıyır.
Xocalı sakinləri tezliklə beynəlxalq hüququn prinsiplərinə əsasən, könüllü, təhlükəsiz və ləyaqətlə doğma yurdlarına qayıdacaqlar. Hazırda Xocalıda bərpa işlərinin yüksək sürətlə davam etdirilməsi bunu deməyə əsas verir.
283 mənzildə təmir işi aparılır
Bakı Abadlıq Xidmətinin Memarı Elnur Abdullayev mətbuata açıqlamasında söyləyib ki, Xocalıda işlər gecə saatlarına qədər davam edir: “Xocalı şəhərinin mərkəzində 283 evdə əsaslı təmir-bərpa işi aparılır. Eyni zamanda Xocalı şəhərinin bütün kommunikasiya xətləri qurulur, yeraltı işləri həyata keçirilir. Qarlı-şaxtalı hava şəraitinin olmasına baxmayaraq, gecə saatlarına qədər işlər davam edir. Yaxın gələcəkdə digər ərazilərdə də abadlıq-bərpa işlərinə start veriləcək. Xocalı şəhəri dağıntılarla bərabər, ekoloji terrora da məruz qalmışdı. Hazırda şəhəri yabanı bitkilərdən, məişət tullantılarından təmizləmə işləri də davam edir”.
Yeri gəlmişkən, bu yaxınlarda Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Xocalı və Xankəndidən olan məcburi köçkünlərlə görüş keçirib. R.Rzayev görüş zamanı Xocalıya və Xankəndiyə “Böyük Qayıdış”la bağlı hazırlıq işlərindən danışıb. Komitə sədri işğaldan azad olunmuş ərazilərdə irimiqyaslı layihələrin həyata keçirildiyi, əhalinin rahat yaşayışının təmin edilməsi üçün zəruri infrastrukturun qurulduğu, məcburi köçkünlərin doğma yurdlarına ləyaqətlə qayıdışının təmin edilməsi üçün bütün tədbirlərin görüldüyünü diqqətə çatdırıb.
R.Rzayev işğaldan azad edilmiş digər ərazilər kimi Xocalıya və Xankəndiyə də “Böyük Qayıdış”ın səmərəli şəkildə təşkili ilə bağlı dövlət başçısının bu barədə verdiyi tapşırıqlardan danışıb.
Bir gün də olsun, inamımız itməyib...
Milli Məclisin üzvü, Xocalıdan olan deputat Elman Məmmədov “Yeni Azərbaycan”a açıqlamasında bildirib ki, işğaldan azad edilən ərazilərin dirçəlişi, bərpası və yenidən qurulması, “Böyük Qayıdış” proqramı üzrə tədbirlərin sürətlə həyata keçirilməsi, indi isə Xocalının da bərpası və soydaşlarımızın ora geri dönüş imkanının yaranması böyük ruh yüksəkliyi doğurur: “Bir zamanlar doğma yurd yerlərimizə böyük ağrı, iztirab hissi ilə ancaq foto və videolarda baxırdıq. Prezident İlham Əliyevin cəsarətli, düşünülmüş siyasəti bizi bu xoşbəxt günlərə çıxarıb. Ermənistanın Azərbaycana qarşı təcavüz siyasəti nəticəsində böyük faciələr yaşamışıq, soyqırımlara, kütləvi qırğınlara məruz qalmışıq. Etnik təmizləmələrlə bizim yaddaşımızı da silməyə çalışıblar. Məscidlərimiz, doğmalarımızın qəbirləri dağıdılıb, təhqir olunub, evlərimiz viran edilib, yurd yerlərimizə qondarma adlar qoyulub. Nə qədər insan yurd həsrəti ilə bu dünyadan köçdü.
İndi isə Qarabağ və Şərqi Zəngəzur cənnətə çevrilir. Evlərinə qayıdan qaçqın və məcburi köçkünlərimizin yerə-göyə sığmayan sevinci bizi ruhlandırır, daha da ümidləndirir. Tezliklə Xocalımız da “Böyük Qayıdış”ın tərkib hissəsinə çevriləcək. 30 ildən çoxdur ki, bir gün də olsun buna inamımız itməyib”.
Bu qayıdış gec olmayacaq...
E.Məmmədov Xocalıya qayıdış üçün təhlükəsizlik məsələlərinin və yenidənqurma işlərinin yekunlaşmasını səbirsizliklə gözlədiyini qeyd edib: “Azad olunmuş digər ərazilərin yenidən qurulduğu kimi, artıq Xocavənddə, Xocalıda, Xankəndində və Ağdərədə bu proseslər həyata keçiriləcək. Şərait yarandıqda isə dövlət başçısının rəhbərliyi ilə öz doğma yurd-yuvamıza qayıdacağıq. Düşünürəm ki, bu qayıdış gec olmayacaq. Çünki Xocalı və Xankəndində yaşayış üçün kifayət qədər evlər var. Digər tərəfdən Azərbaycan Ordusu və polisi də Xocalı, Xankəndi, Xocavənd və Ağdərədədirlər. Yəni qayıdış üçün şərait yaradılmağa başlayıb və bu istiqamətdə işlər davam edir. Qayıdış prosesinin sürətləndirilməsi üçün görülən işlər isə hər birimizi kifayət qədər qürurlandırır. Xocalı sakinləri artıq doğma torpaqlarına qovuşacaqlar. Bir zamanlar ata-baba ocaqlarından didərgin düşən soydaşlarımız bu gün böyük fəxarət və inamla torpaqlarına qayıdacaqları günü səbrsizliklə gözləyirlər”.
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “İşğaldan azad olunmuş ərazilərə “Böyük Qayıdış”” istiqaməti üzrə hazırlanmışdır
Xəbər lenti
Hamısına baxİdman
20 Aprel 14:35
Elm
20 Aprel 14:31
Siyasət
20 Aprel 13:53
Dünya
20 Aprel 13:20
Sosial
20 Aprel 13:10
Xəbər lenti
20 Aprel 12:40
Dünya
20 Aprel 12:39
Sosial
20 Aprel 12:36
Siyasət
20 Aprel 12:32
Hadisə
20 Aprel 12:11
Sosial
20 Aprel 11:58
İqtisadiyyat
20 Aprel 11:21
İqtisadiyyat
20 Aprel 11:21
Xəbər lenti
20 Aprel 11:02
Gündəm
20 Aprel 10:56
Dünya
20 Aprel 10:45
İqtisadiyyat
20 Aprel 10:26
Dünya
20 Aprel 10:19
Dünya
20 Aprel 09:51
Dünya
20 Aprel 09:17
Gündəm
20 Aprel 09:08
Dünya
20 Aprel 08:49
Dünya
20 Aprel 08:23
Dünya
20 Aprel 08:20
Dünya
20 Aprel 07:57
Elm
19 Aprel 23:18
Dünya
19 Aprel 22:35
Dünya
19 Aprel 21:20
Hadisə
19 Aprel 20:33
Hadisə
19 Aprel 19:15
Siyasət
19 Aprel 19:11
Sosial
19 Aprel 19:09
Sosial
19 Aprel 18:27
Dünya
19 Aprel 17:24
Gündəm
19 Aprel 16:53
Maraqlı
19 Aprel 16:39
Analitik
19 Aprel 14:32
Dünya
19 Aprel 14:25
Dünya
19 Aprel 13:41
Dünya
19 Aprel 12:38
Siyasət
19 Aprel 11:24
Dünya
19 Aprel 11:06
Dünya
19 Aprel 10:50
Dünya
19 Aprel 10:17
Siyasət
19 Aprel 09:45
Dünya
19 Aprel 09:22
Dünya
19 Aprel 08:51
İdman
19 Aprel 08:38
Dünya
19 Aprel 08:09
Siyasət
19 Aprel 08:03
Siyasət
19 Aprel 08:02
Siyasət
19 Aprel 08:00
Siyasət
19 Aprel 07:59
Elm
19 Aprel 07:55
Elm
19 Aprel 07:31
Siyasət
19 Aprel 02:16
Siyasət
19 Aprel 02:15
Siyasət
19 Aprel 02:14
Dünya
18 Aprel 23:35
Dünya
18 Aprel 23:19
İdman
18 Aprel 22:19
Dünya
18 Aprel 22:03
Sosial
18 Aprel 22:03
İdman
18 Aprel 21:38
Hadisə
18 Aprel 20:41
Dünya
18 Aprel 19:27
Dünya
18 Aprel 18:39
Sosial
18 Aprel 17:32
Siyasət
18 Aprel 17:23
Sosial
18 Aprel 16:21

