Baş nazirin müavini Əli Əhmədov Yevlaxda ictimaiyyət nümayəndələri ilə görüşüb
03.02.2016 [09:35]
Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının (YAP) Sədr müavini-İcra katibi Əli Əhmədov Yevlax şəhərində ictimaiyyət nümayəndələri ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, görüşdən əvvəl Ümummilli lider Heydər Əliyevin Yevlax şəhərinin mərkəzində ucaldılmış abidəsi ziyarət olunub, önünə gül dəstələri düzülüb.
Heydər Əliyev adına sarayda keçirilən görüşdə rayonun idarə, müəssisə və təşkilatlarının, hüquq mühafizə orqanlarının rəhbərləri, sahibkarlar və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Yevlax şəhər İcra Hakimiyyətinin başçısı Qoca Səmədov çıxış edərək son illərdə rayonda görülən işlər və nəzərdə tutulan layihələr barədə məlumat verib. Qeyd olunub ki, Prezident İlham Əliyevin regionların sosial-iqtisadi inkişafına göstərdiyi diqqət və qayğı nəticəsində Yevlaxda bütün sahələrdə sürətli inkişafa nail olunub, geniş quruculuq işləri aparılıb, infrastruktur layihələri həyata keçirilib, yeni iş yerləri açılıb, əhalinin rifahı yaxşılaşıb.
Görüşdə çıxış edən Baş nazirin müavini Əli Əhmədov ölkəmizdə həyatın bütün sahələrində baş verən böyük inkişafdan danışıb, əsas diqqəti “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfransda Prezident İlham Əliyevin verdiyi tapşırıqlara, qarşıda duran vəzifələrə yönəldib.
Dünyada baş verən iqtisadi böhrana toxunan Əli Əhmədov qeyd edib ki, bütün bu proseslər Azərbaycana da müəyyən təsir göstərib, neftin qiymətinin və manatın məzənnəsinin aşağı düşməsi ilə nəticələnib. Lakin buna baxmayaraq, ölkəmizdə iqtisadiyyatın daha da gücləndirilməsi və əhalinin sosial rifahının yüksəldilməsi istiqamətində mühüm addımlar atılır. Azərbaycanda həyatın yeni mərhələsi başlayır, inkişafın yeni modeli yaranır. Bu sahədə qarşıda duran əsas vəzifələr qeyri-neft sektorunun, sahibkarlığın inkişaf etdirilməsi, iqtisadiyyatın neft amilindən asılılığının azaldılması, yeni iş yerlərinin yaradılması, idarəetmənin təkmilləşdirilməsi, insanların həyat səviyyəsinin yüksəldilməsidir. Görülən işlərin mərkəzində insan amili, Azərbaycan vətəndaşının sosial rifahı dayanır.
Görüşdə çıxış edən ictimaiyyət nümayəndələri və sahibkarlar göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər. Çıxışlarda, həmçinin Yevlax yun fabrikinin fəaliyyətinin bərpa edilməsi, tibb kollecinin açılması, əkinlərin suvarma suyu ilə təminatın, bəzi kəndlərə yolların çəkilməsi ilə bağlı təklif və müraciətlər səsləndirilib.
Xəbər lenti
Hamısına baxAnalitik
10 İyun 09:30
Analitik
10 İyun 09:18
Sosial
10 İyun 08:51
MEDİA
10 İyun 08:34
Dünya
10 İyun 07:48
Dünya
10 İyun 07:46
Dünya
09 İyun 23:48
Dünya
09 İyun 23:25
Dünya
09 İyun 22:42
Xəbər lenti
09 İyun 22:30
Dünya
09 İyun 22:15
İqtisadiyyat
09 İyun 21:59
Dünya
09 İyun 21:20
Dünya
09 İyun 21:07
Dünya
09 İyun 20:43
Dünya
09 İyun 20:32
Dünya
09 İyun 20:17
Sosial
09 İyun 20:05
İqtisadiyyat
09 İyun 19:56
Dünya
09 İyun 19:51
Gündəm
09 İyun 19:44
Sosial
09 İyun 19:25
Dünya
09 İyun 19:10
YAP xəbərləri
09 İyun 18:19
YAP xəbərləri
09 İyun 17:49
YAP xəbərləri
09 İyun 17:14
Elanlar
09 İyun 17:13
YAP xəbərləri
09 İyun 16:42
YAP xəbərləri
09 İyun 16:39
YAP xəbərləri
09 İyun 16:38
İqtisadiyyat
09 İyun 16:05
Siyasət
09 İyun 15:57
Dünya
09 İyun 15:29
Sosial
09 İyun 15:20
YAP xəbərləri
09 İyun 15:15
YAP xəbərləri
09 İyun 14:32
İqtisadiyyat
09 İyun 14:19
Elm
09 İyun 14:19
YAP xəbərləri
09 İyun 14:18
YAP xəbərləri
09 İyun 14:17
YAP xəbərləri
09 İyun 14:16
İqtisadiyyat
09 İyun 14:15
YAP xəbərləri
09 İyun 14:03
Dünya
09 İyun 13:17
İqtisadiyyat
09 İyun 12:53
Gündəm
09 İyun 12:20
İqtisadiyyat
09 İyun 12:16
Turizm
09 İyun 12:06
Siyasət
09 İyun 12:03
Siyasət
09 İyun 12:01
Siyasət
09 İyun 11:59
İqtisadiyyat
09 İyun 11:50
Sosial
09 İyun 11:35
Hadisə
09 İyun 11:35
İqtisadiyyat
09 İyun 11:25
Sosial
09 İyun 10:58
İqtisadiyyat
09 İyun 10:47
Siyasət
09 İyun 10:45
Siyasət
09 İyun 10:43
Sosial
09 İyun 10:33
Siyasət
09 İyun 10:18
İqtisadiyyat
09 İyun 09:55
Analitik
09 İyun 09:30
Analitik
09 İyun 09:17
Sosial
09 İyun 08:54
Sosial
09 İyun 08:32
Dünya
08 İyun 23:32
Dünya
08 İyun 23:17
Müsahibə
08 İyun 22:45
Dünya
08 İyun 22:31

