Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Siyavuş Novruzov: Referendum Aktı günün tələbidir

Siyavuş Novruzov: Referendum Aktı günün tələbidir

20.07.2016 [09:49]

“Azərbaycan sürətlə inkişaf edir, beynəlxalq konvensiyalara qoşulur. Bu baxımdan ölkənin təhlükəsizlik məsələləri ön plana çəkilir və dövlət aparatında islahatların həyata keçirilməsi zərurəti yaranır”. Bu fikirləri Yeni Azərbaycan Partiyasının (YAP) İcra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov “AzVision.az”-a Referendum Aktını şərh edərkən deyib. YAP İcra katibinin müavininin sözlərinə görə, istər qanunvericilik, istər icra, istər vətəndaşların hüquq və azadlıqları, onların təhlükəsizliyinin təminatı ilə bağlı müəyyən məsələlər ortaya çıxır ki, bunların konstitusion normalarla möhkəmləndirilməsi üçün zərurət yaranır: “Bu baxımdan irəli sürülən konstitusiyaya əlavə və dəyişikliklərlə bağlı Referendum Aktı günün tələbidir.
Nəzərə alsaq ki, Azərbaycan Respublikasının Konstitusiyası 20 il bundan əvvəl qəbul olunub, sonradan referendumla bir neçə dəyişiklik edilib. Gənc dövlət kimi Azərbaycanın fəaliyyəti, inkişafı, dünya dövlətləri arasında özünə yer tutması, beynəlxalq konvensiyalara qoşulması belə bir zərurət yaradıb ki, Konstitusiyada müəyyən maddələrə dəyişikliklər edilsin. Bu qarşıya qoyulan məqsədlərə nail olunmasına xidmət edir. Konstitusiya Məhkəməsi daxil olunan müraciətə baxdıqdan sonra referendumla bağlı qərar veriləcək və göstərilən müddət ərzində referendum keçiriləcək”.
Layihədə Silahlı Qüvvələrlə bağlı edilən dəyişikliyə münasibət bildirən S.Novruzov qeyd edib ki, Silahlı Qüvvələr geniş anlayışdır. “Silahlı birləşmələr dedikdə onun tərkibində çoxsaylı qoşun növlərinin olmasından söhbət gedir. Bu dəyişikliklər qeyri-qanuni silahlı birləşmələrin yaradılmasının qarşısının alınması məsələsini gündəmə gətirir. Bu, dünyada son zaman yaşanan hadisələrlə bağlıdır. Yəni təhlükəsizlik məsələlərindən doğan zərurətdir. Bu baxımdan konstitusion norma ilə özünün təsdiqini tapması vacibdir”.
Layihədə nəzərdə tutulan yaş həddinə gəlincə, S.Novruzov bildirib: “Burada düzgün olaraq norma göstərilib. Adətən müxtəlif dövlətlərdə, həm təyinatlı vəzifələrə, həm də seçkili vəzifələrə fərqli yaş hədləri müəyyənləşdirilir. Burada yaş həddinin müəyyənləşdirilməsi bəzən insanların hüquqlarının pozulmasına gətirib çıxara bilir. Məsələn, prezident seçilmək üçün seçki hüququna malik şəxs ali təhsilli olmalıdır. Bu vətəndaşın ali təhsil alması üçün həmin şəxsi müəyyən yaş həddinə gətirib çıxarır. Hazırkı qanunvericilikdə vətəndaş 35 yaşına qədər prezident, 25 yaşına qədər Milli Məclisin üzvü, 21 yaşına qədər bələdiyyə üzvü seçilə bilməz, 30 yaşından aşağıdırsa, baş nazir, yaxud hakimliyə namizəd ola bilməz. Yeni layihədə bu kimi normalar aradan qaldırılır. Bu çox demokratik normadır. Vətəndaşlara tam şəkildə sərbəstlik verilir. Vətəndaşlar özlərinin seçmək və seçilmək hüquqlarından tam şəkildə istifadə edə biləcəklər”.
S.Novruzov qeyd edib ki, Azərbaycanda dövlət strukturları mütəmadi olaraq təkmilləşir: “Dünyada Azərbaycanın mövqeyini nəzərə alsaq, getdikcə dövlətin işləri artır. Bu baxımdan səlahiyyətli orqanların olmasına zərurət var. Vitse-prezident kimi dövlət strukturları bizi əhatə edən ayrı-ayrı dövlətlərdə də mövcuddur. Vitse-prezident bilavasitə Prezidentin sərəncamı ilə təyin olunur və ölkənin idarə olunmasında, beynəlxalq əlaqələrinin qurulmasında, vacib dövlət əhəmiyyətli sənədlərin imzalanmasında və digər məsələlərdə iştirak edir”.
“Vitse-prezidentlik institutunun yaranması ilə baş nazir postu ləğv ediləcəkmi?” sualına S.Novruzov belə cavab verib: “Referendum aktında göstərilir ki, baş nazirlik institutu ləğv olunmayacaq. Dəyişikliklərdə Nazirlər Kabinetinin ləğv olunması ilə bağlı norma yoxdur”.

Paylaş:
Baxılıb: 654 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

Gündəm

9 iyun, saat 15:00-da...

09 İyun 12:20  

İqtisadiyyat

Sosial

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30