/ / BERNAMA agentliyi Azərbaycan Prezidentinin yaralı hərbçilərlə görüşü barədə AZƏRTAC-ın materialını yayıb
BERNAMA agentliyi Azərbaycan Prezidentinin yaralı hərbçilərlə görüşü barədə AZƏRTAC-ın materialını yayıb
13.11.2020 [09:24]
Noyabrın 12-də Malayziyanın BERNAMA Milli İnformasiya Agentliyi bir gün əvvəl Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın 1 saylı Kliniki Tibbi Mərkəzdə müalicə olunan hərbçilərlə görüşü barədə AZƏRTAC-ın materialını yayıb.
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, “İlham Əliyev: İkinci Qarabağ müharibəsi tarixdə Azərbaycanın şanlı Qələbəsi kimi qalacaq” sərlövhəli məqalədə Azərbaycan Prezidentinin hərbçilərimizi şanlı Qələbə münasibətilə təbrik etdiyi və bu qələbənin qazanılmasında göstərdikləri qəhrəmanlığa görə onlara təşəkkürünü çatdırdığı qeyd olunub. Müzəffər Ali Baş Komandanın sözləri sitat kimi verilib: “Vətən müharibəsi başa çatdı. Azərbaycan bu müharibədə parlaq qələbə qazandı, torpaqlarımız işğaldan azad olundu, işğalçıları torpaqlarımızdan qovduq”.
Azərbaycan Prezidentinə istinadla qeyd edilib ki, onun bu görüşə gəlməkdə məqsədi həm hərbçilərimizi şanlı Qələbə münasibətilə təbrik etmək, həm də bu Qələbənin əldə olunması üçün göstərdikləri qəhrəmanlığa görə onlara şəxsən özünün və Azərbaycan xalqının təşəkkürünü çatdırmaqdır. Vurğulanıb ki, atılan addımlar bir məqsədə xidmət edirdi - qısa müddət ərzində az itkilərlə düşmənə elə sarsıdıcı zərbə vurulsun ki, o, məcbur olub torpaqlarımızdan çıxsın. Məhz döyüş meydanında qazanılmış qələbələr siyasi müstəvidə də qələbənin qazanılmasını şərtləndirdi. Əgər döyüş meydanında bu qələbə qazanılmasa idi, işğalçı dövlətin qalan torpaqlardan çıxması inandırıcı deyildi.
Düşmən üzərində Qələbənin əldə edilməsində Azərbaycan Ordusunun böyük xidmətlərini qeyd edən Ali Baş Komandana istinadla bildirilir ki, təqribən 30 il ərzində düşmən işğal etdiyi torpaqlardan çıxmaq istəmirdi, əksinə bu işğalı əbədiləşdirməyə çalışırdı. Ötən müddətdə davam edən danışıqlar isə heç bir nəticə verməmişdi.
Məqalədə qeyd edilir ki, şəhidlərə Allahdan rəhmət, yaralı hərbçilərimizə isə tezliklə sağalmalarını arzulayan Azərbaycan Prezidenti, böyük Qələbənin məhz hərbçilərimizin rəşadəti və dövlətimizin yürütdüyü siyasət nəticəsində əldə olunduğunu xüsusi vurğulayıb.
Xəbər lenti
Hamısına baxAnalitik
10 İyun 09:30
Analitik
10 İyun 09:18
Sosial
10 İyun 08:51
MEDİA
10 İyun 08:34
Dünya
10 İyun 07:48
Dünya
10 İyun 07:46
Dünya
09 İyun 23:48
Dünya
09 İyun 23:25
Dünya
09 İyun 22:42
Xəbər lenti
09 İyun 22:30
Dünya
09 İyun 22:15
İqtisadiyyat
09 İyun 21:59
Dünya
09 İyun 21:20
Dünya
09 İyun 21:07
Dünya
09 İyun 20:43
Dünya
09 İyun 20:32
Dünya
09 İyun 20:17
Sosial
09 İyun 20:05
İqtisadiyyat
09 İyun 19:56
Dünya
09 İyun 19:51
Gündəm
09 İyun 19:44
Sosial
09 İyun 19:25
Dünya
09 İyun 19:10
YAP xəbərləri
09 İyun 18:19
YAP xəbərləri
09 İyun 17:49
YAP xəbərləri
09 İyun 17:14
Elanlar
09 İyun 17:13
YAP xəbərləri
09 İyun 16:42
YAP xəbərləri
09 İyun 16:39
YAP xəbərləri
09 İyun 16:38
İqtisadiyyat
09 İyun 16:05
Siyasət
09 İyun 15:57
Dünya
09 İyun 15:29
Sosial
09 İyun 15:20
YAP xəbərləri
09 İyun 15:15
YAP xəbərləri
09 İyun 14:32
İqtisadiyyat
09 İyun 14:19
Elm
09 İyun 14:19
YAP xəbərləri
09 İyun 14:18
YAP xəbərləri
09 İyun 14:17
YAP xəbərləri
09 İyun 14:16
İqtisadiyyat
09 İyun 14:15
YAP xəbərləri
09 İyun 14:03
Dünya
09 İyun 13:17
İqtisadiyyat
09 İyun 12:53
Gündəm
09 İyun 12:20
İqtisadiyyat
09 İyun 12:16
Turizm
09 İyun 12:06
Siyasət
09 İyun 12:03
Siyasət
09 İyun 12:01
Siyasət
09 İyun 11:59
İqtisadiyyat
09 İyun 11:50
Sosial
09 İyun 11:35
Hadisə
09 İyun 11:35
İqtisadiyyat
09 İyun 11:25
Sosial
09 İyun 10:58
İqtisadiyyat
09 İyun 10:47
Siyasət
09 İyun 10:45
Siyasət
09 İyun 10:43
Sosial
09 İyun 10:33
Siyasət
09 İyun 10:18
İqtisadiyyat
09 İyun 09:55
Analitik
09 İyun 09:30
Analitik
09 İyun 09:17
Sosial
09 İyun 08:54
Sosial
09 İyun 08:32
Dünya
08 İyun 23:32
Dünya
08 İyun 23:17
Müsahibə
08 İyun 22:45
Dünya
08 İyun 22:31

