Qafandan Qarakilsəyə...
06.01.2022 [10:33]
Ermənistan KİV-i hakimiyyətin yeni planından yazır
Rəsmi İrəvan Zəngəzurun mərkəzini köçürmək niyyətindədir?
P. İsmayılov
Ermənistan KİV-i Zəngəzurun mərkəzinin Qafandan köçürülməsi ilə bağlı məlumatlar yaymaqdadır. Qeyd olunur ki, Ermənistan hökuməti Zəngəzur bölgəsinin mərkəzini Qafan şəhərindən Sisian (Qarakilsə) şəhərinə köçürmək istəyir. Zəngəzurun mərkəzinin məhz Azərbaycana görə köçürülməsinin müzakirə olunduğu bildirilir. Vilayət mərkəzinin köçürülməsinin səbəbi kimi iki ölkə arasında razılaşdırılmış Zəngəzur dəhlizi göstərilsə də, Ermənistanın “təhlükəsizliyi” bəhanə etməsi ortadadır.
Məsələ ilə bağlı fikirlərini bölüşən Milli Məclisin deputatı Ramil Həsən bildirib ki, yayılan bu informasiya hələlik Ermənistan KİV-ində müzakirə edilir. Ermənistan dövləti bu informasiyanı rəsmi şəkildə təsdiqləməyib. Bu baxımdan, xəbərin dəqiqliyi hələ tam məlum deyil. Millət vəkili qeyd edib ki, ötən ilin sonlarında Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında istər Soçidə, istərsə də Brüsseldə baş tutan görüşlərdə Zəngəzur dəhlizinin reallaşması ilə bağlı razılıq əldə olundu. Bununla bağlı, artıq real iş aparılır və müvafiq komissiyalar lazımi addımları atırlar. Çox güman ki, Zəngəzurun mərkəzinin köçürülməsi ilə bağlı Ermənistan KİV-ində başlanan müzakirələrin əsasında bu amil dayanır: “Ola bilsin ki, Ermənistan ictimaiyyətinin müəyyən kəsimi bu addımı “təhlükəsizlik”lə əlaqələndirməyə çalışırlar. Amma unudurlar ki, Azərbaycanın İkinci Qarabağ müharibəsində qazandığı qələbə yalnız öz torpaqlarını işğaldan azad edilməsinə hədəflənmişdi. Biz heç zaman təcavüzkar dövlət olmamışıq. Cənab Prezident dəfələrlə bildirib ki, bizim heç kimin torpağında gözümüz yoxdur. Düzdür, Zəngəzur Azərbaycanın tarixi torpağıdır. Bununla belə, Azərbaycan dövləti Ermənistanın beynəlxalq səviyyədə tanınan ərazilərinə qarşı heç zaman təcavüzkar addım atmayıb. Hətta bu torpaqları əldə etmək imkanımız olsa da, bunu etməmişik. Fikrimcə, Ermənistan cəmiyyəti anlamalıdır ki, Azərbaycanın apardığı siyasət yalnız regionun inkişafına yönəlikdir. Bu mənada, biz heç kimə hər hansı bir təhlükə yaratmırıq”.
R.Həsən onu da əlavə edib ki, Zəngəzur dəhlizi iqtisadi layihədir və ermənilərin bu layihəni siyasi müstəviyə transfer etmək cəhdləri boş və əsassızdır. O mənada ki, Zəngəzurun tarixi Azərbaycan torpağı olmasını həm tarixi sənədlər, həm də faktlar təsdiqləyir. “Həmin torpaqlarda yaşayan yüzminlərlə azərbaycanlı Ermənistanın başlatdığı milli ədavət və konflikt nəticəsində öz yurdlarından didərgin salınıblar. Fikrimcə, gələcəkdə münasibətlərin normallaşdırılması prosesinə uyğun olaraq, Zəngəzura qayıdacağıq. Cənab Prezidentimizin dəfələrlə qeyd etdiyi “Biz tarixi torpaqlarımıza qayıdacağıq” fikri hər zaman aktualdır. Bu haqqı bizə tarixi reallıqlarla yanaşı, beynəlxalq hüquq normaları da verir”, - deyən millət vəkili onu da qeyd edib ki, bunun ərazi iddiası ilə bağlılığı yoxdur.
Xəbər lenti
Hamısına baxDünya
09 İyun 23:48
Dünya
09 İyun 23:25
Dünya
09 İyun 22:42
Xəbər lenti
09 İyun 22:30
Dünya
09 İyun 22:15
İqtisadiyyat
09 İyun 21:59
Dünya
09 İyun 21:20
Dünya
09 İyun 21:07
Dünya
09 İyun 20:43
Dünya
09 İyun 20:32
Dünya
09 İyun 20:17
İqtisadiyyat
09 İyun 19:56
Dünya
09 İyun 19:51
Gündəm
09 İyun 19:44
Sosial
09 İyun 19:25
Dünya
09 İyun 19:10
YAP xəbərləri
09 İyun 18:19
YAP xəbərləri
09 İyun 17:49
YAP xəbərləri
09 İyun 17:14
Elanlar
09 İyun 17:13
YAP xəbərləri
09 İyun 16:42
YAP xəbərləri
09 İyun 16:39
YAP xəbərləri
09 İyun 16:38
İqtisadiyyat
09 İyun 16:05
Siyasət
09 İyun 15:57
Dünya
09 İyun 15:29
Sosial
09 İyun 15:20
YAP xəbərləri
09 İyun 15:15
YAP xəbərləri
09 İyun 14:32
İqtisadiyyat
09 İyun 14:19
Elm
09 İyun 14:19
YAP xəbərləri
09 İyun 14:18
YAP xəbərləri
09 İyun 14:17
YAP xəbərləri
09 İyun 14:16
İqtisadiyyat
09 İyun 14:15
YAP xəbərləri
09 İyun 14:03
Dünya
09 İyun 13:17
İqtisadiyyat
09 İyun 12:53
Gündəm
09 İyun 12:20
İqtisadiyyat
09 İyun 12:16
Turizm
09 İyun 12:06
Siyasət
09 İyun 12:03
Siyasət
09 İyun 12:01
Siyasət
09 İyun 11:59
İqtisadiyyat
09 İyun 11:50
Sosial
09 İyun 11:35
Hadisə
09 İyun 11:35
İqtisadiyyat
09 İyun 11:25
Sosial
09 İyun 10:58
İqtisadiyyat
09 İyun 10:47
Siyasət
09 İyun 10:45
Siyasət
09 İyun 10:43
Sosial
09 İyun 10:33
Siyasət
09 İyun 10:18
İqtisadiyyat
09 İyun 09:55
Analitik
09 İyun 09:30
Analitik
09 İyun 09:17
Sosial
09 İyun 08:54
Sosial
09 İyun 08:32
Dünya
08 İyun 23:32
Dünya
08 İyun 23:17
Müsahibə
08 İyun 22:45
Dünya
08 İyun 22:31
Dünya
08 İyun 22:18
Elanlar
08 İyun 22:01
Dünya
08 İyun 21:50
Sosial
08 İyun 21:29
İqtisadiyyat
08 İyun 21:10
Dünya
08 İyun 20:42
Xəbər lenti
08 İyun 20:39

