Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Yardımlı rayonunda şəhid əsgərimiz dəfn olunub

Yardımlı rayonunda şəhid əsgərimiz dəfn olunub

05.04.2016 [10:19]

Aprelin 2-dən 3-nə keçən gecə cəbhə bölgəsində baş vermiş döyüşlərdə Azərbaycan Ordusunun şəhid olmuş əsgəri, 20 yaşlı Nurəddin Etimad oğlu Mirzəyev doğulduğu Yardımlı rayonunun Honuba kəndində son mənzilə yola salınıb.
AZƏRTAC xəbər verir ki, dəfn mərasimində Müdafiə Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, rayon icra hakimiyyətinin rəsmiləri, şəhidin ailə üzvləri və döyüş yoldaşları, ictimaiyyət nümayəndələri və kənd sakinləri iştirak ediblər.
Mərasimdə çıxış edənlər mərhumun ailə üzvləri və yaxınlarına dərin hüznlə baş sağlığı verib, Nurəddin Mirzəyevin keçdiyi döyüş yolundan danışıblar.
Diqqətə çatdırılıb ki, vətən yolunda canından keçən Azərbaycan övladlarının xatirəsi qədirbilən xalqımızın yaddaşında əbədi yaşayacaq.
Dəfn mərasimində Azərbaycanın üçrəngli bayrağı şəhidin atasına təqdim edilib.

Paylaş:
Baxılıb: 687 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Sosial

Gündəm

Siyasət

YAP xəbərləri

Gündəm

Ədəbiyyat

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30