Bakıda “Üfüqdə yeni fürsətlər: Qadın sahibkarlara yaşıl işıq” mövzusunda II forum keçirilib
19.11.2019 [10:15]
Noyabrın 18-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası ilə birgə Qlobal Sahibkarlıq Həftəsinin qeyd olunmasına həsr edilmiş “Üfüqdə yeni fürsətlər: Qadın sahibkarlara yaşıl işıq” mövzusunda II forum keçirib.
AZƏRTAC xəbər verir ki, Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası idarə heyətinin rəhbəri Səkinə Babayeva ölkəmizdə qadın sahibkarlarının biznes imkanlarının artırılması istiqamətində həyata keçirdikləri layihələr barədə danışıb. Azərbaycan hökuməti tərəfindən qadın sahibkarlara dəstək verildiyini vurğulayan Səkinə Babayeva qeyd edib ki, bu da nəticədə məşğulluğun artmasına kömək edir.
Baş Nazirin müavini Əli Əhmədov forumda çıxış edərək deyib ki, Azərbaycan iqtisadiyyatının imkan verdiyi çərçivədə Prezident və hökumət tərəfindən insanların rifahının yaxşılaşdırılması istiqamətində addımlar atılacaq. İnsanların rifahının yaxşılaşdırılmasında əsas istiqamətlərdən biri də məşğulluğun inkişafıdır. Burada da əsas məsələ ölkədə qadın sahibkarlığının inkişafıdır. Azərbaycanda qadın sahibkarlığının inkişafına xüsusi dəstək verilir. Bu, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin qadın sahibkarlığının inkişafı istiqamətində gördüyü işlərin nəticəsidir.
Baş Nazirin müavini vurğulayıb ki, Azərbaycanda qadın sahibkarlığının daha da inkişaf etdiyi və iqtisadiyyat sahəsində qadınların fəal iştirakı göz qabağındadır. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, ölkəmizdə həyata keçirilən islahatların mərkəzində insan amili durur. 2019-cu ildə Azərbaycanda iki mərhələdə böyük islahatlar həyata keçirildi. Minimum əməkhaqları, pensiyalar ciddi şəkildə artırıldı. Təkcə əməkhaqları 20 faizdən 50 faizə qədər yüksəldildi.
Diqqətə çatdırılıb ki, Azərbaycanda iqtisadiyyatın bir çox sahələrində, eləcə də səhiyyədə qadınlarımızın iştirak səviyyəsi kişilərdən daha yüksəkdir. Qadının ictimai fəallığının artırılması Azərbaycan cəmiyyətinin demokratik potensialının gücləndirilməsinin vacib hissələrindən biridir. İkinci tərəfdən, ailələrin təminatının yaxşılaşdırılmasında qadın sahibkarlığının inkişafının rolu böyükdür. Bununla yanaşı, qadınlar Azərbaycan iqtisadiyyatına, bütövlükdə ölkənin inkişafına töhfə verirlər.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova bildirib ki, Azərbaycanda qadın sahibkarların sayı ilbəil artır. Qadın sahibkarların sayının artması əhalinin həyat səviyyəsinin yüksəlməsi, yeni iş yerlərinin açılmasına səbəb olur.
Komitə sədri vurğulayıb ki, qadınların peşə-ixtisas kurslarına cəlb edilməsi daha da güclənməlidir. Sahibkar qadınlar üçün yeni bazarlara çıxış imkanları yaradılmalıdır. Qadın sahibkarlığın inkişafı yoxsulluğun azalmasına yardım edir. Qadın sahibkarların istehsal etdikləri məhsulların ixracı daha da artırılmalıdır.
Hicran Hüseynova əlavə edib ki, Azərbaycanın 8 rayonunda Qadın-Resurs mərkəzlərinin yaradılması nəticəsində 145 qadın şəxsi biznesini qurub. Bütövlükdə bu mərkəzlər vasitəsilə 6500-dən çox üzvü olan güclü qadın şəbəkəsi mövcuddur.
İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov deyib ki, Azərbaycanda hüquqi şəxs yaratmadan sahibkarlıqla məşğul olan qadınların sayı 200 minə yaxındır. Onlardan təxminən 33 faizi Bakıda, 17 faizi Aran, 16 faizi Gəncə-Qazax, 10 faizə yaxını Lənkəran, qalanları isə digər iqtisadi rayonlarda fəaliyyət göstərir. Sahibkarlığın maliyyə resurslarına çıxışını təmin etmək məqsədilə yaradılan güzəştli mexanizmlərdən qadın sahibkarlar da yararlanırlar. Təkcə Sahibkarlığın İnkişafı Fondunun vəsaitlərindən indiyədək təxminən 4300-dək sahibkarlıqla məşğul olan qadın faydalanıb və 115 milyon manatdan çox kredit əldə edib.
Daha sonra Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev, BMT-nin İnkişaf Proqramının Azərbaycandakı rezident nümayəndəsi Alessandro Frakasetti, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin idarə heyətinin sədri Orxan Məmmədov çıxış edərək bildiriblər ki, Azərbaycanda qadınlar digər sahələrdə olduğu kimi, sahibkarlığın inkişafında da mühüm rol oynayır və biznes fəaliyyəti ilə fəal şəkildə məşğul olurlar. Qadınların iqtisadi təşəbbüskarlığının artması, mikro, kiçik və orta biznesdə geniş təmsil olunması ölkənin sosial-iqtisadi inkişafı, məşğulluğun təmin olunması baxımından əhəmiyyətlidir. Ölkə üzrə fərdi sahibkarların təqribən 20 faizini qadınlar təşkil edir.
Forumda “Uğurlu qadınların hekayəsi,” “İncəsənətdə sahibkarlığın inkişafı”, “Azərbaycanda turizm biznesi/evdə məşğulluğun inkişafı”, “Biznes fəaliyyəti olan qadınlar: üstünlüklər, çətinliklər və imkanlar”, “Azərbaycanda sahibkarlığın təşviqində biznes təhsilin rolu” və “Bankların qadınlara göstərdiyi dəstək mexanizmləri” mövzularında panel müzakirələr aparılıb.
Xəbər lenti
Hamısına baxSosial
10 İyun 08:51
MEDİA
10 İyun 08:34
Dünya
10 İyun 07:48
Dünya
10 İyun 07:46
Dünya
09 İyun 23:48
Dünya
09 İyun 23:25
Dünya
09 İyun 22:42
Xəbər lenti
09 İyun 22:30
Dünya
09 İyun 22:15
İqtisadiyyat
09 İyun 21:59
Dünya
09 İyun 21:20
Dünya
09 İyun 21:07
Dünya
09 İyun 20:43
Dünya
09 İyun 20:32
Dünya
09 İyun 20:17
Sosial
09 İyun 20:05
İqtisadiyyat
09 İyun 19:56
Dünya
09 İyun 19:51
Gündəm
09 İyun 19:44
Sosial
09 İyun 19:25
Dünya
09 İyun 19:10
YAP xəbərləri
09 İyun 18:19
YAP xəbərləri
09 İyun 17:49
YAP xəbərləri
09 İyun 17:14
Elanlar
09 İyun 17:13
YAP xəbərləri
09 İyun 16:42
YAP xəbərləri
09 İyun 16:39
YAP xəbərləri
09 İyun 16:38
İqtisadiyyat
09 İyun 16:05
Siyasət
09 İyun 15:57
Dünya
09 İyun 15:29
Sosial
09 İyun 15:20
YAP xəbərləri
09 İyun 15:15
YAP xəbərləri
09 İyun 14:32
İqtisadiyyat
09 İyun 14:19
Elm
09 İyun 14:19
YAP xəbərləri
09 İyun 14:18
YAP xəbərləri
09 İyun 14:17
YAP xəbərləri
09 İyun 14:16
İqtisadiyyat
09 İyun 14:15
YAP xəbərləri
09 İyun 14:03
Dünya
09 İyun 13:17
İqtisadiyyat
09 İyun 12:53
Gündəm
09 İyun 12:20
İqtisadiyyat
09 İyun 12:16
Turizm
09 İyun 12:06
Siyasət
09 İyun 12:03
Siyasət
09 İyun 12:01
Siyasət
09 İyun 11:59
İqtisadiyyat
09 İyun 11:50
Sosial
09 İyun 11:35
Hadisə
09 İyun 11:35
İqtisadiyyat
09 İyun 11:25
Sosial
09 İyun 10:58
İqtisadiyyat
09 İyun 10:47
Siyasət
09 İyun 10:45
Siyasət
09 İyun 10:43
Sosial
09 İyun 10:33
Siyasət
09 İyun 10:18
İqtisadiyyat
09 İyun 09:55
Analitik
09 İyun 09:30
Analitik
09 İyun 09:17
Sosial
09 İyun 08:54
Sosial
09 İyun 08:32
Dünya
08 İyun 23:32
Dünya
08 İyun 23:17
Müsahibə
08 İyun 22:45
Dünya
08 İyun 22:31
Dünya
08 İyun 22:18
Elanlar
08 İyun 22:01

