Tur-aksiyanın ikinci günü məktəblilər Lənkəran, Astara və Masallı rayonlarına səyahət ediblər
20.11.2019 [09:48]
Noyabrın 19-da “Ölkəmizi tanıyaq” tur-aksiyanın iştirakçısı olan Ağcabədi, Ağdam, Bərdə və Ucar rayonlarının məktəbliləri Lənkərana, Füzuli, Beyləqan, İmişli, Saatlı və Sabirabad rayonlarının şagirdləri isə Astara və Masallı rayonlarına səyahət ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, məktəblilər və onların müəllimləri əvvəlcə Lənkəran şəhərindəki Heydər Əliyev Xatirə Parkında Ümummilli Liderin abidəsi önünə gül dəstələri düzüb, Ulu Öndərin adını daşıyan Mərkəzdə böyük rəhbərin zəngin və mənalı ömür yolunu əks etdirən eksponatlar və fotoşəkillərlə tanış olublar.
Tur-aksiyanın iştirakçıları Lənkəran şəhərindəki Gənclər Mərkəzi ilə tanışlıqdan sonra “Xanbulan” İstirahət Mərkəzinə və Hirkan Milli Parkına səyahət ediblər.
Məktəblilərə məlumat verilib ki, Hirkan Milli Parkı 2004-cü il fevralın 9-da Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə yaradılıb.
Hirkan Milli Parkı çoxlu sayda endemik relikt növlərin mövcud olduğu təbiət muzeyidir. Bu muzeyin yaşı min illərlə ölçülür. Buzlaşma dövründə şimaldan hərəkət edən buzlaqlar Talış sıra dağlarını fəth edə bilməyib. Nəhəng buz parçalarının çökəklikdə yerləşən Xəzər dənizində tədricən əriməsi nəticəsində bu ərazilər buzlaşmaya məruz qalmayıb, qədim meşə örtüyü bu günümüzədək gəlib çatıb.
Məktəblilər Xanbulan kəndində salınmış sitrus meyvə bağları və çay plantasiyaları ilə də yaxından tanış olublar.
Tur-aksiyanın iştirakçılarına cənub bölgəsində çayçılığın inkişaf tarixi, müəssisədə aparılan elmi-tədqiqat işləri, təcrübələr və onların nəticələri barədə ətraflı məlumat verilib.
Lənkəran şəhərindəki “Qoşa Qala qapıları”, “Mayak” binası, Bayraq Meydanı, Dairəvi Qala, Tarix-Diyarşünaslıq Muzeyi ilə tanışlıq da məktəblilərin böyük marağına səbəb olub.
Daha sonra məktəblilər iki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları general-mayoru Həzi Aslanovun abidəsini ziyarət edib, qəhrəmanın Lənkəran şəhərindəki ev-muzeyində nümayiş etdirilən eksponatlarla tanış olublar. Burada şagirdlərə Həzi Aslanovun İkinci Dünya müharibəsində keçdiyi döyüş yolu barədə ətraflı məlumat verilib.
Füzuli, Beyləqan, İmişli, Saatlı və Sabirabad rayonlarının məktəbliləri isə Astara rayonunda Heydər Əliyev Mərkəzində, “Gənclər evi”ndə, Xəzər dənizi sahilində salınmış park-bulvar kompleksində, “Yanar Bulaq”da və “Astaraçay” MMC-nin çay fabrikində, Masallı rayonunda Heydər Əliyev Mərkəzində, Bayraq Meydanında, Tarix-Diyarşünaslıq Muzeyində, Dövlət Rəmzləri Muzeyində, Olimpiya İdman Kompleksində, Uşaq İncəsənət Məktəbində, “ASAN həyat” kompleksində, Viləşçay Su Anbarında və Masallı Sənaye Məhəlləsində olublar.
Cənub bölgəsi ilə tanışlıq məktəblilərdə zəngin təəssürat yaradıb.
Tur-aksiya davam edir.
Xəbər lenti
Hamısına baxDünya
10 İyun 07:48
Dünya
10 İyun 07:46
Dünya
09 İyun 23:48
Dünya
09 İyun 23:25
Dünya
09 İyun 22:42
Xəbər lenti
09 İyun 22:30
Dünya
09 İyun 22:15
İqtisadiyyat
09 İyun 21:59
Dünya
09 İyun 21:20
Dünya
09 İyun 21:07
Dünya
09 İyun 20:43
Dünya
09 İyun 20:32
Dünya
09 İyun 20:17
Sosial
09 İyun 20:05
İqtisadiyyat
09 İyun 19:56
Dünya
09 İyun 19:51
Gündəm
09 İyun 19:44
Sosial
09 İyun 19:25
Dünya
09 İyun 19:10
YAP xəbərləri
09 İyun 18:19
YAP xəbərləri
09 İyun 17:49
YAP xəbərləri
09 İyun 17:14
Elanlar
09 İyun 17:13
YAP xəbərləri
09 İyun 16:42
YAP xəbərləri
09 İyun 16:39
YAP xəbərləri
09 İyun 16:38
İqtisadiyyat
09 İyun 16:05
Siyasət
09 İyun 15:57
Dünya
09 İyun 15:29
Sosial
09 İyun 15:20
YAP xəbərləri
09 İyun 15:15
YAP xəbərləri
09 İyun 14:32
İqtisadiyyat
09 İyun 14:19
Elm
09 İyun 14:19
YAP xəbərləri
09 İyun 14:18
YAP xəbərləri
09 İyun 14:17
YAP xəbərləri
09 İyun 14:16
İqtisadiyyat
09 İyun 14:15
YAP xəbərləri
09 İyun 14:03
Dünya
09 İyun 13:17
İqtisadiyyat
09 İyun 12:53
Gündəm
09 İyun 12:20
İqtisadiyyat
09 İyun 12:16
Turizm
09 İyun 12:06
Siyasət
09 İyun 12:03
Siyasət
09 İyun 12:01
Siyasət
09 İyun 11:59
İqtisadiyyat
09 İyun 11:50
Sosial
09 İyun 11:35
Hadisə
09 İyun 11:35
İqtisadiyyat
09 İyun 11:25
Sosial
09 İyun 10:58
İqtisadiyyat
09 İyun 10:47
Siyasət
09 İyun 10:45
Siyasət
09 İyun 10:43
Sosial
09 İyun 10:33
Siyasət
09 İyun 10:18
İqtisadiyyat
09 İyun 09:55
Analitik
09 İyun 09:30
Analitik
09 İyun 09:17
Sosial
09 İyun 08:54
Sosial
09 İyun 08:32
Dünya
08 İyun 23:32
Dünya
08 İyun 23:17
Müsahibə
08 İyun 22:45
Dünya
08 İyun 22:31
Dünya
08 İyun 22:18
Elanlar
08 İyun 22:01
Dünya
08 İyun 21:50
Sosial
08 İyun 21:29

