/ / Prezident İlham Əliyevin müsahibəsi 2025-ci ilin Azərbaycan üçün vacib və mühüm tarixi hadisələrə şahidlik edəcəyini göstərir
Prezident İlham Əliyevin müsahibəsi 2025-ci ilin Azərbaycan üçün vacib və mühüm tarixi hadisələrə şahidlik edəcəyini göstərir
14.01.2025 [16:42]
Namiq Əhmədov,
YAP Xəzər rayon təşkilatının sədri
Prezident cənab İlham Əliyevin yerli və beynəlxalq mediaya verdiyi müsahibələr Azərbaycanın daxili və xarici siyasəti, iqtisadiyyatı, sosial sahələrə dair mühüm məlumatları ictimaiyyətlə bölüşməsi baxımından böyük əhəmiyyət daşıyır. Bu müsahibələr, cənab Prezidentin fikir və tələblərinin çağırışı şəklində şəffaf şəraitdə ictimaiyyətə çatdırılmasını təmin edir.
Bu müsahibələr, Azərbaycanın daxili və xarici siyasət istiqamətlərini geniş auditoriyaya çatdırır. O, ölkənin strateji planları, iqtisadiyyatın ınkişafı, enerji sektorunda qazanılan naliyyətlər və beynəlxalq təşəbbüslər haqqında ətraflı məlumat verir. Cənab Prezidentin müsahibələri, dezinformasiyanı önləmək və real faktları ictimaiyyətlə bölüşmək baxımından da vacibdir.
Dövlət başçımızın müsahibələri Azərbaycanın çoxşəxəli siyasətinin şəffaflıq əsasında aparıldığını təsdiq edir. Bu cür açıqlamalar ölkənin daxilində əmin-amanlıq və stabillik yaradır, beynəlxalq aləmdə isə Azərbaycanı etibarlı və prinsipial müttəfiq kimi tanıtdırır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 7 yanvar 2025-ci il tarixində yerli televiziya kanallarına verdiyi müsahibədə ölkənin daxili və xarici siyasəti, sosial-iqtisadi inkişafı, Qarabağda aparılan bərpa işləri və ordu quruculuğu ilə bağlı vacib məsələlərə toxunmuşdur.
Prezident cənab İlham Əliyev müsahibəsində sosial məsələlərin daim gündəlikdə olduğunu vurğulamış və ötən il büdcə gəlirlərinin əhəmiyyətli dərəcədə artdığını qeyd etmişdir. Bu artım nəticəsində yanvarın 1-dən etibarən minimum əməkhaqqı 14-15% artırılmışdır. Cənab Prezidentin müsahibəsində minimum əmək haqqı, sosial yardım paketləri və ölkə iqtisadiyyatında müsbət dəyişikliklərə dair açıqlamalar, Azərbaycan vətəndaşları arasında sosial etibarı daha da artırır. Belə açıqlamalar ictimaiyyətdə şəffaflıq və hesabatlılıq prinsiplərinin gücləndiyini göstərir.
Dövlət başçısı müsahibədə Azərbaycan Ordusunun dünyanın ən peşəkar ordularından biri olduğunu bildirmiş və ordunun döyüş qabiliyyətinin artırılması məqsədilə mütəmadi təlimlərin keçirildiyini qeyd etmişdir. Eyni zamanda, ordunun ən müasir silahlarla təmin edilməsi üçün ayrılan vəsaitin artırılaraq 8,4 milyard manata çatdırıldığı vurğulanmışdır.
Prezident cənab İlham Əliyev Qarabağda həyata keçirilən quruculuq işlərinə geniş yer ayıraraq, ötən il bu məqsədlə təxminən 4 milyard manat vəsait ayrıldığını bildirmişdir. Bu vəsaitin əsas hissəsi infrastruktur layihələrinə – tunel və yolların çəkilişinə, qaz və elektrik şəbəkələrinin qurulmasına sərf edilmişdir. Nəticədə, Qarabağda 10 yaşayış məntəqəsinə qayıdış təmin edilmiş və təxminən 30.000 nəfər insan məskunlaşmışdır. Cari ildə isə daha 20 yaşayış məntəqəsinə qayıdışın planlaşdırıldığı qeyd edilmişdir. Prezident cənab İlham Əliyevin Qarabağda aparılan bərpa və quruculuq işləri, eləcə də Zəngəzur dəhlizi kimi beynəlxalq əhəmiyyətli məsələlərə toxunması, ictimai diqqəti bu sahələrə yönəldir. Bu, Azərbaycanın regionda inkişafı təmin etmək üçün apardığı siyasəti göstərir. Dövlətimizin başçısı Zəngəzur dəhlizi ilə bağlı məsələyə toxunaraq, Ermənistanın 10 noyabr bəyanatının bu bəndini tez bir zamanda yerinə yetirməsinin vacibliyini vurğulamışdır. O, Naxçıvanla Azərbaycanın əsas hissəsi arasında quru əlaqəsinin təmin edilməsinin əhəmiyyətini qeyd etmişdir.
Prezident cənab İlham Əliyev xarici siyasət sahəsindəki məsələlərə də toxunaraq, İkinci Dünya müharibəsindən sonra yaranmış dünya nizamının artıq çökmək üzrə olduğunu və Azərbaycanın bu yeni nizamda özünü qorumaq üçün güclü olmasının vacibliyini qeyd etmişdir. Xüsusilə, Türkiyə-Azərbaycan qardaşlığının böyük bir coğrafiyada bu nizamın formalaşmasında mühüm rol oynadığını vurğulamışdır.
Prezident cənab İlham Əliyevin bu müsahibəsi, 2025-ci ilin Azərbaycan üçün vacib və mühüm tarixi hadisələrə şahidlik edəcəyini göstərir. O, ölkənin inkişafı və təhlükəsizliyi üçün atılacaq addımların əhəmiyyətini bir daha vurğulamışdır.
Xəbər lenti
Hamısına baxSosial
13 May 23:21
Dünya
13 May 22:43
Dünya
13 May 22:39
Dünya
13 May 22:16
Mədəniyyət
13 May 21:54
Dünya
13 May 21:20
Xəbər lenti
13 May 21:14
Dünya
13 May 21:05
İqtisadiyyat
13 May 20:43
Dünya
13 May 20:30
Dünya
13 May 20:18
Dünya
13 May 19:50
Dünya
13 May 19:25
Dünya
13 May 19:13
Dünya
13 May 18:29
Dünya
13 May 17:35
Dünya
13 May 16:22
İdman
13 May 15:54
MEDİA
13 May 15:49
Maraqlı
13 May 15:30
Siyasət
13 May 15:17
Sosial
13 May 15:12
Dünya
13 May 14:25
Siyasət
13 May 14:07
İdman
13 May 14:06
Mədəniyyət
13 May 14:02
Dünya
13 May 13:42
Dünya
13 May 13:19
YAP xəbərləri
13 May 12:58
Dünya
13 May 12:55
Sosial
13 May 12:53
Sosial
13 May 12:30
Gündəm
13 May 12:21
Elm
13 May 11:55
Xəbər lenti
13 May 11:54
İdman
13 May 11:53
Gündəm
13 May 11:52
Siyasət
13 May 11:49
İqtisadiyyat
13 May 11:43
Gündəm
13 May 11:36
MEDİA
13 May 11:14
Gündəm
13 May 10:51
Siyasət
13 May 10:39
Analitik
13 May 10:12
İqtisadiyyat
13 May 09:57
Sosial
13 May 09:49
Xəbər lenti
13 May 09:47
Sosial
13 May 09:46
Ədəbiyyat
13 May 09:33
Analitik
13 May 09:15
Sosial
13 May 08:52
Ədəbiyyat
13 May 08:30
Dünya
13 May 07:48
Sosial
13 May 07:48
Xəbər lenti
13 May 07:47
Sosial
13 May 07:46
Dünya
13 May 07:39
Siyasət
13 May 07:39
Dünya
12 May 23:45
Müsahibə
12 May 23:22
Dünya
12 May 22:43
Dünya
12 May 22:30
İqtisadiyyat
12 May 22:19
Siyasət
12 May 21:50
Dünya
12 May 21:25
İdman
12 May 21:10
Dünya
12 May 20:42
Hadisə
12 May 20:31
Dünya
12 May 20:17
Dünya
12 May 19:54

