İqtisadi və siyasi islahatların vəhdəti dayanıqlı inkişafı təmin edir
29.07.2022 [17:10]
Nihad Pənahov
YAP Tovuz rayon təşkilatının sədri
Cənab İlham Əliyev Prezident kimi fəaliyyətə başladığı ilk gündən iqtisadiyyatın şaxələndirilməsinin vacibliyini önə çəkərək, bölgələrin malik olduğu potensial imkanlardan səmərəli istifadə etmək məqsədilə Regional inkişaf proqramlarını təsdiqlədi və uğurlu icrası həyata keçirilir. Dövlət proqramlarında, regionların sosial-iqtisadi inkişafına dair əlavə tədbirlərlə bağlı Sərəncamlarda nəzərdə tutulmuş vəzifələrin icrası ölkədə qeyri-neft sektorunun davamlı inkişafını, regionlarda kommunal xidmətlərin keyfiyyətinin yüksəldilməsini, sahibkarlıq mühitinin daha da yaxşılaşdırılmasını təmin edir. Həmçinin investisiya qoyuluşunun artmasına, yeni müəssisələrin, iş yerlərinin açılmasına, yoxsulluq səviyyəsinin azaldılmasına geniş imkanlar yaradılır. Bölgələrin inkişafı yeni iş yerlərinin yatadılması deməkdir. Dövlət proqramlarından irəli gələn vəzifələrin uğurlu icrası nəticəsində 2 milyondan çox yeni iş yeri yaradılıb ki, bunun da böyük əksəriyyəti bölgələrin payına düşür. Dövlət başçısı İlham Əliyev bildirir ki, sahibkarlığın inkişafı ölkəmizin ümumi inkişafı ilə birbaşa bağlı olan məsələdir. İqtisadiyyatımız öz dayanıqlılığını saxlamalı, möhkəmləndirməlidir. Buna nail olmaq üçün əlbəttə ki, qeyri-neft sektoru inkişaf etməlidir.
Prezident İlham Əliyev iyulun 25-də Araz Əhmədovu Masallı Rayon İcra Hakimiyyətinin başçısı, Əkbər Abbasovu Lerik Rayon İcra Hakimiyyətinin başçısı və Elvin Paşayevi Göygöl Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrinə təyin olunmaları ilə əlaqədar qəbul edərkən bir daha diqqəti bölgələrin dayanıqlı inkişafını təmin etmək üçün qarşıda dayanan vəzifələrə yönəltdi: “Rayonların inkişafı ilə bağlı siz özünüz təşəbbüs göstərməlisiniz. Bəzi hallarda yerli icra orqanları bir qədər tənbəllik edirlər, ya gözləyirlər ki, dövlət tərəfindən hansısa layihələr icra ediləcək, ya da ki, sahibkar gəlib onların qapısını döyəcək. Belə olan halda, bəzi hallarda sahibkarlar qarşısında müəyyən qanunsuz, əsassız tələblər irəli sürülür. Siz özünüz sahibkarları rayonlarınıza cəlb etməlisiniz, həm yerli sahibkarları, həm də xarici sahibkarları. Xüsusilə nəzərə alsaq ki, Göygöl, Masallı və Lerik rayonlarının turizm potensialı çox zəngindir və bu rayonların füsunkar təbiəti bizim böyük sərvətimizdir – meşələr, dağlar, bulaqlar, çaylar, şəlalələr. Yəni, bu rayonları, sözün əsl mənasında, turizm mərkəzinə çevirmək hesab edirəm ki, əsas vəzifələrdən biridir.”
İdarəetmə sistemində təkmilləşmə, kadr islahatları da günümüzün əsas tələbi olaraq diqqətə çatdırıldı: “Bir daha demək istəyirəm, sizə böyük etimad göstərilir. Mən hesab edirəm ki, son vaxtlar ölkəmizdə gedən çoxşaxəli islahatlar, o cümlədən idarəetmə sahəsində aparılan islahatlar, həmçinin kadr islahatları bütün Azərbaycan ictimaiyyətinə bizim siyasətimizi göstərir, bizim niyyətimizi göstərir”.
Dövlət başçısı İlham Əliyev atdığı addımları ilə hər bir vətəndaşının yanında olduğunu, ölkəsinin tərəqqisinə, əhalinin sosial müdafiəsinin gücləndirilməsinə çalışdığını nümayiş etdirir. Ölkə Prezidenti daim çıxışlarında ölkəmizin uğurlu inkişafı üçün vətəndaş-məmur münasibətlərinin mühüm əhəmiyyət kəsb etdiyini vurğulayır və bildirir ki, məmurlar xalqın xidmətçisi olduqlarını unutmamalıdırlar. Məmurlar, dövlət qurumlarının nümayəndələri xalqla bir yerdə olmalı, onların qayğıları ilə yaşamalıdırlar. Etimadı doğrultmayan məmurların bundan sonra da cəzalandırılacağını bildirən dövlət başçısı bu mühüm nəqamı da diqqətə çatdırır ki, hər kəs qanun qarşısında eyni məsuliyyəti daşıyır.
Günümüzün reallıqları fonunda böyük əminliklə qeyd edirik ki, Prezident İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq şəffaflığın təminatı, korrupsiyaya qarşı mübarizə keyfiyyətcə yeni müstəviyə keçib. Ölkə Prezidentinin “Heç kim qanundan üstün deyil” çağırışı özündə bütün məqamları əks etdirir. Azərbaycan demokratik, hüquqi dövlətdir. Cəmiyyət qanunlarla idarə edilir. Qanunlara riayət etmək hər birimizin vətəndaşlıq borcudur.
Ölkəmizdə iqtisadi və siyasi islahatların vəhdətliyinin qorunması davamlı inkişafa geniş yol açır. Azərbaycanın beynəlxalq maliyyə qurumlarının hesabatlarında liderliyini qoruması, islahatçı ölkə kimi qərarlaşması möhkəm təmələ əsaslanan siyasətin nəticəsidir. Məhz bu siyasət bizə tarixi Zəfərimizin sevincini yaşadır. Bu gün işğaldan azad edilmiş ərazilərimizdə genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirilir. Böyük Qayıdışın ilk addımları atıldı. Ağalı sakinləri öz doğma yurd-yuvalarına qayıtdılar. Uğurlarımız gələcəyə daha böyük inamla addımlamağa əsas verir. Cənab İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycanın qarşısında geniş imkanlar mövcuddur.
Xəbər lenti
Hamısına baxDünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Xəbər lenti
08 May 17:04
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26
Elm
08 May 16:23
Xəbər lenti
08 May 16:22
Mədəniyyət
08 May 15:49
Siyasət
08 May 15:40
YAP xəbərləri
08 May 15:20
Siyasət
08 May 15:07
İqtisadiyyat
08 May 14:25
Sosial
08 May 13:49
Sosial
08 May 13:43
Sosial
08 May 13:28
Hadisə
08 May 12:56
Sosial
08 May 12:52
Sosial
08 May 12:46
Sosial
08 May 12:30

