Avropa Şurası Almaniya və Fransanın əlində oyuncaq bir quruma çevrilib
01.02.2024 [16:34]
Azərbaycana qarşı qəbul edilən qətnamə əvvəlcədən planlaşdırılmış addımdır
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyasının ilk iclasında Azərbaycan nümayəndə heyətinin etimadnaməsi təsdiqlənmədi. Almaniyalı deputat Frank Şvabenin Azərbaycan nümayəndə heyətinin etimadnaməsinin təsdiqlənməməsi ilə bağlı təklifi dəstəklənib, qərar qəbul edilməsi üçün Monitorinq Komitəsinə göndərilib. Daha sonra qurumda Azərbaycan nümayəndə heyətinin səsvermə hüququ məhdudlaşdırılıb. Əsas səbəb kimi isə Azərbaycan tərəfinin 2023-cü ildə Laçın dəhlizinə səfərə və Qarabağdakı vəziyyəti müşahidə etməyə, eyni zamanda, azərbaycanlı “siyasi məhbuslar”la görüşə icazə verməməsi göstərilib. Lakin Azərbaycan üçün nəinki AŞPA-da səsinin dondurulması, bu qurumun özü belə əhəmiyyət kəsb etmir. Belə ki, bu hadisə Azərbaycana qarşı atılan ilk belə addım deyil, böyük ehtimalla son da olmayacaq. Çünki sözügedən qurum müxtəlif ölkələrin Avropa Parlamentinə düşə bilməyən islamofob və türkofob təfəkkürlü nümayəndələrinin düşərgəsinə çevrilib. Belə şəxslərdən biri də almaniyalı deputat Frank Şvabendir. Sosial Demokrat Partiyasının üzvü olan və Kansler Olaf Şoltsa yaxınlığı ilə bilinən F.Şvaben Cənubi Qafqazla xüsusi maraqlanır. Bir çox AŞPA nümayəndəsi kimi F.Şvabenin də erməni lobbisi və diasporu ilə yaxın əlaqələri var. Digər diqqətçəkən məqam isə onun neonasist Pegida hərəkatının üzvləri ilə münasibətinin olmasıdır. Bütün bunları ümumiləşdirdikdə F.Şvabenin də islamofob, türkofob olduğu üzə çıxır. Şübhəsiz, F.Şvaben faktoru həm də başqa bir məsələni gündəmə gətirir. Söhbət Fransa və Almaniyanın tandem şəklində çıxış etməsindən gedir. Fransa bir çox hallarda öz istəklərini Almaniya vasitəsilə reallaşdırmağa çalışır. Son zamanlar rəsmi Paris Bakı qarşısında ardıcıl məğlubiyyətlər alır, demək, Almaniya ilə birlikdə AŞPA-da belə bir ədalətsiz qərar qəbul edildi. Daha dəqiq ifadə etsək, Fransa Almaniyanı qabağa verib, AŞPA-nı Azərbaycana qarşı vasitə kimi istifadə etməyə çalışır. Azərbaycan AŞPA-ya üzv olduğu 2001-ci ildən bu təşkilatdan ancaq ermənipərəst, islamofob münasibət görüb. Təşkilat bu günə qədər Ermənistanın Azərbaycana təcavüzü və ərazilərin işğalı faktına qarşı ara-sıra heç bir hüquqi çəkisi olmayan bəyanatlar, qərarlar verməkdən başqa heç nə etməyib. Bu da onu deməyə əsas verir ki, AŞPA “demokratik prinsiplər”dən deyil, şəxsi mülahizələrə əsaslanan subyektiv maraqlardan, erməni təəssübkeşliyindən çıxış edir.
Ermənipərəst dairələrin subyektiv mülahizələri əsasında hazırlanan və xüsusi məqsəd daşıyan bu sənədlərin qəbul edilməsi ölkəmizə qarşı nümayiş etdirilən növbəti qərəzli və ədalətsiz mövqedən xəbər verir. Azərbaycanın AŞPA-nın tamhüquqlu üzvü olmasından 16 il keçir və ötən dövrdə bu qurum zaman-zaman anti-azərbaycan mövqedən çıxış edib. Bunun nəticəsidir ki, Azərbaycan bu təşkilatda ardıcıl şəkildə müəyyən lobbi qruplarının və xüsusilə də erməni təəssübkeşlərinin təzyiqi ilə üzləşib. Azərbaycan Avropa Şurasının nizamnaməsinə ciddi riayət edən, insan hüquqlarının qorunması üçün maksimum addımlar atan bir ölkədir. Sadəcə, Azərbaycanın müstəqil daxili və xarici siyasət yürütməsi Avropada müəyyən dairələri narahat edir. Nəzərə alınmalıdır ki, Azərbaycanın bugünkü uğurları heç də Avropa Şurasında üzvlüklə qazanılmayıb. Azərbaycan öz müstəqilliyini möhkəmləndirmək, dövlət quruculuğunu, məhz xalqın mənafeyinə uyğun həyata keçirmək üçün maksimum addımlar atır. Cənab Prezidentimizin bildirdiyi kimi, Azərbaycan Avropa Şurasından çıxmaqla nə qazanacaq, nə də itirəcək. İtirən isə belə halda yalnız Avropa Şurası ola bilər.
Avropanın özündə də bu gün insan hüquq və azadlıqları ilə bağlı mühüm problemlər mövcuddur. Son dövrlərdə Kataloniyada baş verənlər zamanı insanlara qarşı zorakılığın tətbiq edilməsi, küçə aksiyası keçirən insanlara qarşı polisin zorakı davranışı və bu kimi hallar nədənsə Avropa Şurasını narahat etmir. Bu baxımdan, AŞPA-nın qəbul etdiyi subyektiv mülahizələrə əsaslanan məlum qətnamələr ikili standartlara əsaslanır. Hər zaman ökəmizə qarşı təzyiq kampaniyaları aparan anti-Azərbaycan mərkəzləri yenidən bu cür şər və böhtanlarla ölkəmizin müsbət imicinə xələl yetirməyə çalışır. Görünən odur ki, Azərbaycanın siyasi üstünlüyü hər mənada nəzərə çarpmaqdadır. Prezident İlham Əliyevin apardığı qətiyyətli, milli maraqlara söykənən xarici siyasət kursu Azərbaycan həqiqətlərinin beynəlxalq tribunalardan səslənməsinə imkan yaradıb. Ölkəmizdə yaradılan demokratik şərait Azərbaycana gələn hər bir qonaq tərəfindən təsdiqlənir. Bu mənada AŞPA-nın bu tipdə qətnamələrlə bizə qarşı açıq təzyiq göstərməyə cəhd etməsi yolverilməz haldır. Azərbaycan artıq 30 ildən artıqdır ki, erməni təcavüzündən əziyyət çəkirdi, torpaqlarımız Ermənistan tərəfindən işğal edilmişdir. Bir milyona yaxın azərbaycanlı öz ev-eşiklərindən didərgin düşüb. AŞPA bunun hesabatını niyə aparmır? Niyə işğalçı Ermənistanın qurumdan çıxarılması məsələsi, işğal altında olan Azərbaycan torpaqlarının qeyd-şərtsiz azad edilməsi gündəmə gətirilmir? Avropa qitəsində irqi ayrı-seçkilik, separatizm meyilləri, zorakılıq halları artmaqdadır. Avropa Şurası bu məsələlərə diqqət ayırmalıdır. Azərbaycana qarşı qəbul olunan bu qətnamələr qeyri obyektivdir və əsassızdır. Bir sözlə, erməni lobbisinin təsiri ilə aparılan belə kampaniyalar birmənalı şəkildə fiaskoya məhkumdur.
Təhmasib Rüstəmov
YAP Qubadlı Rayon Təşkilatının sədri.
Xəbər lenti
Hamısına baxDünya
09 İyun 23:48
Dünya
09 İyun 23:25
Dünya
09 İyun 22:42
Xəbər lenti
09 İyun 22:30
Dünya
09 İyun 22:15
İqtisadiyyat
09 İyun 21:59
Dünya
09 İyun 21:20
Dünya
09 İyun 21:07
Dünya
09 İyun 20:43
Dünya
09 İyun 20:32
Dünya
09 İyun 20:17
İqtisadiyyat
09 İyun 19:56
Dünya
09 İyun 19:51
Gündəm
09 İyun 19:44
Sosial
09 İyun 19:25
Dünya
09 İyun 19:10
YAP xəbərləri
09 İyun 18:19
YAP xəbərləri
09 İyun 17:49
YAP xəbərləri
09 İyun 17:14
Elanlar
09 İyun 17:13
YAP xəbərləri
09 İyun 16:42
YAP xəbərləri
09 İyun 16:39
YAP xəbərləri
09 İyun 16:38
İqtisadiyyat
09 İyun 16:05
Siyasət
09 İyun 15:57
Dünya
09 İyun 15:29
Sosial
09 İyun 15:20
YAP xəbərləri
09 İyun 15:15
YAP xəbərləri
09 İyun 14:32
İqtisadiyyat
09 İyun 14:19
Elm
09 İyun 14:19
YAP xəbərləri
09 İyun 14:18
YAP xəbərləri
09 İyun 14:17
YAP xəbərləri
09 İyun 14:16
İqtisadiyyat
09 İyun 14:15
YAP xəbərləri
09 İyun 14:03
Dünya
09 İyun 13:17
İqtisadiyyat
09 İyun 12:53
Gündəm
09 İyun 12:20
İqtisadiyyat
09 İyun 12:16
Turizm
09 İyun 12:06
Siyasət
09 İyun 12:03
Siyasət
09 İyun 12:01
Siyasət
09 İyun 11:59
İqtisadiyyat
09 İyun 11:50
Sosial
09 İyun 11:35
Hadisə
09 İyun 11:35
İqtisadiyyat
09 İyun 11:25
Sosial
09 İyun 10:58
İqtisadiyyat
09 İyun 10:47
Siyasət
09 İyun 10:45
Siyasət
09 İyun 10:43
Sosial
09 İyun 10:33
Siyasət
09 İyun 10:18
İqtisadiyyat
09 İyun 09:55
Analitik
09 İyun 09:30
Analitik
09 İyun 09:17
Sosial
09 İyun 08:54
Sosial
09 İyun 08:32
Dünya
08 İyun 23:32
Dünya
08 İyun 23:17
Müsahibə
08 İyun 22:45
Dünya
08 İyun 22:31
Dünya
08 İyun 22:18
Elanlar
08 İyun 22:01
Dünya
08 İyun 21:50
Sosial
08 İyun 21:29
İqtisadiyyat
08 İyun 21:10
Dünya
08 İyun 20:42
Xəbər lenti
08 İyun 20:39

