Dünya ərzaq bazarında real vəziyyət
28.07.2023 [11:13]
Mübariz ABDULLAYEV
Gözlənildiyi kimi, “Taxıl sazişi”nin qüvvədən düşməsinin mənfi təsirləri özünü çox gözlətmədi. Son günlərdə dünya bazarlarında buğdanın və qarğıdalının qiymətləri bahalaşıb. Transmilli mediada yayılan məlumatlarda bildirilir ki, Qara dənizin Ukrayna sahillərindəki limanlarından taxılın daşınmasının təhlükəsizliyini təmin edən sövdələşmənin ləğvi bütün dünya üzrə istehlakçılar üçün ərzaq qiymətlərinin bahalaşması, hətta bəzi regionlarda aclıq risklərini artırıb. Verilən məlumatlara görə, ABŞ-da buğda fyuçersləri təxminən 3 faiz, qarğıdalı fyuçersləri isə təxminən 1 faiz artıb.
Çikaqo əmtəə birjasında müşahidə edilən proseslər daha kədərlidir. Burada “Taxıl sazişi”nin başa çatmasından sonra 1 həftə ərzində buğdanın qiyməti 12,3 faiz artıb. Çiqako birjasında iyulun 17-də buğdanın 1 buşeli 6,54 ABŞ dolları idi. İyulun 24-də isə buğdanın 1 buşeli 7,34 ABŞ dollarına yüksəlib. Qarğıdalının dekabr fyuçersləri üzrə qiyməti isə 2,31 faiz artaraq 5,26 dollar olub. Digər birjalarda da oxşar proseslər müşahidə edilməkdədir. Yeni razılaşma əldə olunmayacağı təqdirdə, ötən ilin yazındakı vəziyyət yenidən təkrarlana bilər ki, bu da arzuedilən deyil.
“Taxıl sazişi”nin qüvvədən düşməsindən dərhal sonra birjalarda qiymətlərin artması iqtisadi izaha sığmır. İllər boyunca formalaşan ənənələrə görə ölkələr özlərinin taxıl ehtiyatlarını uzunmüddətli dövrü nəzərə almaqla tədarük edirlər. Təchizatda fors major halları baş verdikdə anbarlarda toplanan ehtiyat taxıldan istifadə olunur. Digər tərəfdən, iyulun 17-dən əvvəl Ukrayna sahillərindən yola salınan taxıl yüklənmiş gəmilərin bir çoxu təyinat üzrə ünvana çatmayıb. Yəni, “Taxıl sazişi” çərçivəsində son bir ildə formalaşan təchizat zənciri hələ tam qırılmayıb. Buradan hasil olan nəticə ondan ibarətdir ki, birjaların “Taxıl sazişi”nin qüvvədən düşməsinə bu dərəcədə həssaslıq nümayiş etdirməsi iqtisadi amillərdən daha çox psixoloji gərginliklə bağlıdır. İdxalçılar təchizatın üzunmüddətli dövr üçün pozulacağından ehtiyatlanaraq rezervlərinin artırıılması qayğısına qalırlar. Bu da bazarlarda tələb və təklif nisbətini dəyişir. Öz növbəsində tələb artdıqca yeni satış qiymətləri diktə olunur.
Belə vəziyyətin keçici və qısamüddətli olacağı gözlənilir. Hər halda taxıl məhsullarının qiymətində ötən ilin yazındakı tarixi rekordun yenidən təkrarlanacağı ehtimalları azdır. Artıq beynəlxalq birlik Rusiya-Ukrayna müharibəsinə bir növ adaptasiya olub, ajiotaj dövrü arxada qalıb. İstehsalçıların taxılı bazardan gizlədəcəkləri kimi məqamların bir daha təkrarlanacağı gözlənilmir.
Eyni zamanda, Ukraynadan taxılın daşınmasının yeni variantları ilə bağlı müzakirələr aparılır. Rəsmi Kiyev Rumıniya və Bolqarıstan suları vasitəsilə taxılın daşınmasının yeni marşrutunu təklif edib. Bundan başqa, müzakirələr, həmçinin quru dəhliz yaradılması istiqamətində aparılır. “Taxıl sazişi”nin qüvvədə olduğu dövrdə Ukrayna limanları vasitəsilə 1003 gəmidə 32,8 milyon ton ərzaq daşınıb. Yeni təklif olunan marşrutlarla bu həcmdə taxılın ixracı mümkün görünmür. Rumıniya və Bolqarıstan sularının ötürücülük imkanları Qara dənizlə müqayisədə aşağıdır. Taxılın quru yolla daşınması isə məsrəfləri xeyli artıracaq, həm də yüklər təyinat ünvanlarına daha gec çatacaq. Bu kimi mənfi məqamlara baxmayaraq, təklif olunan yeni marşrutlar dünya üçün böyük ümidlər yaradır. Zərurət yaranacağı təqdirdə yeni yollardan istifadə olunması zərurətə çevriləcək. Bu məqamda qeyd etmək yerinə düşər ki, təxminən bir il qüvvədə olan “Taxıl sazişi”nin özü də, necə deyərlər, nöqsanlardan xali deyildi. Sazişin icrası ilə bağlı narazılıqlar da zaman-zaman gündəmə gəlib. Xüsusilə də taxılın müştərilərinin yenə də varlı ölkələr olduğu geniş müzakirələrə yol açdı. Ayrı-seçkiçiliyi BMT-nin əlaqələndimə mərkəzinin açıqlamasından da görmək mümkündür. Qurumun yaydığı sənəddə bildirilir ki, daşınan qarğıdalının 90, taxılın isə 60 faizi varlı ölkələrə tədarük olunub. Əfqanıstan, Efiopiya, Sudan, Somali, Yəmən kimi ölkələrə isə daşınan ərzağın cəmi 2,5 faizi (822 min ton) çatıb.
Xəbər lenti
Hamısına baxİdman
18 May 20:28
Dünya
18 May 20:10
Siyasət
18 May 19:40
İqtisadiyyat
18 May 19:30
İqtisadiyyat
18 May 19:13
YAP xəbərləri
18 May 18:26
YAP xəbərləri
18 May 18:00
Gündəm
18 May 17:58
YAP xəbərləri
18 May 17:55
İdman
18 May 17:26
Gündəm
18 May 17:13
Sosial
18 May 16:11
Siyasət
18 May 16:09
İqtisadiyyat
18 May 16:07
Elm
18 May 15:58
Sosial
18 May 15:41
Gündəm
18 May 15:40
YAP xəbərləri
18 May 14:53
Gündəm
18 May 14:27
Sosial
18 May 14:19
Siyasət
18 May 14:16
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:06
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Dünya
18 May 13:25
Sosial
18 May 13:14
Sosial
18 May 12:30
Elanlar
18 May 12:17
Xəbər lenti
18 May 11:56
Xəbər lenti
18 May 11:22
Siyasət
18 May 11:20
Sosial
18 May 10:51
Dünya
18 May 10:43
Mədəniyyət
18 May 10:34
Siyasət
18 May 10:19
Dünya
18 May 09:54
Dünya
18 May 09:21
Siyasət
18 May 08:37
Siyasət
17 May 23:17
Siyasət
17 May 22:31
İqtisadiyyat
17 May 21:20
Siyasət
17 May 20:49
Xəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Siyasət
17 May 19:48
Dünya
17 May 19:36
Gündəm
17 May 18:58
Sosial
17 May 18:42
Siyasət
17 May 18:37
Gündəm
17 May 18:35
Dünya
17 May 18:17
Gündəm
17 May 17:59
Siyasət
17 May 17:39
Siyasət
17 May 17:36
Dünya
17 May 17:31
Siyasət
17 May 16:39
Siyasət
17 May 16:38
Dünya
17 May 16:25
Siyasət
17 May 15:55

