80 ildən sonra...
19.07.2025 [09:53]
“Kensinqton Müqaviləsi” Britaniya və Almaniya arasında əlaqələri gücləndirəcək
Böyük Britaniyanın Baş naziri Kir Starmer və Almaniya Kansleri Fridrix Merts iyulun 17-də Londonda müdafiə və miqrasiya sahəsində mühüm saziş imzalayıblar. Xarici işlər nazirləri Devid Lemmi və Yohan Vadefulun da qatıldıqları imzalanma mərasimi Viktoriya və Albert Muzeyində baş tutub. “Kensinqton Müqaviləsi” adlanan bu sənəd 1945-ci ildə İkinci Dünya müharibəsinin başa çatmasından bəri Böyük Britaniya ilə Almaniya arasında imzalanan ən böyük saziş kimi qiymətləndirilir.
Müqavilə müdafiə və miqrasiya sahəsində əməkdaşlığı nəzərdə tutur
İmzalanmadan sonra Kansler və Baş nazir Daunin Stritdə bir araya gəliblər. Dauninq Stritdən verilən açıqlamaya görə, Almaniya bu ilin sonunadək qanunvericiliyini sərtləşdirərək Britaniyaya qeyri-qanuni miqrant axını təşkil edən cinayətkar şəbəkələrə qarşı tədbirləri gücləndirəcək.
“Kensinqton müqaviləsi” adlanan sənəd müdafiə, miqrasiya və strateji əməkdaşlıq kimi əsas sahələri əhatə edir. Böyük Britaniyanın Baş naziri K.Starmer vurğulayıb ki, bu, hazırkı şəraitdə iki ölkə arasındakı münasibətlərin yaxınlığını və daha sıx əməkdaşlıq üçün ambisiyaları əks etdirir. Yeni saziş, xüsusilə, birgə istehsal olunan hərbi avadanlığın ixracını asanlaşdıracaq. Baş nazirin sözlərinə görə, saziş sadəcə bəyannamə deyil: “Bu, ölkələrimizin nə qədər yaxın olduğunu və gələcək üçün birgə planlarımızın nə olduğunu göstərən tarixi sənəddir. Bu qeyri-sabitlik dövründə ölkələrimiz və hökumətlərimiz arasında sıx münasibətlər xüsusilə vacibdir”.
Almaniya Kansleri F.Merts isə bildirib ki, “Kensinqton müqaviləsi”ni imzaladıqdan dərhal sonra bunun İkinci Dünya Müharibəsindən bəri Britaniya və Almaniya arasında ilk müqavilə olduğunu öyrəndikdə “təəccüblənib”. “Siz Avropa İttifaqında idiniz və biz düşünürdük ki, bu kifayətdir. Amma indi başa düşürük ki, bu, kifayət deyil, ona görə də bu istiqamətdə daha çox iş görməliyik”, - Almaniya Kansleri Fridrix Merts belə bir sazişin imzalanmasını Almaniya-Britaniya münasibətləri üçün tarixi gün adlandırıb.
İki ölkəni Rusiya təhlükəsi birləşdirir?
Sənədin geosiyasi vəziyyətdə köklü dəyişikliklər və Rusiya təhlükəsi ilə əlaqədar iki ölkə arasında strateji tərəfdaşlığı da nəzər tutduğu qeyd olunur. Qeyd edək ki, Böyük Britaniya ilə Almaniya arasındakı münasibətləri effektiv, amma səssiz bir ittifaq kimi qiymətləndirmək olar. Lakin 2014-cü ildə Rusiyanın Krımı ilhaq etməsindən sonra münasibətlər sürətlənib, “Brexit”dən sonra intensivləşib və Rusiya-Ukrayna müharibəsi ilə yeni mərhələyə qədəm qoyub. Bu canlanmaya baxmayaraq, siyasi faktorlar, geosiyasi təhdidlərə dair müxtəlif qavrayışlar və fərqli strateji mədəniyyətlər indiyədək münasibətləri konkret şəkildə dərinləşdirmək üçün tam yetərli olmayıb.
Xatırladaq ki, hər iki ölkənin müdafiə nazirləri ötən il oktyabrın 23-də Britaniya-Almaniya hərbi əməkdaşlığında yeni səhifə açan müdafiə sazişi imzalamışdılar. “Trinity House” Müqaviləsi də Avropanın ən yüksək müdafiə xərclərini ödəyən iki dövləti arasında əlaqələrin dərinləşməsinə təkan verir, hava, quru, dəniz, kosmos və kiber olmaqla, diqqəti bütün sahələrdə hərbi əməkdaşlığın artırılmasına yönəldir. NATO və Avropanın təhlükəsizliyi üçün mühüm addım olan bu təşəbbüs hər iki ölkənin kollektiv müdafiə qabiliyyətinin gücləndirilməsi baxımından kritik məzmun kəsb edir. Müqavilə müxtəlif formalarda əməkdaşlığı nəzərdə tutur. İlk növbədə, NATO-nun Baltikyanı ölkələrdə şərq cinahının gücləndirilməsinə diqqət yetirilib, Rusiyanın mümkün hücumuna qarşı daha ardıcıl və effektiv çəkindiricilik məqsədilə Britaniya və Almaniya orduları arasında birgə təlimlər keçirilir. İki ölkə logistika, anbar və tədarük imkanlarını bölüşərək, əməliyyat səmərəliliyini artırmağı hədəfləyib.
NATO müttəfiqləri kimi...
“Kensinqton Müqaviləsi”nin imzalanması isə bu istiqamətdə əlaqələri daha da gücləndirəcək. İki ölkə arasında müdafiə sənayesi sahəsində əməkdaşlıq mövcuddur. Bu əməkdaşlığa uzun mənzilli raketlər, pilotsuz uçuş aparatları və yeni nəsil döyüş təyyarələri kimi insanlı platformalar və oxşar məhsullar daxildir. Həmçinin Avropa müdafiə sistemlərinin hərbi texnologiyanın ən qabaqcıl səviyyəsində qalmasını təmin etmək üçün işlərin digər müttəfiqlərlə sıx koordinasiyada aparılacağı vəd edilir.
Son zamanlar artan təhdidlər nəticəsində Avropa İttifaqı həm struktur, həm də üzv dövlətlərin müdafiə qabiliyyətini yeni qurumlar, qərarlar və vəsaitlərlə artırmağa çalışır. Bununla belə, bütün bu xərclərin müdafiə mexanizmini gücləndirməsində siyasətçilərin “güclü əli” yoxdur. Buna görə də Avropa hökumətləri regionda hərbi cəhətdən güclü müttəfiqlərlə daha çox işləmək istəyir. Ancaq Aİ iki ən böyük müdafiə büdcəsindən birinə sahib olan üzv dövlətin ayrılmasından təsirləndi. “Brexit”dən sonra hamı razılaşır ki, Aİ və onun üzv dövlətlərinə təsir edən müdafiə problemi birbaşa Britaniyanın milli maraqlarına təsir edəcək və eyni şey əksinə də baş verəcək. Digər tərəfdən, Avropada artan təhlükəsizlik müzakirələri və Donald Trampın Ağ Evə qayıdışının NATO-ya və xüsusən də Ukraynadakı müharibəyə təsiri Avropanın öz müdafiəsi üçün daha çox məsuliyyət daşıması çağırışına səbəb olub. Britaniyasız isə Avropa İttifaqının müdafiə siyasəti nisbətən zəif görünür. Bununla belə, tərəflərin NATO müttəfiqləri olduğunu nəzərə alsaq, Almaniya-Britaniya əlaqələri yeni müqavilə əsasında daha da inkişaf edəcək.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
20 Aprel 23:51
Dünya
20 Aprel 23:45
Dünya
20 Aprel 23:20
Xəbər lenti
20 Aprel 22:41
İqtisadiyyat
20 Aprel 22:30
Dünya
20 Aprel 22:17
Dünya
20 Aprel 21:59
İqtisadiyyat
20 Aprel 21:24
Dünya
20 Aprel 21:10
Elm
20 Aprel 20:46
Dünya
20 Aprel 20:35
Sosial
20 Aprel 20:18
Dünya
20 Aprel 19:50
İqtisadiyyat
20 Aprel 19:30
Sosial
20 Aprel 19:22
Sosial
20 Aprel 18:00
İqtisadiyyat
20 Aprel 17:59
Gündəm
20 Aprel 17:58
Dünya
20 Aprel 16:28
Siyasət
20 Aprel 15:46
Dünya
20 Aprel 15:34
Elanlar
20 Aprel 15:23
İqtisadiyyat
20 Aprel 15:22
İdman
20 Aprel 14:35
Elm
20 Aprel 14:31
Siyasət
20 Aprel 13:53
Dünya
20 Aprel 13:20
Sosial
20 Aprel 13:10
Xəbər lenti
20 Aprel 12:40
Dünya
20 Aprel 12:39
Sosial
20 Aprel 12:36
Siyasət
20 Aprel 12:32
Hadisə
20 Aprel 12:11
Sosial
20 Aprel 11:58
İqtisadiyyat
20 Aprel 11:21
İqtisadiyyat
20 Aprel 11:21
Xəbər lenti
20 Aprel 11:02
Gündəm
20 Aprel 10:56
Dünya
20 Aprel 10:45
İqtisadiyyat
20 Aprel 10:26
Dünya
20 Aprel 10:19
Dünya
20 Aprel 09:51
Dünya
20 Aprel 09:17
Gündəm
20 Aprel 09:08
Dünya
20 Aprel 08:49
Dünya
20 Aprel 08:23
Dünya
20 Aprel 08:20
Dünya
20 Aprel 07:57
Elm
19 Aprel 23:18
Dünya
19 Aprel 22:35
Dünya
19 Aprel 21:20
Hadisə
19 Aprel 20:33
Hadisə
19 Aprel 19:15
Siyasət
19 Aprel 19:11
Sosial
19 Aprel 19:09
Sosial
19 Aprel 18:27
Dünya
19 Aprel 17:24
Gündəm
19 Aprel 16:53
Maraqlı
19 Aprel 16:39
Analitik
19 Aprel 14:32
Dünya
19 Aprel 14:25
Dünya
19 Aprel 13:41
Dünya
19 Aprel 12:38
Siyasət
19 Aprel 11:24
Dünya
19 Aprel 11:06
Dünya
19 Aprel 10:50
Dünya
19 Aprel 10:17
Siyasət
19 Aprel 09:45
Dünya
19 Aprel 09:22
Dünya
19 Aprel 08:51

