Aİ regionda fəallığını niyə artırır?
24.11.2021 [10:35]
Brüsseldən Cənubi Qafqaza yeni geostrateji baxış...
Dekabrın 15-də Brüsseldə Avropa İttifaqının (Aİ) vasitəçiliyi ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında keçiriləcək görüş dünya mediasının diqqət mərkəzindədir. Ekspertlər Aİ-nin bu təşəbbüsünü müxtəlif cür şərh edirlər. Əsas müzakirə predmetinə çevrilən sual isə belədir: Avropa İttifaqı yeni mərhələdə Cənubi Qafqaza hansı statusda və niyə gəlir, onun regional yönəlik geostrateji fəallığının səbəbi nədir?
Köhnə oyunçu yeni siyasi simada
Aydındır ki, Aİ bu vaxta qədər Cənubi Qafqazda müəyyən siyasi və iqtisadi fəallığa malik olub, ikitərəfli və çoxtərəfli münasibətlərin inkişafını diqqətdə saxlayıb. Təşkilatın region dövlətləri ilə həm “Şərq Tərəfdaşlığı” proqramı çərçivəsində, həm də ikitərəfli əlaqələr müstəvisində münasibətlərində müəyyən dinamika qeydə alınıb. Amma artıq Cənubi Qafqazda yeni geostrateji reallıqlar yaranıb və Aİ-nin bölgəyə yönəlik siyasətində yeni yanaşmanın ortaya qoyulması zərurətə çevrilib.
Söhbət Azərbaycanın İkinci Qarabağ müharibəsində qələbə qazanaraq tarixi ədaləti və öz ərazi bütövlüyünü bərpa etməsindən, regionda dayanıqlı sülh, etibarlı təhlükəsizlik və çoxtərəfli əməkdaşlıq mühiti formalaşdırmasından gedir. Ona görə də, Avropa İttifaqı yeni qonşuluq siyasəti konsepsiyası formalaşdırmaq, bölgədə yeni əməkdaşlıq platformasında yer alacaq dövlətlərlə münasibətlərdə bərabərhüquqlu tərəfdaş statusu qazanmaq çağırışı ilə qarşı-qarşıyadır. Nəzərə alınır ki, artıq Cənubi Qafqaz toqquşma deyil, strateji rəqabət və maraqların uzlaşdırılması məkanıdır. Xüsusilə, “altılıq platforması” adlandırılan əməkdaşlıq formatının aktual olması regionu Avropa İttifaqı üçün cazibə mərkəzlərindən birinə çevirir. İstisna deyil ki, İttifaq yeni Avrasiya quruculuğunda Azərbaycan, Türkiyə və Rusiya kimi güc mərkəzlərinin önə çıxmasını diqqətdə saxlayır və Cənubi Qafqazda bu dövlətlərin aparıcı rolu fonunda formalaşan yeni geosiyasi konfiqurasiyanın imkanlarından yararlanmağa çalışır. Doğrudur, bəzi ekspertlər Aİ-nin Cənubi Qafqazda fəallığının və strateji təşəbbüslərinin artmasını kollektiv Qərbin Rusiyanı neytrallaşdırması cəhdi kimi də dəyərləndirirlər. Amma həm hər iki tərəfdən səsləndirilən fikirlər, həm də atılan addımlar yeni mərhələdə münasibətlərin daha çox həm rəqabət, həm də əməkdaşlıq müstəvisində cərəyan edəcəyini deməyə əsas verir. Digər tərəfdən, Aİ regiona alternativ geoiqtisadi və geosiyasi qüvvə kimi daxil olmağa çalışır. İttifaqın paralel olaraq Ermənistanı regionda baş verən proseslərdə iştiraka təşviq edərək müəyyən dividendlər qazanmağa çalışması da bu kontekstdə ayrıca vurğulanmalıdır. Bütövlükdə, Avropa İttifaqı regiona münasibətdə köhnə oyunçu olsa da, yeni simada - yeni konsepsiya əsasında fəallığını artırmağa cəhd edir.
Effektiv güc mərkəzinə çevrilmək hədəfi Cənubi Qafqazdan keçir
Ən mühüm məqamlardan biri budur ki, postkonflikt mərhələsində Azərbaycanın liderliyi, fəal iştirakı və strateji təşəbbüsləri təkcə Cənubi Qafqazda deyil, Asiyadan Avropaya doğru geniş coğrafiyada yeni işbirliyi xəttinin - geo?qtisadi tranzit oxunun formalaşmasında həlledici faktor kimi çıxış edir. Söhbət Zəngəzur dəhlizinin reallaşdırılmasından, bölgədə kommunikasiya xətlərinin bərpasından gedir. Bu layihənin həyata keçirilməsi Cənubi Qafqazın kommunikasiya və inteqrasiya mərkəzinə çevrilməsini şərtləndirəcək. Xüsusilə də, Azərbaycan-Türkiyə geostrateji işbirliyi nəticəsində meydana çıxan gerçəkliklər fonunda beynəlxalq münasibətlərdə çoxqütblü idarəetmə sisteminə transformasiya - keçid labüddür. Bu isə uzun müddətdir ki, təkqütblü dünya nizamına alternativ sistemin formalaşması təşəbbüsü ilə çıxış edən Avropa İttifaqı üçün real şans - mühüm imkandır. Məhz burada bəhs olunan regional təşkilatın mövqeyi xüsusilə də Çin və Rusiya kimi güc mərkəzləri ilə üst-üstə düşür.
Digər tərəfdən, Zəngəzur dəhlizinin reallaşmasından, kommunikasiya xətlərinin bərpasından sonra formalaşacaq yeni tranzit imkanlar Aİ-nin də iqtisadi, ticari maraqlarına cavab verəcək. Bu da öz növbəsində qurumun regiona marağının artmasını şərtləndirən mühüm amillərdən biridir.
Aİ-nin regional fəaliyyət konsepsiyasında aparıcı strateji xətt nədən ibarətdir?
Şübhəsiz ki, Aİ-nin yeni Cənubi Qafqaz konsepsiyasında aparıcı strateji xətt Azərbaycan ilə əməkdaşlığın dərinləşdirilməsi olacaq. Bunu şərtləndirən bir sıra zəruri amillərdən bəhs etdik. Əlavə olaraq qeyd edə bilərik ki, Azərbaycan regionun lider dövləti - aparıcı aktoru olaraq yeni mərhələdə bölgədə müxtəlif qütblərin həm geosiyasi, həm də geoiqtisadi maraqlarını uzlaşdıran sabitləşdirici qüvvə kimi çıxış edəcək. Digər tərəfdən, dünyada böyük etimada malik olan Azərbaycanın Avropanın enerji təhlükəsizliyində rolunun artması Aİ tərəfindən xüsusilə nəzərə alınır. Ölkəmiz 15 ildir ki, Avropa bazarında etibarlı neft təchizatçısıdır və prosesdə hər hansı fasilə olmayıb. Azərbaycanla əməkdaşlığın üstünlüyünü şərtləndirən digər amillər ondan ibarətdir ki, respublikamızın təbii qazının qiyməti digər mənbələrdən daxil olan qazdan ucuzdur. Eyni zamanda, Cənub Qaz Dəhlizi alternativ mənbə kimi çox mühüm əhəmiyyətə malikdir. Bu isə həm enerji təhlükəsizliyi, həm də regional iqtisadi sabitlik və inkişaf məsələsidir.
Bütövlükdə, yeni geostrateji reallıqların müəllifi olan Azərbaycanla qarşılıqlı-faydalı və bərabərhüquqlu əməkdaşlığın dərinləşdirilməsi Aİ-yə mühüm iqtisadi mənfəət və siyasi dividend vəd edir. Ona görə də, qarşıdakı dövrdə növbəti siyasi-iqtisadi təmasların, regionda intensiv diplomatik trafikin şahidi olacağıq desək, yanılmarıq.
Yeni reallıqlara köhnə baxışla yanaşmaq olmaz
Aİ-nin Cənubi Qafqaza marağının, bölgədə cərəyan edən proseslərdə fəal iştirak istəyinin təzahürlərindən biri postmüharibə dövründə inkişafın, davamlı sülhün və əməkdaşlığın bərqərar olmasına töhfə vermək cəhdidir. Hətta ekspertlər iddia edirlər ki, Avropa İttifaqı bu prosesdə ATƏT-in Minsk qrupunu “siyasi ofsayta - oyundankənar vəziyyətə” salmaq niyyətindədir. Əlbəttə, Aİ yeni reallıqları nəzərə alaraq sülh razılaşması, delimitasiya, kommunikasiyaların açılması ilə bağlı proseslərə töhfəsini verə bilər. Prezident İlham Əliyev bir müddət əvvəl Avropa İttifaqının ölkəmizdəki nümayəndəliyinin yeni təyin olunmuş rəhbəri Petr Mixalkonun etimadnaməsinin qəbulu zamanı çox vacib bir məqama toxunmuşdu. Dövlət başçısı Azərbaycanın qonşu Ermənistanla əlaqələr qurmaq istədiyini vurğulayaraq, “Biz sülh razılaşması, delimitasiya, kommunikasiyaların açılması ilə bağlı danışıqlara başlamağa hazırıq. Bu proses qismən başlayıb. Lakin düşünürəm ki, əgər Avropa İttifaqı fəal iştirak etsə, - mən belə bir istəyin olduğunu görürəm, - bu, bir çox sahələrdə bizə kömək edə bilər. Ümumilikdə, Cənubi Qafqazda vəziyyət 30 il ərzində olmayan tamamilə yeni bir miqyas ala bilər. Bu da sabitlik, proqnozlaşdırılma və sülhün çox mühüm amili ola bilər”,- deyə bildirmişdi. Təbii ki, burada əsas məsələ Aİ-nin obyektiv, ikili standartlardan və selektiv yanaşmadan uzaq mövqe ortaya qoymasıdır. Çünki artıq yeni mərhələyə köhnə baxış əsasında - özünü doğrultmayan siyasi məntiqlə yanaşmaq olmaz.
İndi regionda sülh, təhlükəsizlik və əməkdaşlığın yolu dürüst siyasətdən, yaxud siyasi səmimiyyətdən keçir. Gələcəyə strateji baxışın əsas prinsipi budur. Ekspertlərin də qeyd etdikləri kimi, Aİ isə rasional baxış ortaya qoyaraq “turist diplomatiyası” ilə məşğul olan, “siyasi reanimasiya”dan ayıla bilməyən Minsk qrupundan öz səmərəli fəaliyyəti - faydalı təşəbbüsləri ilə fərqlənə bilər. Hər halda, mövcud reallıqlar fonunda və yeni geostrateji şəraitdə belə bir seçim Avropa İttifaqının özü üçün də siyasi prestij və əlavə iqtisadi imkanlar gətirə bilər.
Beləliklə, Brüsseldən Cənubi Qafqaza yeni geostrateji baxış özündə bir çox strateji məqsədləri, məsələləri və hədəfləri ehtiva edir. Bu məqsədlərin reallığa çevrilməsi isə regional geostrateji gerçəkliklərə adekvat siyasət həyata keçirməkdən asılıdır.
Nurlan QƏLƏNDƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
16 Aprel 22:16
Elm
16 Aprel 21:59
Dünya
16 Aprel 21:20
İqtisadiyyat
16 Aprel 21:09
Dünya
16 Aprel 20:45
Dünya
16 Aprel 20:33
Sosial
16 Aprel 20:18
Dünya
16 Aprel 19:51
Dünya
16 Aprel 19:31
Dünya
16 Aprel 19:27
Gündəm
16 Aprel 18:59
Dünya
16 Aprel 18:23
YAP xəbərləri
16 Aprel 17:55
YAP xəbərləri
16 Aprel 17:20
Dünya
16 Aprel 17:19
Sosial
16 Aprel 17:16
Hadisə
16 Aprel 16:28
Dünya
16 Aprel 16:09
Sosial
16 Aprel 15:52
Siyasət
16 Aprel 15:50
Dünya
16 Aprel 15:32
Siyasət
16 Aprel 15:22
Sosial
16 Aprel 15:20
Siyasət
16 Aprel 15:10
Gündəm
16 Aprel 14:51
Sosial
16 Aprel 14:41
Sosial
16 Aprel 14:15
Siyasət
16 Aprel 13:53
Sosial
16 Aprel 13:34
Gündəm
16 Aprel 12:51
Sosial
16 Aprel 12:42
İqtisadiyyat
16 Aprel 12:42
İqtisadiyyat
16 Aprel 12:41
Gündəm
16 Aprel 12:27
Siyasət
16 Aprel 12:15
İqtisadiyyat
16 Aprel 11:53
İqtisadiyyat
16 Aprel 11:30
Gündəm
16 Aprel 11:12
Siyasət
16 Aprel 10:49
İqtisadiyyat
16 Aprel 10:35
MEDİA
16 Aprel 10:11
Analitik
16 Aprel 09:58
Gündəm
16 Aprel 09:31
Gündəm
16 Aprel 09:15
Sosial
16 Aprel 08:50
Elm
16 Aprel 08:39
Dünya
15 Aprel 23:25
Dünya
15 Aprel 23:10
Dünya
15 Aprel 22:41
Dünya
15 Aprel 22:19
YAP xəbərləri
15 Aprel 22:18
Dünya
15 Aprel 21:54
Sosial
15 Aprel 21:28
YAP xəbərləri
15 Aprel 21:23
YAP xəbərləri
15 Aprel 21:19
İdman
15 Aprel 20:45
Elanlar
15 Aprel 20:39
Siyasət
15 Aprel 20:26
Dünya
15 Aprel 20:17
Dünya
15 Aprel 19:50
Dünya
15 Aprel 19:22
YAP xəbərləri
15 Aprel 19:17
YAP xəbərləri
15 Aprel 18:58
İqtisadiyyat
15 Aprel 18:53
Dünya
15 Aprel 18:44
Elm
15 Aprel 18:25
Siyasət
15 Aprel 17:44
Dünya
15 Aprel 17:34
Sosial
15 Aprel 17:13
İqtisadiyyat
15 Aprel 17:12

