Qardaş Türkiyə seçki marafonu öncəsi...
31.01.2023 [10:57]
Prezident Ərdoğan bütün rəqiblərindən öndədir
Bu ilin mayında baş tutacaq seçkilərlə bağlı artıq qardaş Türkiyədə siyasi dinamizm artmaqdadır. Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan keçiriləcək prezident seçkilərində hakim Ədalət və İnkişaf Partiyası (AKP) ilə Milliyyətçi Hərəkat Partiyasının (MHP) birləşdiyi “Cümhur ittifaqı”nın vahid namizədi olacağı mesajını verib. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bilecik vilayətində gənclərlə görüşündə bu barədə bildirib. “Altılı Masa (müxalifətin 6 partiyasının birləşdiyi “Millət ittifaqı”- red.) nə deyir? Məndən namizəd olmaz deyir. Sizə rəğmən xalqım həm prezidentliyə namizədliyimi irəli sürəcək, həm də məni yenə prezident seçəcək”.
Qeyd edək ki, müxalifətin 6 partiyasının birləşdiyi “Millət ittifaqı” son toplantısında Ərdoğanın üçüncü dəfə prezidentliyə namizədliyini qəbul etməyəcəyini bildirib. Hüquqşünaslar bununla bağlı Türkiyədə Konstitusiyanın 101-ci maddəsini əsas gətirirlər. Ərdoğan rəqiblərinə “Türkiyə 2018-ci il seçkiləri ilə yeni sistemə keçib, yəni, xronometraj sıfırlandı. 2018-ci ildə seçilən dövlət başçısı yeni sistemin ilk prezidentidir”, - cavabını verib.
Ərdoğan niyə seçiləcək?
Ümumiyyətlə, ötən 100 ildə mühüm inkişaf yolu keçmiş Türkiyə Respublikasının son 20 ilə yaxın zaman kəsiyində Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə əldə etdiyi nailiyyətlər xüsusi vurğulanmalıdır. Bu dövr ərzində Türkiyə özünün iqtisadi-siyasi, hərbi üstünlüklərini daha da artırmağa, həm bölgədə, həm də Avropa məkanında güc mərkəzi kimi çıxış etməyə başladı. Son bir neçə il isə Türkiyə üçün xüsusilə mühüm əhəmiyyət daşıyır - Avroasiya məkanında yaşanan katklizmlərdə Türkiyənin rolu, bu ölkənin hərbi müdafiə sənayesinin yüksəlişi, yeni texnologiyalara əsaslanan yeni tipli silahların yaradılması, ən əsası isə mühüm bir coğrafiyada siyasi liderlik statusuna yüksəlməsi dövlətin qarşısında yeni vəzifələr müəyyənləşdirir, mühüm perspektivlər formalaşdırır. Məhz Rəcəb Tayyib Ərdoğanın prezidentliyi dövründə Türkiyə Yaxın Orta Şərq, Avropa, Qafqaz regionunda apardığı siyasəti daha da möhkəmləndirdi - siyasi münasibətlərdə yeni səhifələrin açılması, Aralıq dənizi hövzəsində müttəfiqlik əlaqələrinin dərinləşdirilməsi, Yaxın Orta Şərqdə siyasi sabitliyə verdiyi töhfələr, terrorizmə qarşı mübarizədəki qətiyyəti, hətta NATO-nun gələcəyində oynadağı mühüm rol, Qafqazda siyasi münasibətlərin müəyyənləşməsinə təsiri daha da artdı. Eyni zamanda, prezident Ərdoğanın müəyyənləşdirdiyi inkişaf konsepsiyası Türkiyənin 2023-cü il üçün müəyyənləşdirdiyi hədəflərin əsas ştrixlərinə çevrilib.
Siyasi hədəflər - uğurlar, reallıqlar...
2018-ci ildə yenidən prezident seçilən Ərdoğan ötən 5 il ərzində ölkəsinin həyatında hansı rolu oynayıb? Bunun üçün uzağa getmək gərək deyil:
- Türkiyə özünün hərbi müdafiə sənayesində inqilabi işlərə imza atıb;
- Azərbaycanın qazandığı qələbədə xüsusi rol oynayıb;
- Regionun aparıcı hərbi, siyasi, iqtisadi aktoruna çevrilib;
- TDT-nin bir güc mərkəzi kimi formalaşmasına töhfə verib;
- Suriya probleminin həllində yaxından iştirak edib;
- Rusiya-Ukrayna müharibəsinin sülhlə nəticələnməsi yolunda vasitəçi kimi mühüm rol oynayır - Ərdoğanın atdığı addımlar hətta BMT baş katibi Quterreş tərəifndən də heyranlıqla izlənilir və etiraf edilir;
- NATO ilə bağlı qərarlarda əsas rol oynayır.
Cəmisi 100 illik cümhuriyyət tarixinin son 20 ilində baş verən bütün bu inkişaf siyahısını daha da artırmaq olur. Bu, inkişafın siyasi və hərbi tərəfləridir. Prezident Ərdoğanın qətiyyəti və xalqını dövlət maraqları ətrafında birləşdirməsi Yaxın Orta Şərqdə alternativ mərkəzin yaranmasını şərtləndirib.
Türkiyə iqtisadi “açar” rolunda...
Ötən dövrdə Türkiyə iqtisadi kontekstdə də böyük uğurlar qazanıb. Yeni enerji habına çevrilmə perspektivi baxımından da mühüm yol qət edilib. Görülən işlər, atılan addımlar Türkiyəni Qərblə-Şərq arasında əsas tranzit və enerji mübadiləsi ünvanına çevirə bilər. Ötən illər ərzində tapılan enerji rezervləri Türkiyəni Avroasiyanın yeni enerji təminatçısı kimi çıxış etməsinə zəmin yaradır. Yaxın perspektivdə açılması nəzərdə tutulan Zəngəzur dəhlizi isə Azərbaycan vasitəsilə Türkiyənin də dünyanın ən böyük materikinin yeni yol xəritəsinin mühüm stansiyalarından birinə çevrilməsini təmin edə bilər. Bunun üçün də prezident Ərdoğanın rəhbərliyi ilə mühüm konsepsiya həyata keçirilib. Ötən dövr ərzində bu siyasət ilmək-ilmək hörülüb - Türkiyənin Uzaq Şərq, Orta Asiya, Cənubi Qafqaz, Mərkəzi və Cənubi Avropa, nəhayət Qərbi Avropa ilə münasibətlərində yenilənmə edilib. Bunun nəticəsidir ki, günümüzün Türkiyəsi regionun əsas söz sahibi kimi xarakterizə olunmaqla yanaşı, Avropa məkanının da siyasi, iqtisadi, hətta hərbi təhlükəsizliyində əsas rol oynayır.
Daxili rifah səviyyəsi artacaq - elan edilmiş proqramlar da təsdiqləyir
2018-ci ildən Türkiyədə idarə üsulu dəyişib: baş nazir postu ləğv edilib, prezident həm dövlət, həm də hökumət başçısı olub. Həmin vaxta qədər isə Türkiyə parlament respublikası idi, hökumət Böyük Millət Məclisinə seçkinin nəticələri əsasında qurulurdu. Amma keçirilən referendum yeni siyasi sistem qurmaqla yanaşı, yeni mərhələ də formalaşdırır. Son illərdə qardaş Türkiyədə daxili arenada da mühüm siyasi, iqtisadi islahatlar aparılır - bunun nəticəsində də əsaslı inkişafa nail olunub. Prezident Ərdoğanın apardığı siyasət nəticəsində Türkiyənin ümumi daxili məhsulu bir neçə dəfə artıb. Qarşılığında isə xarici borcları demək olar ki, ən minimal səviyyəyə enib. Artıq bir neçə ildir ki, Türkiyənin siyasi rəhbərliyinin yaxın gələcəyə istiqamətlənmiş yeni strateji planları səsləndirilir. 2023-cü il seçkiləri bu mənada da daxili arenada sosial rifahın daha da yüksəldilməsi üçün bir sıçrayış rolunu oynaya bilər. Hətta Türkiyə tarixində yeni bir mərhələnin başlanğıcı belə ola bilər. Məsələn, Türkiyənin Xəzinədarlıq və Maliyyə Nazirliyinin 2023-2025-ci illəri əhatə edən Ortamüddətli Proqramında (MTP) bildirilir ki, inflyasiya hədəfi 2023-cü ildə 24,9%, 2024-cü ildə isə 13,8% səviyyəsində müəyyən edilib. 2023-cü il üçün iqtisadi artım hədəfi 5%, 2024 və 2025-ci il üçün 5,5% proqnozlaşdırılıb. MTP-yə görə, Türkiyədə işsizlik səviyyəsi 2023-cü il üçün 10,4%, 2024-cü ildə 9,9% və 2025-ci il üçün 9,6%-ə enəcək.
Beləliklə, xalqın etimadını qazanmaq uğrunda mübarizədə hazırki hakimiyyət öndədir. Bunu isə faktlar və keçirilən sorğular da təsdiqləyir...
PƏRVİZ
Xəbər lenti
Hamısına baxSiyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42
Dünya
08 Noyabr 13:14
Siyasət
08 Noyabr 13:11
Dünya
08 Noyabr 12:48
Gündəm
08 Noyabr 12:16
Gündəm
08 Noyabr 12:15
Gündəm
08 Noyabr 12:12
Gündəm
08 Noyabr 11:42
Gündəm
08 Noyabr 11:25
Siyasət
08 Noyabr 10:58
YAP xəbərləri
08 Noyabr 10:35
Sosial
08 Noyabr 10:12
İqtisadiyyat
08 Noyabr 09:56
Xəbər lenti
08 Noyabr 09:39
MEDİA
08 Noyabr 09:34
Analitik
08 Noyabr 09:12
Siyasət
08 Noyabr 08:52
Ədəbiyyat
08 Noyabr 08:28
Gündəm
08 Noyabr 00:26
YAP xəbərləri
07 Noyabr 23:52
Gündəm
07 Noyabr 21:41
Gündəm
07 Noyabr 21:10
YAP xəbərləri
07 Noyabr 21:08
Gündəm
07 Noyabr 20:24
YAP xəbərləri
07 Noyabr 18:30
Sosial
07 Noyabr 18:22
Dünya
07 Noyabr 17:51
Elanlar
07 Noyabr 16:51
Xəbər lenti
07 Noyabr 16:48

