Qarabağın dirçəlişi uğrunda...
17.10.2023 [10:11]
Cəmi 3 il ərzində görülən işlər ölçüyəsığmazdır
2020-ci il Vətən müharibəsində əldə olunan qələbə ölkəmiz üçün yeni çağırışlar, yeni hədəflər müəyyənləşdirdi. Qarabağ Zəfəri qalib Azərbaycanın həyatında yeni səhifə açıb. Belə ki, ölkəmiz üçün müsbət reallıqlarla səciyyələnən indiki mərhələdə artıq yeni hədəflər meydana gəlir. Artıq 3 ilə yaxındır ki, 44 günlük müharibədə işğaldan azad edilən ərazilərə Böyük Qayıdışın təmin edilməsi Azərbaycanın gündəliyində duran əsas məsələlər sırasında yer alır. Sözügedən ərazilərə Böyük Qayıdışın təmin edilməsi ölkəmizdə 2030-cu ilədək olan dövrü əhatə edən yeni strateji mərhələdə ən mühüm milli prioritetlərdən biri kimi müəyyənləşib. Azərbaycan qarşıya qoyulan məqsədlərə çatmaqdan ötrü praktiki müstəvidə böyük investisiya qoyuluşu hesabına müxtəlif istiqamətləri əhatə edən çoxsaylı layihələr reallaşdırır.
İnfrastruktur qurulur, yollar çəkilir...
Ötən dövr ərzində Azərbaycan işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı abadlıq, quruculuq işlərini uğurla davam etdirdi. Qısa zaman kəsiyində görülən işlərin miqyası isə həqiqətən də heyrətamizdir - 30 ilə yaxın müddətdə erməni vandilaizminin qurbanına çevrilən, dağıdılan, hətta yerlə-yüksan edilən kəndlər, şəhərlər bərpa olunur, öz tarixi sakinlərini qəbul edir. Cəmi 3 ilə görülən meqa işlər nəticəsində yeni, modern üslubda yaşayış məntəqələri salınır, infrastruktur qurulur, yollar çəkilir. Erməni vəhşiliyi nəti cəsində dağıdılan dini, tarixi abidələrimiz bərpa edilir.
İşğaldan azad edilmiş ərazilərin bərpası ilə bağlı həyata keçirilən bütün tədbirlər Prezident İlham Əliyevin sərəncamı ilə təsdiq edilmiş, 2022-2026-cı illəri əhatə edən “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na əsasən reallaşdırılır. Artıq Proqramda nəzərdə tutulmuş 100 yaşayış məntəqəsinin 52-nin layihəsinin konseptual həlli qəbul edilib, dövlət başçısı tərəfindən 29 yaşayış məntəqəsinin təməli qoyulub. Ümumilikdə 2021-2023-cü illərdə dövlət başçısı tərəfindən 105 layihənin təməli qoyulub, onlardan 63 müxtəlif təyinatlı tikinti obyektinin açılışı baş tutub. Müharibədən cəmi il yarım sonra - 2022-ci il iyulun 19-dan başlayaraq Laçın və Füzuli şəhərlərinə, Zəngilan rayonunun Ağalı, Tərtər rayonunun Talış və Laçın rayonunun Zabux kəndlərinə ümumilikdə 679 ailə olmaqla, 2715 nəfər keçmiş məcburi köçkünün qayıdışı təmin ediilib. İlin sonuna qədər ümumən 1400-ə yaxın ailə olmaqla, 5000-dən artıq şəxsin geri qayıdışı nəzərdə tutulur. Cəmi 9 aya inşa edilmiş Füzuli Beynəlxalq Hava Limanının ardınca Zəngilanda ikinci hava limanı istifadəyə verilib, Laçın rayonunda hava limanının tikintisi isə sürətlə davam etdirilir. İşğaldan azad olunmuş ərazilərdə indiyədək məktəblər, xəstəxanalar, otellər, konqres mərkəzləri tikilib istifadəyə verilib. 22 yol layihəsindən 6-nın tikintisi artıq başa çatdırılıb, Bərdə-Ağdam, Horadiz-Ağbənd dəmir yolu xətləri üzrə tikinti işləri davam etdirilir.
Böyük Qayıdışın uğurla davam etməsi üçün...
Görülən genişmiqyaslı fəaliyyətdə ən əsas yerlərdən birini əhalinin rahat yaşaması üçün vacib sayılan müasir kommunal təminatların həyata keçirilməsidir. Bölgənin enerji təminatı məsələləri sürətlə həll edilir - yeni 12 su elektrik stansiyası, 12 yarımstansiya istifadəyə verilib. Bir sıra istiqamətlər üzrə isə artıq magistral qaz xətlərinin tikintisi həyata keçirilir.
Prezident İlham Əliyev işğaldan azad olunmuş ərazilərdə dayanıqlı enerji təchizatı sisteminin qurulmasını ən mühüm vəzifələrdən biri kimi müəyyənləşdirib. Dövlət başçısı müxtəlif çıxışlarında işğaldan azad edilmiş ərazilərdə etibarlı enerji təchizatı sisteminin qurulmasına strateji yanaşma sərgiləməsinin məntiqinə də aydınlıq gətirib. Müvafiq enerji təchizatı sistemi yaradılmadan nəzərdə tutulan layihələrin icrasına nail olmaq, Böyük Qayıdışı təmin etmək mümkün olmayacaq.
Enerji təchizatındakı uğurlar...
Müharibənin başa çatmasından az vaxt ötməsinə baxmayaraq, işğaldan azad olunmuş ərazilərdə müasir enerji təchizatı sisteminin qurulması istiqamətində böyük iş həcmi yerinə yetirilib. Vətən müharibəsində Qələbədən sonra ümumi gücü 20 meqavat olan “Güləbird”, “Suqovuşan-1”, “Suqovuşan-2” və “Kəlbəcər-1” Kiçik Su Elektrik stansiyaları tikilib istifadəyə verilib. İndiyədək bu stansiyalarda 30 milyon kilovat/saat elektrik enerjisi istehsal olunub.
Xüsusi vurğulanmalıdır ki, Prezident İlham Əliyev əksər yeni generasiya obyektlərinin təməlqoyma və yaxud açılış mərasimlərində şəxsən iştirak edir və Özünün dəyərli tövsiyələrini verir. İşğaldan azad edilmiş ərazilərdə yeni enerji təchizatı obyektləri ən müasir texnologiyaların tətbiqi ilə inşa olunur. Müvafiq layihə çərçivəsində işğaldan azad edilən Ağdam rayonunun Azərbaycanın ümumi enerji sisteminə qoşulması, dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təchiz edilməsi üçün
“Azərenerji” ASC tərəfindən “Xındırıstan” yarımstansiyasından 35 kilometr məsafədə ikidövrəli 110 kilovoltluq yüksəkgərginlikli elektrik verilişi xətti çəkilib. Şuşada Rəqəmsal İdarəetmə Mərkəzinin istifadəyə verilməsi şəhərin dayanıqlı və keyfiyyətli enerji ilə təchizatı baxımından əhəmiyyətli hadisədir. Ənənəvi üçpilləli 35/10-6/0,4kV-luq paylayıcı elektrik şəbəkələrinin yerinə Şuşada qurulan yeni dairəvi elektrik təchizat sxemi müasir dəringirişli ikipilləli 35/0,4kV-luq şəbəkələrlə əvəz edilib ki, bu da bir sıra üstünlüklər yaradır. Digər enerji təchizatı obyektləri kimi, “Kəlbəcər-1” KSES Azərbaycanın ümumi enerji sisteminə qoşulub. Rəqəmsal qaydada açılıb-qoşulma, intellektual idarəetmə, operativ monitorinq və təhlil aparılması mümkün olan yeni stansiyanın işinə Kəlbəcərdən olduğu kimi, Bakıdakı Baş İdarəetmə Mərkəzindən də nəzarət və onu idarə etmək əlçatan olub.
100 min hektara yaxın sahə minadan təmizlənib
Azad edilmiş bölgələrdə reallaşan ən ağrılı fəaliyyət isə minalardan təmizləmə məsələsidir ki, bu istiqamətdə də işlər ardıcıl şəkildə aparılır. Artıq 100 min hektara yaxın sahə mina və partlamamış hərbi sursatlardan təmizlənib. Ancaq nəzərə alınmalıdır ki, 44 günlük müharibədən sonrakı dövrdə Qarabağda qalan Ermənistanın hərbi birləşmələri perimetr üzrə böyük bir ərazini yenidən minalayıb və bu da həllini gözləyən məsələlərdən biridir. Əlbəttə, Azərbaycan dövlətinin potensialı mümkün qədər ən qısa zamanda bütün ərazilərimizi bərpa etməyə, Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bu torpaqları cənnətə çevirməyə, oraya yenidən həyat qaytarmağa imkan verir. “Böyük Qayıdış” proqramının bundan sonra da uğurla davam edəcəyinə isə heç kim şübhə etmir. Birliyimiz, həmrəyliyimiz, dövlətimizin gücü və qüdrəti sayəsində bu hədəfimizə də uğurla çatacağıq.
S.İSMAYILZADƏ
Xəbər lenti
Hamısına baxElm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20

