Blinkenin şərq turnesi...
07.11.2023 [10:50]
Ankarada Hakan Fidanla Antoni Blinken arasında görüş olub
N.BAYRAMLI
Yaxın Şərqdə vəziyyət gərgin olaraq qalır. Oktyabrın 7-dən Qəzza qan gölünə çevrilib. HƏMAS-la yanaşı, “Hizbullah” da İsrailə qarşı barışmaz mövqedədir. Dünyanın bir sıra ölkələrinin çağırışlarına baxmayaraq bölgədə atəşkəs elan olunmayıb.
Münaqişə alovlanandan Qərb ölkələrinin rəsmi şəxsləri, xüsusilə ABŞ nümayəndələri İsrailə və region ölkələrinə səfərlər edirlər. Dünya ölkələrinin əksəriyyəti İsraili Qəzzaya hücumu dayandırmağa çağırsalar da, ABŞ Tel-Əvivin yanında olduğunu bəyan edib. Yeri gəlmişkən, noyabrın 6-da Ankaraya səfər edən ABŞ dövlət katibi Antoni Blinken Türkiyə xarici işlər naziri Hakan Fidanla görüşüb. Fidan ilə Blinken arasındakı görüşdə Qəzzadakı vəziyyət diqqət mərkəzində olub. “Anadolu” agentliyinin məlumatına görə, Türkiyə Xarici İşlər Nazirliyində nazir Fidan və Blinken arasında təkbətək və nümayəndə heyətlərarası görüşlər keçirilib. İki nazir arasında təkbətək və heyətlərarası görüşlər təxminən 2,5 saat davam edib. Görüşdən sonra heç bir açıqlama verilməyib. Blinken görüşdən sonra Türkiyə XİN-i tərk edib. Nazırlərin birgə açıqlaması olmasa da, Blinken jurnalistlərə açıqlamasında bildirib ki, yaxın günlərdə Qəzza üçün böyük miqdarda humanitar yardım göndəriləcək. O qeyd edib ki, mülki şəxslərin bölgədən təxliyəsi məsələsi də müzakirə edilir. Blinken türkiyəli həmkarı Hakan Fidanla görüşünün səmərəli keçdiyini də vurğulayıb. Onun sözlərinə görə, ABŞ Fələstin xalqının yaşadığı dəhşəti anlayır və tez bir zamanda sülhə nail olmaq üçün səylər göstərir.
Blinken hava limanında soyuq qarşılanıb
Qeyd edək ki, ABŞ Dövlət katibi Antoni Blinkenin Ankaraya səfəri zamanı qarşılanması Türkiyə mətbuatında çox geniş müzakirə olunan mövzuya çevrilib. Yaxın Şərqdə baş verən silahlı toqquşmaya müxtəlif mövqelərdən yanaşan Ankara ilə Vaşinqton arasında ciddi ziddiyyət yaranıb. Bu səbəbdən ABŞ rəsmisi Ankara hava limanında olduqca soyuq qarşılanıb. Hava limanında A.Blinkeni Ankara şəhər valisinin müavini qarşılayıb. Bununla yanaşı, hava limanının işıqları söndürülüb və zəif işıqların fonunda ABŞ-ın Türkiyədəki səfiri A.Blinkenə çıxışın yolunu göstərib. Türkiyə mətbuatı yazır ki, A.Blinken “layiq olduğu formada” qarşılanıb.
Türkiyənin mövqeyi ondan ibarətdir ki, Yaxın Şərqdə dərhal atəşkəs elan olunmalı, dinc günahsız insanların ölümünə son qoyulmalıdır. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Cümhuriyyətin ikinci əsrinin ilk hökumət toplantısından sonra xalqa müraciətində bildirib ki, “davam edən bu qarşıdurmanın qarşısının alınması bizim əsas vəzifəmizdir. Bunun üçün əvvəlcə atəşkəs elan edilməli, sonra daimi sülhə yolun açılması zəruridir. Bütün əlaqədar tərəflərin iştirakı ilə təşkil ediləcək Fələstin-İsrail Beynəlxalq Sülh Konfransının bunun üçün ən uyğun platforma olacağına inanırıq”.
O, Türkiyə adından region ölkələri ilə əməkdaşlıq çərçivəsində yeni təhlükəsizlik mexanizminin yaradılmasını zəruri hesab etdiklərini, bu addım atılacağı təqdirdə, məsuliyyəti öz üzərilərinə götürməyə hazır olduqlarını bildirib. Türkiyə Prezidenti indiyədək ölkəsindən Fələstinə humanitar yardımlar göndərildiyini, Misirin Rəfah keçid məntəqəsi açıq olduğu təqdirdə, bu yardımların davam edəcəyini deyib.
ABŞ dövlət katibi Ankaradan sonra hansı ölkələrə gedir?
Xatırladaq ki, ABŞ dövlət katibi Blinken Türkiyəyə gəlməzdən əvvəl Yaxın Şərq turnesi çərçivəsində ilk olaraq İsrailin paytaxtı Təl-Əvivə səfər edib. Blinken daha sonra İordaniyanın paytaxtı Əmmanda İordaniya, Misir, Səudiyyə Ərəbistanı, Qətər və Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) xarici işlər nazirləri ilə İsrailin Qəzzaya hücumları ilə bağlı görüş keçirib. O, daha sonra İordan çayının qərb sahilində Fələstin prezidenti Mahmud Abbasla görüşüb və ora da “sürpriz” səfər edib.
İordan çayının qərb sahilindən sonra Cənubi Kiprə gedərək Nikos Hristodulidis ilə görüşən Blinken, oradan İraqın paytaxtı Bağdada gedərək İraqın baş naziri Məhəmməd Şia əl-Sudani ilə Qəzzadakı vəziyyəti müzakirə edib. Blinkenin Ankaradan sonra Tokio, Seul və Yeni Dehliyə səfəri gözlənilir.
Yeri gəlmişkən, Qəzzadakı vəziyyətlə bağlı Ərəb Liqasının vahid mövqeyi ABŞ dövlət katibi Blinkenin Misir, İordaniya, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirliklərinin xarici işlər nazirləri ilə Əmmandakı görüşü zamanı təqdim olunub. Misir Xarici İşlər Nazirliyi ərəb dövlətlərinin vahid möveyini açıqlayıb: “İsrailin hücumları dərhal dayandırılmalı, humanitar yardım axınını prioritetləşdirilməli, fələstinlilərin öz torpaqlarından didərgin düşməsinin qarşısını alınmalı və müstəqil Fələsin dövləti tanımalıdır. Bu amillər nəzərə alınsa, Fələstin problemi həll edilmiş olar”.
ABŞ-ın İraq və Suriyada yerləşən hərbi bazalarına hücum olub
Hadisələr fonunda ABŞ-ın İraq və Suriyada yerləşən üç hərbi bazası pilotsuz uçuş aparatlarının (PUA) və silahlı şəxslərin hücumuna məruz qalıb. Belə ki, İraqın Ənbər əyalətində yerləşən və amerikalı hərbçilərin dislokasiya olunduğu Ayn-əl-Əsəd bazasına ən azı iki dəfə, Suriyanın Ət-Tanf şəhərindəki ABŞ bazasına isə bir dəfə PUA ilə hücum edilib. Bundan başqa, “İraqın İslam müqaviməti” hərəkatı Ərbil şəhərinin şimalındakı bazanı atəşə tutub.
Bir müddət öncə Pentaqonun yüksək vəzifəli nümayəndəsi bildirmişdi ki, oktyabrın 17-dən 30-dək PUA və raketlərdən istifadə edilməklə ABŞ və beynəlxalq koalisiyanın İraq və Suriyadakı hərbi bazalarına ümumilikdə 27 hücum olub. Nəticədə 21 amerikalı hərbçi yüngül yaralanıb.
Benyamin Netanyahu isə qərarında qətidir
İsrailin Baş naziri Benyamin Netanyahu isə israilli əsirlər azad olunanadək atəşkəsə getməyəcəklərini bəyan edib. Netanyahu bu barədə İsrailin cənubundakı hava bazasında təftiş aparıldıqdan sonra Qəzzadakı hücumlarla bağlı qiymətləndirmələr edərkən deyib. İsrailin Baş nazir bu bəyanatını həm düşmənlərinə, həm də dostlarına ünvanladığını vurğulayıb.
ABŞ dövlət katibinin region ölkələrinə səfəri isə Qəzzada yeni cəbhələrin açılmamasına və münaqişəyə başqa dövlətlərin qoşulmamasına nail olmaqdır. İsrailin starteji müttəfiqi olan ABŞ digər ölkələrə bu barədə xəbərdarlıq edib. Bugünlərdə Blinken bildirmişdi ki, əlavə cəbhələrin açılmasının ciddi fəsadları ola bilər. Bu xəbərdarlıqdan sonra Birləşmiş Ştatlar bölgəyə iki hərbi təyyarə göndərib. Görünən odur ki, Vaşinqton İsrailin hərbi əməliyyatları sona qədər davam etdirilməsində maraqlıdır.
Xəbər lenti
Hamısına baxSiyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42
Dünya
08 Noyabr 13:14
Siyasət
08 Noyabr 13:11
Dünya
08 Noyabr 12:48
Gündəm
08 Noyabr 12:16
Gündəm
08 Noyabr 12:15
Gündəm
08 Noyabr 12:12
Gündəm
08 Noyabr 11:42
Gündəm
08 Noyabr 11:25
Siyasət
08 Noyabr 10:58
YAP xəbərləri
08 Noyabr 10:35
Sosial
08 Noyabr 10:12
İqtisadiyyat
08 Noyabr 09:56
Xəbər lenti
08 Noyabr 09:39
MEDİA
08 Noyabr 09:34
Analitik
08 Noyabr 09:12
Siyasət
08 Noyabr 08:52
Ədəbiyyat
08 Noyabr 08:28
Gündəm
08 Noyabr 00:26
YAP xəbərləri
07 Noyabr 23:52
Gündəm
07 Noyabr 21:41
Gündəm
07 Noyabr 21:10
YAP xəbərləri
07 Noyabr 21:08
Gündəm
07 Noyabr 20:24
YAP xəbərləri
07 Noyabr 18:30
Sosial
07 Noyabr 18:22
Dünya
07 Noyabr 17:51
Elanlar
07 Noyabr 16:51
Xəbər lenti
07 Noyabr 16:48

