Danimarka Ukraynaya F-16 verməyə hazırlaşır
08.01.2024 [11:25]
Proses bu ilin ikinci rübündə reallaşacaq
2022-ci ilin fevral ayında başlayan Rusiya-Ukrayna müharibəsi region üçün ağır nəticələr verib. Sonu görünməyən müharibə indiyə qədər həm Rusiyaya, həm də Ukraynaya xeyli ziyan vurub. Belə ki, Ukraynada minlərlə mülki insan həyatını itirib, hərbçilər həlak olub, xeyli sayda infrastruktur dağıdılıb, milyonlarla insan qaçqın vəziyyətinə düşüb. Bu ölkənin ərazisinin 20 faizə yaxını hazırda Rusiya ordusunun nəzarətindədir. Müharibə Rusiya üçün də ağır nəticələrə səbəb olub. Bu günə qədər hər iki tərəfin döyüşlərdə, ümumilikdə, on minlərlə hərbçisinin həlak olduğu barədə məlumatlar var.
İlk vaxtlarda Qərb Ukraynaya hərbi baxımdan ciddi dəstək verirdi. Amma son zamanlar həm Avropa İttifaqı, həm də ABŞ-da Ukraynaya yeni yardımların edilməsi ilə əlaqədar ciddi problemlər yaranıb. Xüsusilə, ABŞ rəsmiləri tərəfindən Ukraynaya yardım imkanlarının tükənməsi ilə bağlı bəyanatlar səslənməkdədir. ABŞ Konqresinin Kiyevə əlavə yardımları təsdiqləməməsi vəziyyəti daha da çətinləşdirir. Amma “Ramştayn” platforması”, NATO-Ukrayna Şurası Kiyevə hərbi dəstəyi azaltmamaq üçün imkanlar axtarır. Bütün bunların fonunda F-16 qırıcılarının Ukraynaya verilməsi məsələsi qüvvədə qalır. Kiyev bu qırıcıları əks-hücum əməliyyatları üçün çox önəmli hesab edir. Lakin ABŞ F-16-ların verilməməsini ukraynalı pilotların onları idarə etməyə hazır olmamaları ilə əsaslandırırdı.
Bu yaxınlarda isə Qərb mətbuatında Ukrayna Hərbi Hava Qüvvələrinə artıq F-16 qırıcılarının təhvil verilməsi barədə xəbərlər yayılıb. Bu barədə “Newsweek” nəşri yazıb. Nəşr adı açıqlanmayan mənbəyə istinadən bildirib ki, Qərb ölkələrinin vəd etdiyi F-16 qırıcılarının birinci partiyası artıq Ukraynadadır. Jurnal qeyd edib ki, son günlər “bəzi rusiyapərəst və ya anti-Ukrayna kanalları” Ukraynanın Rusiya hədəflərini məhv etmək üçün F-16-lardan istifadə etməsi barədə məlumat yayıb. Ukrayna Hərbi Hava Qüvvələrinin nümayəndəsi Yuri İqnat isə bu məlumatı təkzib edib. Yuri İqnat bildirib ki, “Newsweek” materialında təqdim olunan məlumat həqiqətə uyğun deyil.
Xatırladaq ki, ötən ilin 19-21 may tarixlərində Yaponiyanın Xirosima şəhərində “Böyük Yeddilik” (G7) ölkələrinin liderlərinin sammitində Ukraynaya F-16 qırıcılarının verilməsi ilə bağlı razılıq əldə olunmuşdu. Rəsmi Kiyev aviasiya koalisiyası yaradıldığını elan edib və Müdafiə Nazirliyi F-16-ların həmin ilin payızında Ukraynada ola biləcəyinə eyham vurmuşdu. Həmin vaxt bir sıra Avropa ölkələri də aviasiya koalisiyasına qoşulmağa hazır olduqlarını bildirmişdilər. ABŞ prezidenti Cozef Bayden F-16-larda ukraynalı pilotların təliminə başlanmasını dəstəklədiyini açıqlamışdı. Cozef Bayden hətta Ukrayna lideri Volodimir Zelenskidən Ukrayna Silahlı Qüvvələrinin Rusiya ərazisinə irəliləmək üçün dördüncü nəsil F-16 qırıcılarından istifadə etməyəcəyinə dair zəmanət aldığını bildirmişdi.
Avropa İttifaqı da Ukraynaya F-16 qırıcı təyyarələrinin göndərilməsi barədə G7-nin qərarını alqışlayıb. İyul ayında isə NATO ölkələri ukraynalı pilotların F-16 üçün hazırlanması planını təsdiqləyib. NATO-nun Baş katibi Yens Stoltenberq bu barədə bildirib ki, indi əsas məsələ Ukraynanın silah və sursat tədarükünə zəmanət verməklə onun bu müharibədə qalib gəlməsi üçün bütün lazım olanı etməkdir. Avqustun sonunda Niderland 42 ədəd, Danimarka isə 19 ədəd F-16 qırıcısını Kiyevə verməyə hazır olduqlarını bildirib. Norveç və Belçika da belə bir niyyətlərini ifadə etmişdilər. Hazırkı mərhələdə isə bəzi NATO ölkələrinin ərazisində F-16 qırıcıları ilə bağlı ukraynalı pilotlara təlimlər keçirilir.
2023-cü ilin sonlarında Ukrayna Silahlı Qüvvələrinin ilk pilotları Böyük Britaniyada F-16 qırıcılarının əsas uçuş hazırlığı kursunu bitiriblər. Ukraynalı hərbçilərdən təşkil olunan altı nəfərlik pilotlar qrupu F-16 qırıcılarında uçuş bacarıqları üzrə kursu bitirərək Danimarkada təlim uçuşlarına başlayıb. On nəfərdən ibarət digər qrup isə Böyük Britaniyada təlimlərini davam etdirir.
ABŞ Müdafiə Departamentinin sözçüsü general Pat Rayder isə deyib ki, ABŞ-da F-16-lardan istifadəni öyrənən ukraynalı pilotlar 2024-cü ilin sonuna qədər təlimləri tamamlamalıdırlar: “Mən bu hərbçilərin bu ilin sonunda məzun olacağını gözləyirəm. Təlim ABŞ Hərbi Hava Qüvvələrinin Arizonadakı bazasında keçirilir və hər bir pilotun bacarığından asılı olaraq 5 aydan 8 aya qədər davam edir”.
Ukrayna Silahlı Qüvvələrinin pilotlarının Aİ ölkələrində də hazırlığı davam edir. Bir neçə gün əvvəl Belçika Ukrayna pilotlarına təlim keçmək üçün Danimarkaya iki F-16 qırıcısı və 50 təlimatçı göndərdiyini açıqlamışdı. Yeri gəlmişkən, Danimarka ilk 6 F-16 qırıcısının Ukraynaya çatdırılmasını bu ilin ikinci rübünə təxirə salıb. Bu barədə “Berlingske” qəzeti ölkənin Müdafiə Nazirliyinə istinadən məlumat yayıb. Bundan əvvəl Danimarkanın baş naziri Mette Frederiksen ilk F-16-ların yeni il ərəfəsində Ukraynaya veriləcəyini bildirmişdi. Qəzetin yazdığına görə, altı ukraynalı pilot artıq Danimarkanın Skraydstrup aviabazasında F-16 təyyarələri ilə təlim keçir. Onların yazın əvvəlindən döyüş əməliyyatlarında iştirak etməyə hazır olacağı deyilir. Qeyd etdiyimiz kimi, Danimarka 2023-cü ilin avqustunda Ukraynaya 19 F-16 qırıcısı göndərəcəyini vəd etmişdi. Birləşmiş Ştatlar Danimarka və Niderland tərəfindən öz təyyarələrinin Kiyevə təhvil verilməsinə icazə verib. Bu iki ölkə həm də ukraynalı pilotları hazırlayır. Həmçinin Norveç də Ukraynaya qırıcılar vermək niyyətindədir. Belçika isə 2025-ci ilə qədər F-16-ları Ukraynaya göndərməyi planlaşdırır.
Göründüyü kimi, Kiyev hələ də bu qırıcıları əldə edə bilməyib. Əgər tərəfdaşları vədlərinə əməl edərsə, cari ildə proses reallaşacaq. F-16 təyyarələrinin müharibədə dönüş yarada biləcəyini isə gələcək göstərəcək.
N. BAYRAMLI
Xəbər lenti
Hamısına baxSosial
17 Aprel 20:17
Dünya
17 Aprel 19:50
Siyasət
17 Aprel 19:25
Dünya
17 Aprel 19:21
Xəbər lenti
17 Aprel 19:10
Elm
17 Aprel 18:53
Dünya
17 Aprel 18:20
Dünya
17 Aprel 17:28
Dünya
17 Aprel 17:11
Gündəm
17 Aprel 16:36
Dünya
17 Aprel 16:34
YAP xəbərləri
17 Aprel 16:13
Dünya
17 Aprel 16:10
Dünya
17 Aprel 15:58
YAP xəbərləri
17 Aprel 15:55
Sosial
17 Aprel 15:51
Hadisə
17 Aprel 15:43
Sosial
17 Aprel 15:27
Dünya
17 Aprel 15:23
Sosial
17 Aprel 15:16
İdman
17 Aprel 15:15
Siyasət
17 Aprel 15:02
Siyasət
17 Aprel 15:01
YAP xəbərləri
17 Aprel 14:54
Dünya
17 Aprel 14:45
Dünya
17 Aprel 14:41
Siyasət
17 Aprel 14:33
Sosial
17 Aprel 14:32
Dünya
17 Aprel 14:19
Dünya
17 Aprel 13:50
Dünya
17 Aprel 13:27
Gündəm
17 Aprel 13:08
Gündəm
17 Aprel 12:54
Siyasət
17 Aprel 12:44
Gündəm
17 Aprel 12:22
İqtisadiyyat
17 Aprel 12:16
Siyasət
17 Aprel 12:16
Sosial
17 Aprel 12:15
Gündəm
17 Aprel 11:48
Siyasət
17 Aprel 11:38
İqtisadiyyat
17 Aprel 11:34
İqtisadiyyat
17 Aprel 11:12
Gündəm
17 Aprel 10:50
Sosial
17 Aprel 10:43
Siyasət
17 Aprel 10:37
Analitik
17 Aprel 10:15
Gündəm
17 Aprel 09:58
Analitik
17 Aprel 09:33
Elm
17 Aprel 09:14
Sosial
17 Aprel 08:51
Sosial
17 Aprel 08:30
Gündəm
17 Aprel 08:15
Hərbi
17 Aprel 07:42
Siyasət
17 Aprel 07:32
Siyasət
17 Aprel 07:31
Dünya
16 Aprel 23:12
Dünya
16 Aprel 22:43
Dünya
16 Aprel 22:16
Elm
16 Aprel 21:59
Dünya
16 Aprel 21:20
İqtisadiyyat
16 Aprel 21:09
Dünya
16 Aprel 20:45
Dünya
16 Aprel 20:33
Sosial
16 Aprel 20:18
Dünya
16 Aprel 19:51
Dünya
16 Aprel 19:31
Dünya
16 Aprel 19:27
Gündəm
16 Aprel 18:59
Dünya
16 Aprel 18:23
YAP xəbərləri
16 Aprel 17:55

