Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Tramp Putinlə mümkün qədər tez görüşmək istədiyini bildirib

Tramp Putinlə mümkün qədər tez görüşmək istədiyini bildirib

14.01.2025 [13:02]

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putinlə mümkün qədər tez görüşmək istəyir.

AZƏRTAC xəbər verir ki, Tramp bu barədə “Newsmax” telekanalına müsahibəsində bildirib.

Donald Trampın gələcək milli təhlükəsizlik müşaviri Mayk Vals isə “ABC News” telekanalına ABŞ-ın seçilmiş prezidenti və Rusiya lideri arasında telefon danışığının yaxın gələcəkdə baş tuta biləcəyini deyib.

Ağ evin gələcək sahibi bundan əvvəl də prezidentliyinin ilk altı ayı ərzində Putinlə görüşmək istədiyini və bu cür təmaslara hazır olduğunu bildirmişdi.

Rusiya dövlət başçısının mətbuat katibi Dmitri Peskov isə öz növbəsində qeyd edib ki, Vladimir Putin ABŞ-ın yeni lideri ilə heç bir ilkin şərt olmadan görüşməyə hazırdır, lakin hələlik bu məsələdə heç bir konkretlik yoxdur.

Paylaş:
Baxılıb: 255 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

İqtisadiyyat

Siyasət

Siyasət

Mədəniyyət

MEDİA

Analitik

Ədəbiyyat

Sosial

İqtisadiyyat

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30