/ / Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin xarici işlər nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin xarici işlər nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
28.11.2015 [11:00]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 27-də Türkiyə Respublikasının xarici işlər naziri Mövlud Çavuşoğlunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Prezident İlham Əliyev deyib: “Xarici işlər naziri vəzifəsinə təyin olunmağınız münasibətilə sizi təbrik edirəm, fəaliyyətinizdə uğurlar arzulayıram. Çox şadam ki, siz ilk səfəri Azərbaycana edirsiniz. Bu ənənə artıq neçə ildir ki, yaşayır. Həm dövlət, hökumət başçıları, həm nazirlər seçkilərdən sonra ilk səfəri qardaş ölkəyə edirlər. Fürsətdən istifadə edərək, Sizi bu yaxınlarda Antalyada uğurla keçirilmiş G20 Zirvə görüşü münasibətilə təbrik etmək istəyirəm. Bu, Türkiyənin çox böyük uğurudur. Türkiyə bir daha nümayiş etdirdi ki, böyük dövlətdir, böyük gücə malik olan bir dövlətdir. Şadam ki, qardaş ölkə Azərbaycanı bu toplantıya dəvət etdi. Bu, bir daha Türkiyə-Azərbaycan əlaqələrinin nə qədər yüksək səviyyədə olduğunu nümayiş etdirir və həm bizim xalqlara, həm dünyaya göstərir ki, Türkiyə və Azərbaycan dünya miqyasında bir-birinə ən yaxın olan ölkələrdir”.
Dövlətimizin başçısı bildirib ki, G20-nin Antalyada keçirilən Zirvə toplantısı bir çox məsələlərdə Türkiyənin mövqeyinin mühüm rola malik olduğunu göstərdi. Azərbaycan-Türkiyə əlaqələrinin ən yüksək səviyyədə olduğunu vurğulayan Prezident İlham Əliyev ölkələrimizin bütün istiqamətlərdə uğurla əməkdaşlıq etdiyini bildirib.
Xarici işlər naziri Mövlud Çavuşoğlu deyib: “Cənab Prezidentim, çox təşəkkür edirəm. Əvvəla, bizi qəbul etdiyinizə görə Sizə minnətdarlığımı bildirmək istəyirəm.
Xarici işlər naziri olaraq vəzifəyə təyin edildikdən sonra ilk səfərimi qardaş Azərbaycana etməkdən, ənənələrimizi davam etdirməkdən böyük qürur duyduğumu vurğulamaq istəyirəm.
Sizi də 1 noyabr parlament seçkiləri münasibətilə təbrik etmək istəyirəm. Eyni gündə həm Türkiyədə, həm də qardaş Azərbaycanda seçkilər keçirildi. Çox uğurlu seçki keçirdiniz. Beynəlxalq təşkilatların hesabatlarına da baxdım. Dünən Avropa Şurasının təsdiq hesabatlarına da baxdım. Bu münasibətlə Sizi təbrik edirik”.
Mövlud Çavuşoğlu Azərbaycanın G20-nin Antalyada keçirilən Zirvə toplantısında iştirakına görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib. Prezident İlham Əliyevin G20-nin Zirvə toplantısında iştirakından qürur hissi keçirdiyini deyən Türkiyə Respublikasının xarici işlər naziri Mövlud Çavuşoğlu dövlətimizin başçısının bu cür mötəbər tədbirdə beynəlxalq məsələlərlə bağlı söylədiyi dəyərli fikirləri yüksək qiymətləndirib. O qeyd edib ki, Azərbaycan belə bir toplantıda iştirak etməklə Türkiyənin mövqeyini daha da gücləndirdi. Mövlud Çavuşoğlu Türkiyə-Azərbaycan əlaqələrinin bütün sahələrdə gələcəkdə daha da inkişaf etdiriləcəyinə, iki qardaş ölkənin prezidentlərinin liderliyi ilə bu əlaqələrin bundan sonra da yüksək səviyyəyə qaldırılacağına əminliyini ifadə edib.
Söhbət zamanı dövlətimizin başçısı Türkiyə ilə Rusiya arasında münasibətlərdə yaranmış gərginliyə toxunaraq qeyd edib ki, Azərbaycan hər iki ölkə ilə tarixən sıx əlaqələrə malikdir və bu gərginlikdən təəssüf və narahatlıq hissi keçirir. Prezident İlham Əliyev bildirib ki, Azərbaycan tərəfi Türkiyə-Rusiya münasibətlərindəki gərginliyin azaldılması və aradan qaldırılması istiqamətində səylərini göstərməyə hazırdır.
Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələlər müzakirə olunub, Azərbaycan ilə Türkiyənin həyata keçirdikləri TANAP, TAP, Bakı-Tbilisi-Qars və digər layihələrin icrası ilə bağlı fikir mübadiləsi aparılıb.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50
Sosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02
YAP xəbərləri
09 İyul 11:45
İqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50
Dünya
09 İyul 10:41
Siyasət
09 İyul 10:39
Dünya
09 İyul 10:17
İqtisadiyyat
09 İyul 10:08
Dünya
09 İyul 09:52
Analitik
09 İyul 09:50
Analitik
09 İyul 09:42
Ədəbiyyat
09 İyul 09:36
Ədəbiyyat
09 İyul 09:29
Dünya
09 İyul 09:20
Dünya
09 İyul 08:43
Dünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05
Sosial
08 İyul 16:01
Gündəm
08 İyul 15:23
Mədəniyyət
08 İyul 15:18
Dünya
08 İyul 15:18
YAP xəbərləri
08 İyul 15:17
Hərbi
08 İyul 15:03
Dünya
08 İyul 14:58
Dünya
08 İyul 14:20
Dünya
08 İyul 14:04
Sosial
08 İyul 13:58
Siyasət
08 İyul 13:42
Dünya
08 İyul 13:32
Dünya
08 İyul 13:09
Sosial
08 İyul 13:04
Sosial
08 İyul 13:03
İqtisadiyyat
08 İyul 13:02
İqtisadiyyat
08 İyul 12:41
YAP xəbərləri
08 İyul 12:23
İqtisadiyyat
08 İyul 12:19
İqtisadiyyat
08 İyul 12:05
Gündəm
08 İyul 11:53
İqtisadiyyat
08 İyul 11:50
Siyasət
08 İyul 11:45
Siyasət
08 İyul 11:25
Gündəm
08 İyul 10:58
Gündəm
08 İyul 10:49
Siyasət
08 İyul 10:31
YAP xəbərləri
08 İyul 10:20
Analitik
08 İyul 10:17

