/ / Bu ilin birinci rübündə regionların təbii qaz təchizatının daha da yaxşılaşdırılması istiqamətində zəruri tədbirlər həyata keçirilib
Bu ilin birinci rübündə regionların təbii qaz təchizatının daha da yaxşılaşdırılması istiqamətində zəruri tədbirlər həyata keçirilib
02.05.2020 [11:06]
Ayrı-ayrı yaşayış məntəqələrində, o cümlədən ucqar kəndlərdə yeni qaz xətləri çəkilir, paylaşdırıcı şəbəkələr gücləndirilir və genişləndirilir
Məlum olduğu kimi, son 16 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi siyasət nəticəsində ölkəmizdə bütün sahələrdə mühüm uğurlar əldə edilib. Eyni zamanda, bu müddət ərzində respublikamızda müasir infrastruktur quruculuğu geniş vüsət alıb ki, bu da həm iqtisadi, həm də sosial əhəmiyyət kəsb edir. Ölkəmizdə həyata keçirilən yüksək səviyyəli infrastruktur quruculuğu işlərindən danışarkən, heç şübhəsiz, qazlaşdırma sahəsində əldə edilən uğurları da xüsusi olaraq vurğulamaq yerinə düşər.
Bu məqamda qeyd edək ki, Azərbaycanda qazlaşdırma ilə bağlı siyasətin həyata keçirilməsinə məsul olan “Azəriqaz” İstehsalat Birliyi bundan öncəki illər kimi, 2019-cu ili də uğurla başa vurub. Belə ki, ilin sonunda ölkəmizdə qazlaşdırma səviyyəsi 96 faizə çatdırılıb və regionlarda 92 yaşayış məntəqəsi qazlaşdırılıb. Əksər ekspertlərin vurğuladığı kimi, bu, dünya miqyasında ən yüksək göstəricilərdən biridir.
Yeri gəlmişkən, ötən illərdə olduğu kimi, bu ilin arxada qalan ayları ərzində də Prezident İlham Əliyevin göstərişləri və tapşırıqlarına uyğun olaraq, regionların təbii qaz təchizatının daha da yaxşılaşdırılması istiqamətində zəruri tədbirlər həyata keçirilir. Belə ki, yeni qaz xətləri çəkilir, paylaşdırıcı şəbəkələr gücləndirilir və genişləndirilir.
Konkret olaraq ayrı-ayrı rayonlara gəlincə, ölkəmizin şimalında yerləşən Balakəndə də əhalinin təbii qaz ilə təminatı yaxşılaşdırılır. Rayon icra hakimiyyətindən bildirilib ki, keçən il rayon əhalisinin təbii qaz ilə təminatının yaxşılaşdırılması məsələləri də diqqət mərkəzində saxlanılıb. Ötən müddət ərzində 133 yeni abonentə təbii qaz verilərək əhali abonentlərinin ümumi sayı 21 min 202-yə çatdırılıb.
Ölkənin qərb regionunda yerləşən Şəmkirdə də sözügedən istiqamətdə işlər davam etdirilir. Keçən il Şəmkir Regional Qaz İstismarı İdarəsinin Gədəbəy Xidmət sahəsi tərəfindən 14782 abonentə xidmət göstərilib. Rayon üzrə illik ödəniş 99,4 faiz, əhali sektoru üzrə isə 100 faiz təşkil edib. Rayon icra hakimiyyətindən verilən məlumata əsasən, ötən il dövlət vəsaiti hesabına 8 yaşayış məntəqəsində 1930 abonent təbii qazla təmin olunub.
Hazırda yüksək dağlıq rayonu olan Gədəbəydə isə yaşayış məntəqələri üzrə qazlaşmanın səviyyəsi 65 faiz və ya 70 yaşayış məntəqəsi təşkil edir. Cari ildə birinci yarısında rayonun Arıqıran, Gərgər və Qasımlı kəndləri, ikinci yarısında isə Plankənd, Dəyirməndağ, Aytala, Qoşabulaq, Pərizamanlı, Dərəqumlu və şəhər üzərində 15 yaşayış evinin təbii qazla təchiz edilməsi nəzərdə tutulub.
Respublikamızın bütün bölgələrində olduğu kimi, Goranboy rayonunda da əhalinin “mavi yanacaq”la təminatı sahəsində işlər davam etdirilir. Rayon icra hakimiyyətindən bildirilib ki, Goranboy rayonunun yaşayış məntəqələrinin 95,6 faizi təbii qazla təmin olunub. Ötən il rayonun 6 yaşayış məntəqəsinə təbii qaz verilib. Hazırda isə Goranboy şəhərinin 58-ci məhəlləsində qaz xətti çəkilir. Daha sonra işlər 59-cu məhəllədə davam etdiriləcək. Həmçinin şəhərdə inşa edilmiş və balansa götürülməmiş 2 mərtəbəli yaşayış binasında məskunlaşmış sakinlərin mənzillərinə fərdi qaydada təbii qaz sayğaclarının quraşdırılması üçün aidiyyəti orqanlardan müvafiq razılıq alınıb.
Məlumatda o da deyilir ki, rayonun əsasən dağlıq zonada yerləşən 8 yaşayış məntəqəsinə (Yuxarı Ballıqaya, Börü, Gürzallar, Buzluq, Mənəşli, Erkəc, Todan və Qazançı) qaz xətlərinin çəkilməsi üçün aidiyyəti üzrə müraciət edilib. Yaxın vaxtlarda Qazançı kəndinə təbii qazın verilməsi işlərinə başlanılacaq.
Bu il ərzində rayonlarda görüləcək işlərdən danışarkən onu da qeyd etmək yerinə düşər ki, Göyçay rayonunun Şıxlar kəndində yerləşən 84 fərdi yaşayış evinin qazlaşdırılmasına start veriləcək. “Azəriqaz” İstehsalat Birliyindən bildirilib ki, yaşayış evlərinin qazlaşdırılması üçün qaz boruları əraziyə gətirilib, yaxın günlərdə qaz çəkilişinə başlanması nəzərdə tutulur.
Respublikamızın bütün bölgələrində olduğu kimi, Mərkəzi Aran regionunda yerləşən Yevlax rayonunda da bu istiqamətdə tədbirlər görülür. Artıq rayonun yaşayış məntəqələrinin qazlaşdırılması başa çatmaq üzrədir. Yevlax Şəhər İcra Hakimiyyətindən bildiriblər ki, rayonun 50 yaşayış məntəqəsindən 46-sı qazlaşdırılıb. Hazırda qalan dörd kəndin üçündə - Nəmirli, Dəlləklər və Köyük kəndlərində qaz xətlərinin çəkilişi işləri davam etdirilir. Bəydili kəndinin isə qazlaşdırılması üçün hazırlıq görülüb və yaxın günlərdə işlərə başlanacaq. Bununla da Yevlax rayonunun yaşayış məntəqələrinin qazlaşdırılması 100 faizə çatacaq.
Bu ilin birinci rübü ərzində Sabirabadın iki yaşayış məntəqəsinə də təbii qaz verilib. “Azəriqaz” İstehsalat Birliyindən bildirilib ki, Sabirabad rayonu, Betonzavod adlanan ərazidə yerləşən yaşayış binalarının qazlaşdırılması başa çatıb. Belə ki, 62 abonent təbii qazla təmin edilib. Eləcə də rayonun Surra kəndinin genişlənən hissəsində də 10 abonentin qazla təminatı yekunlaşıb. Yaşayış məntəqələrinin qazlaşdırılması vətəndaşların və müvafiq icra hakimiyyəti orqanlarının müraciəti əsasında “Azəriqaz” İstehsalat Birliyinin daxili imkanları hesabına həyata keçirilib.
Mərkəzi Aran regionunda yerləşən digər rayonda-Saatlıda da əhalinin təbii qaz təminatının yaxşılaşdırılması ilə bağlı Dövlət proqramında nəzərdə tutulan tədbirlərin icrası istiqamətində işlər davam etdirilir. Salyan Regional Qaz İstismarı İdarəsinin Saatlı rayonu üzrə təmir-bərpa xidmətinin rəisi Elvin Süleymanov KİV-ə açıqlamasında bildirib ki, son illər rayonun qəsəbə və kəndlərinin qazlaşdırılması istiqamətində xeyli işlər görülüb, 4 yaşayış məntəqəsinə təbii qaz verilib. Hazırda rayonun 44 yaşayış məntəqəsindən 33-də və Əlisoltanlı kəndi ərazisində 230 evdən ibarət məcburi köçkün qəsəbəsində yaşayan sakinlər təbii qazdan istifadə edirlər.
Ötən il rayon üzrə 578 yeni abonent qeydə alınıb, ümumilikdə abonentlərin sayı 16 min 400-ə çatıb. Ölkə başçısının tapşırığına əsasən rayonun qazlaşmamış 11 yaşayış məntəqəsi və Nərimanov köçkün qəsəbəsinə təbii qazın verilməsi istiqamətində işlər aparılır. Artıq rayonun Nəsimikənd və Naharlı kəndlərinə təbii qazın çəkilməsi ilə bağlı layihə smeta sənədləri hazırlanıb və yaxın günlərdə bu yaşayış məntəqələrinə qaz xətlərinin çəkilməsinə başlanılacaq. İdarə rəisi onu da qeyd edib ki, ötən il qazla təmin olunan yaşayış məntəqələrinin genişlənən hissəsinə qaz çəkilməsi işləri aparılıb, bir neçə kənddə də xətlərin cari və əsaslı təmiri ilə bağlı işlər görülüb.
“Azəriqaz” İstehsalat Birliyinin Təmir-Tikinti İdarəsi güclü sel suları qarşısında tab gətirməyərək dirəklər aşan, qaz kəmərləri yararsız hala düşən yerlərdə bərpa işlərinə başlayıb. Məsələn, bu günlərdə Quba rayonunda Nügədi kəndi yaxınlığında, Qudyalçayın üzərindəki 273 millimetr diametrində sel sularının yuyaraq zədələdiyi qaz xəttinin çay keçidi əvvəlki formasına qaytarılıb. Bundan başqa, Zərdab rayonu ərazisində, Qarasu çayı üzərindən keçən 273 millimetr diametrində qaz xəttinin çay keçidinin yenilənməsi də planlaşdırılır. Qeyd edək ki, 2019-cu ildə də bu səpkili işlər aparılıb. Masallı rayonunun Boladi çayı üzərindən keçən 219 millimetr diametrində qaz xəttinin çay keçidi təmir edilib.
Ümumiyyətlə, Azərbaycanın regionlarında əhalinin həyat səviyyəsinin yüksəldilməsi, infrastruktur və kommunal xidmətlərin inkişaf etdirilməsi daim diqqət mərkəzində saxlanılır. Rayon mərkəzləri ilə yanaşı, ən ucqar kəndlərin də sakinlərinin sosial problemlərinin həlli istiqamətində də ardıcıl tədbirlər görülür, müxtəlif infrastruktur layihələri həyata keçirilir, o cümlədən yaşayış məntəqələrinin qazlaşdırılması işləri davam etdirilir.
Bunlarla yanaşı, Beyləqan rayonunun yaşayış məntəqələrinin də qazlaşdırılması başa çatıb. Belə ki, 1 şəhər, 16 qəsəbə və 25 kənddən ibarət rayonun qazlaşdırılmasına 2008-ci ildən başlanılıb. 2019-cu ildə rayonun Xaçınabad kəndinə təbii qazın verilməsi ilə abonentlərin sayı 20 min 358-ə çatdırılıb və rayonun qazlaşdırılması 100 faiz yerinə yetirilib.
Məlum olduğu kimi, dövlət başçısının sosial siyasətinin prioritetlərindən biri də cəbhəyanı ərazilərdə kommunal xidmətlərin keyfiyyətinin yüksəldilməsidir. Bununla əlaqədar olaraq, “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti (ASC) və “Azəriqaz” İstehsalat Birliyi Ağdam rayonu ərazisində elektrik enerjisi və qaz təchizatı şəbəkələrinin təkmilləşdirilməsi və yenidən qurulması üzrə birgə layihənin icrasına başlayıblar. Layihənin işlənməsi üçün hər iki qurumun birgə apardığı monitorinqlər nəticəsində rayonun yaşayış məntəqələrində mövcud problemlərin həllini nəzərdə tutan tədbirlər planı hazırlanıb. İlkin mərhələdə Quzanlı qəsəbəsi yaxınlığında və Soltanbud meşə massivi boyunca yerləşən 230 məcburi köçkün ailəsinin müvəqqəti məskunlaşdığı yaşayış məntəqələrində paylayıcı elektrik şəbəkəsi tamamilə yenidən qurulacaq, o cümlədən açıq naqillər kabel xətləri ilə əvəzlənəcək, yeni güc mərkəzləri yaradılacaq. Yaşayış ərazisinin təbii qazla təmin olunması üçün daşıyıcı və paylayıcı boru xətlərinin çəkilməsi, müasir qaz tənzimləyici şkafların quraşdırılması, hər bir fərdi yaşayış evinin mətbəxindəki qaz işlədici cihaza qədər olan daxili qaz xətlərinin çəkilməsi, eləcə də məişət qaz sayğacının və fərdi qaz tənzimləyicinin quraşdırılması nəzərdə tutulub. Görüləcək işlər əhalinin kommunal xidmətlərə tələbatının daha keyfiyyətli və dayanıqlı şəkildə ödənilməsinə, eləcə də enerji itkisinin əhəmiyyətli dərəcədə azaldılmasına imkan verəcək.
Müşfiqə BAYRAMLI
Xəbər lenti
Hamısına baxHadisə
11 Noyabr 10:59
İdman
11 Noyabr 10:21
Hadisə
11 Noyabr 09:42
İdman
11 Noyabr 09:17
Dünya
11 Noyabr 08:55
Hadisə
10 Noyabr 23:20
Hadisə
10 Noyabr 22:19
COP29
10 Noyabr 21:32
Dünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39

