/ / Aqrar sektorda çalışanlara göstərilən dövlət dəstəyi regionlarda heyvandarlığın inkişafı üçün geniş imkanlar yaradıb
Aqrar sektorda çalışanlara göstərilən dövlət dəstəyi regionlarda heyvandarlığın inkişafı üçün geniş imkanlar yaradıb
09.06.2020 [08:43]
Təsərrüfatlarda mal-qaranın baş sayının artırılması və cins tərkibinin yaxşılaşdırılması istiqamətində görülən işlər ət, süd və yun istehsalının da artmasına güclü təsir göstərib
Bu gün yerləşdiyi regionun lider dövləti olan Azərbaycan əldə etdiyi nailiyyətlərə görə əksər dünya ölkələri üçün də nümunə göstərilir. Bu da səbəbsiz deyil. Belə ki, Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan və Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən uğurlu siyasət, həmçinin son 16 ildə aparılan islahatlar nəticəsində bütün sahələrdə yüksək nailiyyətlər əldə olunub. Heç şübhəsiz bu uğurlar regionların inkişafına da təsir göstərib. Məlum olduğu kimi, dövlət başçısının birbaşa nəzarəti altında regionların inkişafı üçün xüsusi proqramlar hazırlanır və həyata keçirilir. Artıq indiyə qədər regionların sosial-iqtisadi inkişafına dair üç Dövlət Proqramı həyata keçirilib. Sayca dördüncü olan “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası isə hazırda davam etdirilir. Heç şübhəsiz bu proqramların əldə edilən uğurlardan bütün sahələr kimi aqrar sektora da pay düşüb.
Təsadüfi deyil ki, cari ilin fevralın 3-də “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransdakı giriş nitqində Prezident İlham Əliyev sözügedən Proqramın icrasında qeyri-neft sektoruna üstünlük verilməsinin, kənd təsərrüfatı sahəsinə güzəştli kreditlərin ünvanlanmasının vacibliyini xüsusi vurğulayıb. Konfransdakı yekun nitqində isə dövlət başçısı bildirib ki, “Kənd təsərrüfatı sahəsində də ciddi islahatlar aparılır. Əminəm ki, bundan sonra da artım çox sürətli olacaq. Bildirməliyəm ki, keçən il bütövlükdə fermerlərə 380 milyon manat subsidiya verilmişdir. İndi bu subsidiyalar Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi vasitəsilə verilir. Bu, çox mütərəqqi sistemdir”.
Bu məqamda qeyd etmək yerinə düşər ki, dövlət tərəfindən regionların sosial-iqtisadi inkişafı istiqamətində həyata keçirilən məqsədyönlü siyasət nəticəsində kənd təsərrüfatının digər sahələri ilə yanaşı, heyvandarlığın inkişafına da xüsusi diqqət yetirilir. Bu tədbirlər çərçivəsində heyvandarlıq sahəsində məhsulların istehsalının artırılmasını nəzərdə tutan layihələr geniş vüsət alıb.
Bu istiqamətdə həyata keçirilən tədbirlər sırasında Prezident İlham Əliyevin tapşırığı ilə Kənd Təsərrüfatı Nazirliyi tərəfindən ölkədə heyvandarlığın inkişafına dair Dövlət Proqramının hazırlanması da xüsusi önəm daşıyır. “Azərbaycan Respublikasında 2019-2023-cü illərdə heyvandarlığın inkişaf etdirilməsinə və örüş-otlaq ərazilərinin səmərəli istifadə olunmasına dair” Dövlət Proqramının əsas məqsədi ölkədə yeni təsərrüfatçılıq modellərini tətbiq etməklə heyvanların cins tərkibini yaxşılaşdırmaq və məhsuldarlığı artırmaqdır.
Bu kontekstdən çıxış edərək vurğulayaq ki, regionlarda heyvandarlığın inkişafının tərkib hissəsi kimi, əhalinin ət və süd məhsulları ilə təmin edilməsi üçün mühüm tədbirlər görülür. Məsələn ölkənin Mərkəzi Aran regionunda yerləşən Hacıqabul rayonunda heyvandarlıq məhsulları istehsalı ilbəil artır. Bu barədə verilən məlumatda deyilir ki, rayonda əsas təsərrüfat sahəsi olan heyvandarlığın inkişafına xüsusi diqqət yetirilir, hərtərəfli qayğı göstərilir. Eyni zamanda mal-qaranın cins tərkibinin yaxşılaşdırılması və baş sayının artırılması üçün müxtəlif tədbirlər həyata keçirilir, yeni-yeni heyvandarlıq təsərrüfatları, quşçuluq kompleksləri və süni mayalanma məntəqələri yaradılır. Görülən işlər nəticəsində rayonda mal-qaranın baş sayı, ət və süd istehsalı artır.
Rayon Statistika İdarəsindən verilən məlumata əsasən, hazırda heyvandarlıq təsərrüfatlarında 35 min 113 baş iribuynuzlu mal-qara, 130 min 11 baş qoyun-keçi bəslənilir. Naxırlarda ana inək və camışların sayı 15 min 311 başa çatıb. Təsərrüfatlarda mal-qara və davarların baş sayının artırılması və cins tərkibinin yaxşılaşdırılması istiqamətində görülən işlər ət və süd istehsalının da artmasına güclü təsir göstərib. Cari ilin dörd ayı ərzində rayonda 3 min 839 ton ət (diri çəkidə), 6468 ton süd, 26 ton yun istehsal olunub ki, bu da 2019-cu ilin eyni dövründəki göstərici ilə müqayisədə ətdən 724 ton, yundan isə 3 ton çoxdur.
Ölkəmizdə aqrar sektorda işləyənlərə göstərilən dövlət dəstəyi Astara rayonunda da kənd təsərrüfatının aparıcı sahələrindən biri olan heyvandarlığın inkişafı üçün geniş imkanlar yaradıb. Astara Rayon Statistika İdarəsindən verilən məlumata görə, son 4 ayda rayonda diri çəkidə 1326 ton ət, 9087 ton süd, 3018 min ədəd yumurta istehsal olunub. Rayonda ət istehsalı 2,3 faiz (30 ton), yumurta istehsalı isə 6000 ədəd artıb. Qeyd edək ki, Astara rayonunda 40 min 454 baş iribuynuzlu, 22 min 556 baş davar var.
Sabirabad rayonunun ayrı-ayrı heyvandarlıq və fərdi təsərrüfatlarında isə 354 min 352 baş heyvan saxlanılır ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 3 min 335 baş çoxdur. Rayon statistika idarəsindən bildiriblər ki, təsərrüfatlarda mal-qara və davarların baş sayının artırılması ət və süd istehsalına da güclü təkan verib. Cari ilin ötən ayları ərzində rayonda 6 min 281 ton ət (diri çəkidə), 39 min 306 ton süd istehsal edilib. Bu, ötən ilin dörd ayı ərzində istehsal olunan ətdən 113 ton, süddən isə 365 ton çoxdur.
Şirvan bölgəsində yerləşən Ağsu rayonunun heyvandarları da cari ilin beş ayını uğurlu nəticələrlə başa vurublar. Belə ki, məhsul istehsalında bütün göstəricilər ötən ilin müvafiq dövrü ilə müqayisədə artıb. Rayon Statistika İdarəsindən verilən məlumata görə, heyvandarlıq kənd təsərrüfatının aparıcı sahələrindəndir. Bu ilin beş ayında diri çəkidə 2 min 859 ton ət istehsal olunub ki, bu da 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 5 ton çoxdur. Habelə, süd istehsalı 43 ton artaraq 12 min 454 tona, yun istehsalı 4 ton artaraq 314 tona, yumurta istehsalı isə 1 milyon 223 min ədəd çoxalaraq 7 milyon 545 min ədədə çatıb.
Yeri gəlmişkən, qeyd edək ki, ölkəmizdə həmçinin mal-qaranın cins tərkibinin yaxşılaşdırılması istiqamətində tədbirlər də uğurla davam etdirilir. Bu baxımdan, heyvandarlıq sahəsində məhsudarlığın artmasında, eyni zamanda süni mayalanma ilə başlı həyata keçirilən tədbirləri də mühüm rol oynayır.
Onu da vurğulamaq yerinə düşər ki, bu ilin ötən 5 ayında 21 min 675 fermerin süni mayalanma ilə doğulmuş buzova görə subsidiya müraciəti təsdiqlənib. Müraciəti təsdiq edilən fermerlər 25 min 370 baş buzova görə subsidiya alacaqlar. Subsidiya məbləği hər heyvandarın öz “Fermer kartı”na köçürüləcək.
Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən bildiriblər ki, Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində (EKTİS), ümumilikdə, 348 süni mayalanma üzrə mütəxəssis qeydiyyatdan keçib və əlaqə məlumatları yerləşdirilib. Fermerlər özlərinə yaxın və daha uğurlu təcrübəyə malik olduğu görünən mütəxəssisləri (mayalanma və alınan bala sayının nisbəti ilə) sistemdən seçib, xidmətindən istifadə edə bilərlər. Eyni zamanda, bu ilin ötən 5 ayı ərzində Respublika Süni Mayalanma Mərkəzi 150 süni mayalanma mütəxəssisinə 56000 dozaya yaxın cins heyvan toxumu satıb.
Məlumat üçün bildirək ki, Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 19 avqust tarixli “Heyvandarlığın cins tərkibinin yaxşılaşdırılmasına dövlət dəstəyi haqqında” Sərəncamına əsasən süni mayalanma yolu ilə alınmış hər baş buzova görə heyvan sahiblərinə 100 manat həcmində subsidiya ödənilir.
Ən nəhayət, yeni subsidiya qaydalarına uyğun olaraq bütün subsidiya müraciətlərinin toplandığı EKTİS-də əkinçilər kimi, heyvandarlar da qeydiyyatdan keçərək öz təsərrüfatları və fəaliyyətləri barədə məlumat yerləşdirməlidirlər. Süni mayalanma ilə alınan buzova görə subsidiya müraciəti üçün bütün proses - bala verəcək heyvan haqqında məlumat, süni mayalanma mütəxəssisi, mayalandırma tarixi, doğulacaq balanın cinsi və doğulma tarixi Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində qeyd olunmalıdır. Bu məlumatların bir hissəsini fermer özü, bir hissəsini də süni mayalanma mütəxəssisi və baytar sistemə daxil edir. Buzov doğulduqdan sonra məlumatlar yoxlanılaraq təsdiqlənir və buzov sahibinə ödəmə edilir.
Bu konteksdə Ağcabədi də addımlar atılır. Ağcabədi Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən verilən məlumata əsasən, heyvandarlıq məhsulları istehsalının intensiv artmasına zəmin yaradan cins maldarlığın inkişafı üçün heyvanların süni mayalanması uğurla həyata keçirilir. Əldə edilən yüksək nəticələr, həmçinin süni mayalanmadan alınan hər buzova görə fermerlərə 100 manat yardım müəyyənləşdirilməsi süni mayalama tədbirlərinə marağı artırıb.
Bu ilin dörd ayında rayonda fəaliyyət göstərən süni mayalanma texnikləri tərəfindən 1200 baş inək və düyə süni yolla mayalandırılıb, 950 baş cins tərkibi yaxşılaşdırılmış buzov alınıb. Mayalanma zamanı əsasən “Holştein-friz”, “Simmental” cinsindən olan buğaların toxumları istifadə edilir.
Dövlətin aqrar bölmənin digər sahələri ilə yanaşı, heyvandarlığın inkişafına göstərdiyi hərtərəfli qayğı, son məhsula və bala alımına görə maldarlara verdiyi əlavə subsidiyalar Bərdə rayonunda da bu sahənin inkişafına güclü təkan verib, mal-qaranın baş sayının artmasına səbəb olub. Son illər rayonda mal-qaranın cins tərkibinin yaxşılaşdırılması istiqamətində də xeyli iş görülüb.
Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən bildirilib ki, heyvandarlıq məhsulları istehsalının intensiv artmasına zəmin yaradan cins maldarlığın inkişafı üçün heyvanların süni mayalanması uğurla həyata keçirilir. Əldə edilən yüksək nəticələr, həmçinin süni mayalanmadan alınan hər buzova görə fermerlərə 100 manat yardım müəyyənləşdirilməsi süni mayalama tədbirlərinə marağı artırıb.
(davamı növbəti sayımızda)
Qaşqay RAMAZANOV
Xəbər lenti
Hamısına baxHadisə
11 Noyabr 10:59
İdman
11 Noyabr 10:21
Hadisə
11 Noyabr 09:42
İdman
11 Noyabr 09:17
Dünya
11 Noyabr 08:55
Hadisə
10 Noyabr 23:20
Hadisə
10 Noyabr 22:19
COP29
10 Noyabr 21:32
Dünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39

