Respublikamızda tütünçülüyün inkişafına xüsusi diqqət yetirilir
13.06.2020 [09:27]
Bu sahəyə dövlət dəstəyinin gücləndirilməsi, həmçinin tütünün satış qiymətinin artırılması regionlarda fermerlərin tütünçülüyə marağının daha da artmasına səbəb olub
Məlum olduğu kimi, son illər həyata keçirilən iqtisadi islahatlar ölkəmizin hərtərəfli inkişafına təkan verib. Bu islahatlar eyni zamanda qeyri-neft sektorunun, o cümlədən aqrar sahənin inkişafı baxımından xüsusi əhəmiyyətə malikdir. Ölkəmizdə aqrar sahənin inkişafından danışarkən vurğulamaq yerinə düşər ki, Prezident İlham Əliyevin bu sahəyə diqqət və qayğısı sayəsində kənd təsərrüfatının ənənəvi sahələrindən olan tütünçülüyün inkişafı istiqamətində də mühüm addımlar atılır. Yəni, hazırda regionlarda tütünçülük sahəsəndə əldə edilən uğurların bir səbəbi Azərbaycanın bir çox rayonlarında tütünçülüyün inkişaf etdirilməsi üçün zəngin ənənə və geniş potensialın mövcud olması ilə bağlıdırsa, digər və əsas səbəbi isə məhz dövlətin diqqət və qayğısı ilə birbaşa bağlıdır. Bu baxımdan, Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiq edilən “Azərbaycan Respublikasında tütünçülüyün inkişafına dair 2017-2021-ci illər üçün Dövlət Proqramı”nın əsas məqsədi ölkədə tütünçülüyü inkişaf etdirmək, tütün məmulatları istehsalını artırmaq, emal müəssisələri yaratmaq, tütün məmulatlarının ixracını təşviq etməkdir.
Bu məqamda vurğulamaq yerinə düşər ki, cari ilin fevral ayının 3-də “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransdakı yekun nitqində Prezident İlham Əliyev tütün məmulatları istehsalını artırmaq və emal müəssisələri yaratmaq sahəsində görülən işlərə toxunub: “...Ancaq emal olunmuş malların daha böyük dəyəri var. Dəyərlər zənciri yaradılmalıdır. Ona görə hesab edirəm ki, kənd təsərrüfatında emal sektoruna xüsusi diqqət göstərilməlidir. Bir neçə misal gətirə bilərəm. Bizdə indi üzümçülük çox sürətlə inkişaf edir. Son illər ərzində salınmış minlərlə hektar üzüm bağları indi bar verir. Təkcə keçən il üzüm tədarükü 34 min ton artıbdır. Bu, birbaşa şərabçılıq sənayesini yaradır və biz indi şərab məhsullarımızı bir çox ölkəyə ixrac edirik. O cümlədən tütünçülük. Tütünçülüyün inkişafı sayəsində Sumqayıtda yeni siqaret fabriki yaradıldı, Bakı siqaret fabriki yenidən quruldu. Biz daxili tələbatı tam ödəməliyik və ödəyəcəyik, ixrac da edəcəyik. Yoxsa ki, əvvəlki illərdə tütün tədarük etməyən ölkələr bizə siqaret satırdı. Bu, bir nonsensdir. Bizim tütünümüz də, şəraitimiz də var. Ona görə bax, bu, emal sənayesinin inkişafının təzahürüdür”.
Respublikanın Kənd Təsərrüfatı naziri İnam Kərimov da kütləvi informasiya vasitələrinə müsahibəsində bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən aqrar sahənin inkişafı prioritet istiqamətlərdən biri kimi elan edilib. Nazir bildirib ki, həyata keçirilən tədbirlər nəticəsində aqrar sahədə inkişaf tempi davam edir: “Həyata keçirilən aqrar islahatlar kənd təsərrüfatının daha da inkişafını nəzərdə tutur. Aqrar sahənin, o cümlədən tütünçülüyün inkişafı üçün dövlətimiz tərəfindən sistemli dəstək tədbirləri həyata keçirilir, bu sahənin inkişafı üçün subsidiyalar verilir. Respublikaya idxal edilən bitki toxumları, kənd təsərrüfatı avadanlıqları, mineral gübrə və pestisidlər əlavə dəyər vergisindən azad edilib, istehsalçılar torpaq vergisi istisna olmaqla, bütün digər növ vergi öhdəliklərindən azaddırlar. Torpaq vergisi isə simvolik xarakter daşıyır. Kənd təsərrüfatı texnikası, texnoloji avadanlıqlar, suvarma sistemləri dəsti 40 faiz güzəştlə lizinq yolu ilə satılır. Göstərilən çoxşaxəli dövlət dəstəyi tədbirləri nəticəsində aqrar sahədə davamlı inkişaf təmin edilib”.
Azərbaycanda tütünçülüyün zəngin tarixi ənənəyə və böyük potensiala malik olduğunu bildirən Kənd Təsərrüfatı naziri bu sahənin inkişaf etdirilməsi ilə bağlı ölkə Prezidenti tərəfindən mühüm tapşırıqların verildiyini deyib: “Bizim qarşımızda müasir innovasiyaların tətbiqi və mövcud ənənələrimizi bərpa etməklə aqrar sahənin, o cümlədən tütünçülüyün inkişaf etdirilməsi ilə bağlı çox mühüm tapşırıqlar qoyulub. “Azərbaycan Respublikasında tütünçülüyün inkişafına dair 2017-2021-ci illər üçün Dövlət Proqramı”nda 2021-ci ilədək hər hektardan məhsuldarlıq 20 sentner olmaqla əkin sahələrinin 6000 hektara, tütün istehsalının 12 min tona çatdırılması hədəf olaraq müəyyənləşdirilib. Bu hədəfə çatmaq üçün ölkəmizdə bütün şərait və imkanlar mövcuddur. Bunun üçün əsas təşviq alətlərindən birini dövlət tərəfindən verilən subsidiyalar təşkil edir”.
Beləliklə, görünən odur ki, ixrac potensialı yüksək olan tütünçülük sahəsi dövlət tərəfindən həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində yenidən inkişaf edir. Yuxarıda qeyd edildiyi kimi, son illərdə tütünçülüyün inkişafına dövlət dəstəyinin gücləndirilməsi, bu sahənin potensial imkanlarından səmərəli istifadə edilməsi və tütün istehsalı ilə məşğul olan əhalinin sosial rifahının daha da yaxşılaşdırılması məqsədilə görülən tədbirlər fermerlərin də bu sahəyə marağını artırıb.
Vurğulandığı kimi dövlət başçısının diqqət və qayğısı nəticəsində ümumilikdə kənd təsərrüfatı, o cümlədən aqrar sektorun ixrac potensialı yüksək olan tütünçülük inkişaf edib. Eyni zamanda, Azərbaycan Respublikasında tütünçülüyün inkişafına dair 2017-2021-ci illər üçün Dövlət Proqramına uyğun olaraq son illər tütün bitkisinə aid əkin sahələri genişləndirilir. Ənənəvi sahələrdən olan tütünçülüyün inkişaf etdirilməsi üçün fermerlərin yüksək məhsuldar və keyfiyyətli tütün sortları ilə təmin olunması mühüm əhəmiyyət kəsb edir. Son illər yerli sortlarla müqayisədə xaricdən idxal olunan tütün sortları respublikanın müxtəlif bölgələrində daha geniş sahələrdə becərilir. Yeri gəlmişkən, xaricdən idxal olunan tütün sortlarının yerli şəraitə uyğunluluğunu, xəstəliklərə davamlılığını və məhsuldarlığını müəyyən etmək üçün Aqrar Xidmətlər Agentliyinin Laboratoriya, Ekspertiza və Sertifikatlaşdırma Mərkəzinin Qax Regional Mərkəzinin Zaqatala Dövlət Sort Sınaq Məntəqəsində sort-sınaq işlərinə başlanılıb. Məntəqədə 5 ABŞ, 4 Fransa, 3 Macarıstan və 2 ədəd Braziliya mənşəli sortun şitilləri sort-sınaq məqsədi ilə, həmçinin müqayisə üçün standart olaraq yerli “Zaqatala iriyarpaqlısı” sortu eyni sxem üzrə əkilib. Xarici tütün sortlarına aid əkin materialları Zaqatala rayonunda “Azərtütün” MMC-yə məxsus istixanadan təhvil alınıb. Sınaq müddətində metodikaya uyğun olaraq hər sort üzrə fenoloji müşahidələr, struktur ölçmələr və keyfiyyət analizləri aparılacadır.
Verilən məlumata əsasən, aparılan sort-sınaq işlərinin nəticələrinə əsasən fərqlənən tütün sortlarının növbəti ildə “Azərbaycan Respublikası ərazisində kənd təsərrüfatı məhsulları istehsalı üçün istifadəsinə icazə verilmiş və mühafizə olunan seleksiya nailiyyətlərinin Dövlət Reyestri”ndə qeydiyyata alınması nəzərdə tutulur.
Yeri gəlmişkən, qeyd edək ki, “Azərtütün ASK” MMC tərəfindən 2020-ci ildə respublikamızın şimal-qərb bölgəsinə daxil olan Zaqatala, Balakən, Qax və Şəki rayonlarında 1500 hektardan çox sahədə “Virciniya botaniki” növlü tütün əkilməsi nəzərdə tutulur. İyunun 4-dək həmin rayonlarda 1418,6 hektar sahəyə tütün şitilləri köçürülüb. Bu, nəzərdə tutulan tütün əkini sahələrinin 93,4 faizini təşkil edir.
“Azərtütün ASK” MMC-nin şöbə müdiri Mütəllib Mustafayev bildirib ki, tütün istehsalı ilə əlaqədar bu il bölgəyə daxil olan rayonlarda 191 fermerlə müqavilə bağlanılıb. Tütün əkilməsi üçün iyunun 4-dək 1492,5 hektar sahədə birinci şum aparılıb, 1406,7 hektar sahəyə gübrə səpilib.
Bu məqamda diqqətə çatdıraq ki, respublikamızın şimal-qərb bölgəsinə daxil olan Balakən rayonunun təsərrüfatlarında may ayı ərzində tütün əkini kampaniyası mütəşəkkil şəkildə davam etdirilib. Vurğulamaq yerinə düşər ki, dövlətimizin başçısının regionlarda kənd təsərrüfatının ənənəvi sahələrinin dirçəldilməsi ilə bağlı verdiyi tapşırıq və tövsiyələrinin nəticəsi olaraq, son illər bölgənin digər rayonları kimi, Balakəndə də tütünçülüyə maraq xeyli artıb. Hazırda Balakən rayonunda yüzlərlə ailə tütünçülüklə məşğul olur, bu sahədən gəlir götürür. Eyni zamanda Balakən rayonunda tütünçülük üzrə ixtisaslaşan yeni-yeni fermer təsərrüfatları yaradılır. Bunlardan biri də Talalar kəndində fəaliyyət göstərir. Təcrübəli fermer İmran Cumayevin rəhbərlik etdiyi təsərrüfatda 4 ildir ki, tütün yetişdirilir. 2016-cı ildə bu təsərrüfatda 13 hektar, 2017-ci ildə 18 hektar, son iki ildə isə 20 hektar sahədə tütün əkilib. Ötənilki mövsümdə təsərrüfatın tütün sahələrindən 245 ton yaşıl kütlə tədarük edilib, eyni zamanda, 10 ton quru tütün istehsal olunub.
İmran Cumayev kütləvi informasiya vasitələrinə müsahibəsində tütünçülüyün çox gəlirli sahə olduğunu vurğulayaraq deyib: “Məhz bu səbəbdən də kənd əhalisinin tütünçülüyə marağı ildən-ilə artır. Builki mövsümdə əkin sahələrini bir az da genişləndirərək 25 hektara çatdırmağı planlaşdırıram. Tütün əkininə 25-dək işçi qüvvəsi cəlb olunub. Hava şəraiti əlverişli olarsa, builki mövsümdə 300 tondan çox yaşıl tütün kütləsi istehsal etməyi qarşıma məqsəd qoymuşam”.
Zaqatala rayonunun təsərrüfatlarında artıq tütün əkini başa çatıb. Builki mövsümdə zaqatalalı fermerlər 573,5 hektar sahədə tütün yetişdirirlər. Bu barədə rayon İcra Hakimiyyəti aparatının sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsindən məlumat verilib. Bildirilib ki, cari ildə rayonda “Azərtütün ASK” MMC tərəfindən 398,83 hektar sahədə “Virciniya botaniki” növlü, fiziki şəxslər tərəfindən isə 174,64 hektarda digər tütün sortları əkilib. Tütün əkininə 1700-dən çox mövsümi işçi cəlb olunub.
(davamı növbəti sayımızda)
Nardar
Xəbər lenti
Hamısına baxSosial
13 Noyabr 08:51
Sosial
13 Noyabr 08:23
YAP xəbərləri
12 Noyabr 23:15
Xəbər lenti
12 Noyabr 23:01
YAP xəbərləri
12 Noyabr 22:55
İqtisadiyyat
12 Noyabr 22:51
YAP xəbərləri
12 Noyabr 22:50
YAP xəbərləri
12 Noyabr 22:32
Hadisə
12 Noyabr 22:19
Dünya
12 Noyabr 21:57
YAP xəbərləri
12 Noyabr 21:38
YAP xəbərləri
12 Noyabr 21:16
YAP xəbərləri
12 Noyabr 20:40
Dünya
12 Noyabr 20:34
YAP xəbərləri
12 Noyabr 20:12
Dünya
12 Noyabr 19:54
YAP xəbərləri
12 Noyabr 19:30
Elm
12 Noyabr 19:22
YAP xəbərləri
12 Noyabr 18:22
YAP xəbərləri
12 Noyabr 17:52
YAP xəbərləri
12 Noyabr 17:48
YAP xəbərləri
12 Noyabr 16:36
YAP xəbərləri
12 Noyabr 16:19
YAP xəbərləri
12 Noyabr 15:44
YAP xəbərləri
12 Noyabr 15:31
YAP xəbərləri
12 Noyabr 15:29
YAP xəbərləri
12 Noyabr 15:24
YAP xəbərləri
12 Noyabr 15:17
Siyasət
12 Noyabr 14:57
YAP xəbərləri
12 Noyabr 14:56
Gündəm
12 Noyabr 14:52
YAP xəbərləri
12 Noyabr 14:23
Gündəm
12 Noyabr 14:01
YAP xəbərləri
12 Noyabr 14:01
Sosial
12 Noyabr 14:00
Gündəm
12 Noyabr 13:59
Gündəm
12 Noyabr 13:59
Sosial
12 Noyabr 13:58
Sosial
12 Noyabr 13:57
Gündəm
12 Noyabr 13:56
YAP xəbərləri
12 Noyabr 13:10
Gündəm
12 Noyabr 13:02
Gündəm
12 Noyabr 13:01
Sosial
12 Noyabr 12:47
YAP xəbərləri
12 Noyabr 12:42
Sosial
12 Noyabr 12:39
İqtisadiyyat
12 Noyabr 12:38
İqtisadiyyat
12 Noyabr 12:38
COP29
12 Noyabr 12:37
Hadisə
12 Noyabr 12:37
Gündəm
12 Noyabr 12:36
YAP xəbərləri
12 Noyabr 11:48
YAP xəbərləri
12 Noyabr 11:29
Siyasət
12 Noyabr 11:28
YAP xəbərləri
12 Noyabr 10:49
Dünya
12 Noyabr 10:42
Siyasət
12 Noyabr 09:35
Siyasət
12 Noyabr 09:32
Siyasət
12 Noyabr 09:32
Dünya
12 Noyabr 08:24
İdman
12 Noyabr 08:15
Gündəm
12 Noyabr 08:04
Dünya
12 Noyabr 08:03
Siyasət
11 Noyabr 23:04
Dünya
11 Noyabr 22:02
Siyasət
11 Noyabr 21:18
Dünya
11 Noyabr 20:36
Dünya
11 Noyabr 19:21
Hərbi
11 Noyabr 18:24
Gündəm
11 Noyabr 17:13

