/ / Regionlarda elektrik enerjisi təchizatının daha da yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir
Regionlarda elektrik enerjisi təchizatının daha da yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir
18.06.2020 [08:36]
İstehlakçıların dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təmin olunması sahəsində görülən işlər davamlı xarakter daşıyır
Azərbaycanda müasir infrastruktur quruculuğu digər sahələrdə olduğu kimi, elektrik enerjisi təsərrüfatında da geniş vüsət alıb. Təkcə son vaxtlarda pandemiya şəraiti olmasına baxmayaraq, bölgələrdə və paytaxt Bakıda bir neçə yeni elektrik enerjisi obyektinin istifadəyə verilməsi deyilənləri bir daha təsdiqləyir. Ümumiyyətlə, ölkəmizdə enerji infrastrukturunun innovativ həllərin və müasir yanaşmaların tətbiqi yolu ilə yenidən qurulmasının davamlı olaraq diqqət mərkəzində saxlanılması Azərbaycan dövlətinin qarşıya qoyduğu strateji hədəflərlə bağlıdır.
Qeyd etmək lazımdır ki, Azərbaycan energetikləri dövlət başçısının tapşırıqlarına uyğun olaraq ölkənin enerji müstəqilliyinin möhkəmləndirilməsinə hesablanan layihələri uğurla həyata keçirirlər. 2004-cü ilə qədər Azərbaycanda 3900 meqavat gücündə cəmi 9 elektrik stansiyası mövcud idi. Son 16 ildə isə respublikamız 31 yeni elektrik stansiyası tikməyə və özünün generasiya güclərini daha 3000 meqavatadək artırmağa nail olub. Diqqəti çəkən mühüm məqamlardan biri də odur ki, elektrik enerjisi təsərrüfatının yenilənməsi paytaxt Bakı ilə yanaşı, regionlarda da geniş vüsət alıb. Bəhs olunan dövrdə ölkəmizin elektrik enerji təsərrüfatında uğurla reallaşdırılan layihələrə Astara, Xaçmaz, Şəki, Şahdağ, “Cənub”, “Şimal-2” və digər stansiyaların yüksək səviyyədə tikilib istifadəyə verilməsini misal göstərə bilərik. Şirvan şəhərində tikilən “Cənub” Elektrik Stansiyasının generasiya gücü təxminən 800 meqavata bərabərdir. Sumqayıt Elektrik Stansiyası 525 meqavat gücündədir. 2019-cu ildə istifadəyə verilən 400 meqavat gücündə “Şimal-2” stansiyasının məhz Bakıda inşa edilməsi respublikamızın generasiya güclərinin ölkə ərazisində daha bərabər şəkildə paylanmasına xidmət göstərir. Bundan əlavə, ölkəmizin ayrı-ayrı bölgələrində çoxlu sayda su elektrik stansiyaları tikilib. O cümlədən Naxçıvan Muxtar Respublikasında tikilmiş su elektrik stansiyalarının generasiya gücü bütün muxtar respublikanın tələbatını ödəmək iqtidarındadır. Həyata keçirilən layihələrin məntiqi nəticəsidir ki, bu gün Azərbaycan daxili istehsal hesabına özünü elektrik enerjisi ilə tam təmin edir, hətta ölkəmizin bu sahədə müəyyən ixrac imkanları da yaranıb. Təkcə 2019-cu ildə ölkəmiz elektrik enerjisinin ixracından təqribən 60 milyon dollar vəsait qazanıb. Azərbaycanın qısa müddətdə özünün enerji müstəqilliyini təmin etməsi və elektrik enerjisini idxal edən ölkədən ixracatçı ölkəyə çevrilməsi böyük uğurdur.
O da qeyd edilməlidir ki, Prezident İlham Əliyevin göstəriş və tapşırıqlarına uyğun olaraq hazırda da regionlarda elektrik enerjisinin təchizatının daha da yaxşılaşdırılması, istehlakçıların dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təmin olunması istiqamətində geniş tədbirlər həyata keçirilir.
Yeri gəlmişkən, Energetika Nazirliyi bu ilin yanvar-may aylarında Azərbaycan üzrə elektrik enerjisinə dair operativ məlumatları açıqlayıb. Məlumata əsasən, 5 ayda respublikada elektrik enerjisinin istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 51,1 milyon kilovat/saat artaraq 10 milyard 796,5 milyon kilovat/saat olub. Ötən ilin 5 ayına nisbətən elektrik enerjisinin istehsalı istilik elektrik stansiyalarında (İES) 200,8 milyon kilovat/saat artaraq 10 milyard 95,6 milyon kilovat/saat, su elektrik stansiyalarında (SES) 150,5 milyon kilovat/saat azalaraq 549 milyon kilovat/saat, digər mənbələr (külək, günəş elektrik stansiyaları və Bərk Məişət Tullantılarının Yandırılması Zavodu) üzrə isə 0,7 milyon kilovat/saat artaraq 151,9 milyon kilovat/saat olub. Külək elektrik stansiyalarında 45,1 milyon kilovat/saat, günəş elektrik stansiyalarında 18,1 milyon kilovat/saat, Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda 88,7 milyon kilovat/saat elektrik enerjisi istehsal edilib.
Bunlarla yanaşı, yanvar-may aylarında “Azərenerji” ASC üzrə elektrik enerjisinin istehsalı 9 milyard 650,6 milyon kilovat/saat (İES-lərdə 9 milyard 186,2 milyon kilovat/saat, SES-lərdə 464,4 milyon kilovat/saat) olub. 5 ayda Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidməti üzrə 155,8 milyon kilovat/saat (İES-lərdə 65,2 milyon kilovat/saat, SES-lərdə 75,1 milyon kilovat/saat, günəş stansiyalarında 15,5 milyon kilovat/saat), Müstəqil Elektrik Stansiyaları üzrə 990,1 milyon kilovat/saat təşkil edib.
Ağcabədi rayonunda energetika sisteminin yenidən qurulması diqqət mərkəzindədir
Digər rayonlar kimi, Ağcabədidə də energetika sisteminin yenidən qurulması, əhalinin fasiləsiz elektrik enerjisi ilə təchiz olunması prioritet məsələlərdəndir. Son illərdə aparılan geniş tikinti, yenidənqurma və bərpa işləri nəticəsində rayonun kəndləri və ətraf ərazilərin elektrik təchizatının yaxşılaşdırılması, həmçinin kənd təsərrüfatı obyektlərinin artan elektrik tələbatının qarşılanması üçün geniş imkanlar yaranıb. Bu illərdə rayonda xeyli hava xətləri çəkilib, kəndlərin elektrik şəbəkəsi özünüdaşıyan izolyasiyalı naqillərlə əvəzlənib. Bununla mövcud elektrik şəbəkəsinin qoyuluş gücü artıb, texniki itkilər kəskin şəkildə azalıb.
Yeri gəlmişkən, iyunun 3-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 110/35/10 kilovoltluq “Ağcabədi-2” elektrik yarımstansiyasının yenidənqurmadan sonra istifadəyə verilməsi mərasimində iştirak edib. “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin sədri Vüqar Əhmədov dövlətimizin başçısına məlumat verib ki, istehlakçıların elektrik təchizatının yaxşılaşdırılması məqsədilə Ağcabədi rayonu ərazisində 35 kilovoltluq yarımstansiyada əsaslı yenidənqurma işləri aparılaraq, gərginlik sinfi artırılıb və 110/35/10 kilovoltluq “Ağcabədi-2” yarımstansiyası inşa edilməklə, yarımstansiyanın qoyuluş gücü 17,5 MVA-dan 40 MVA-ya çatdırılıb. Bu yarımstansiya vasitəsilə Ağcabədi şəhərində sosial-iqtisadi təyinatlı obyektlərin, meliorasiya və suvarma sistemlərinin, ətraf kənd və qəsəbələrin, həmçinin Taxtakörpü ərazisində məskunlaşmış Laçın rayonundan olan məcburi köçkünlərin və hərbi hissələrin fasiləsiz və dayanıqlı elektrik enerjisi təchizatı təmin olunacaq. Yarımstansiyanın istismara verilməsi ilə 5262-si əhali, 831-i qeyri-əhali olmaqla, ümumilikdə 6093 abonentin elektrik enerjisinin təchizatı daha da yaxşılaşdırılacaq. Yarımstansiya beynəlxalq standartlara cavab verən müasir tipli elektrik avadanlıqları, elektron tipli rele mühafizəsi və avtomatika sistemləri ilə təchiz edilib, məsafədən idarə olunan SKADA dispetçer sisteminə qoşulub. Yarımstansiyanın 330 kilovoltluq “İmişli” və “Ağcabədi” qovşaq yarımstansiyaları ilə əlaqələndirilməklə dairəvi elektrik təchizat sxeminə qoşulması təmin edilib ki, bu da istehlakçıların, xüsusən də əhalinin enerji təchizatının dayanıqlılığını və təhlükəsizliyi artırıb.
Cəlilabadın kəndlərində elektrik təsərrüfatı yenilənir
“Azərişıq” ASC Cəlilabad rayonunda bir sıra kəndlərin elektrik təsərrüfatında yenidənqurma işlərinə başlayıb. Layihə ilkin olaraq Cəlilabadın Boyaxanlı inzibati ərazi nümayəndəliyinə daxil olan 7 kəndi və bir sərhəd zastavasını əhatə edəcək. Yenidənqurma işləri çərçivəsində yaşayış məntəqələrini əhatə edən yüksəkgərginlikli, eləcə də kənddaxili elektrik dirəkləri və elektrik naqilləri tamamilə yenidən qurulacaq. Yaşayış məntəqələrini dayanıqlı elektrik enerjisi ilə təmin etmək məqsədilə rayonun kənlərində yeni transformatorlar və smart tipli sayğaclar quraşdırılacaq. Qeyd edək ki, Cəlilabad rayonunun Boyaxanlı kəndindəki elektrik təsərrüfatı ötən əsrin 60-cı illərində qurulub. İndiyədək kəndin elektrik təsərrüfatında yalnız cari təmir işləri görülüb.
“Azərişıq” cəbhəboyu kəndlərdə yenidənqurma işlərini davam etdirir
Yeri gəlmişkən, “Azərişıq” cəbhəboyu kəndlərdə yenidənqurma işlərini davam etdirir. Məsələn, Ağdam rayonunda məcburi köçkünlərin məskunlaşdıqları ərazilərdə elektrik enerjisi təchizatı yaxşılaşdırılır. Rayonun təmas xəttində yerləşən kəndlərində də elektrik enerjisi sistemi tamamilə yenidən qurulub. Rayon ərazisində məcburi köçkünlərin də məskunlaşdığı ərazilər daxil olmaqla ümumilikdə 15-dən çox kənd və yaşayış məntəqəsində yenidənqurma işləri görülüb. Ümumilikdə 2567 ədəd yeni dayaq quraşdırılıb, 259 min 700 metr müxtəlif növ yeni kabel çəkilib. Həmçinin Ergi ərazisində yeni 110/35/10 kilovoltluq, Əfətli kəndində isə 35/10 kilovoltluq yarımstansiyalar tikilib istismara verilib. 36 ədəd müasir tipli müxtəlif güclü transformator məntəqəsi quraşdırılıb.
Bunlarla yanaşı, tikinti-quraşdırma işləri “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti və “Azəriqaz” İstehsalat Birliyinin elektrik enerjisi və qaz təchizatı şəbəkələrinin təkmilləşdirilməsi və yenidən qurulması üzrə birgə layihəsi əsasında həyata keçirilir. Layihə çərçivəsində 230 məcburi köçkün ailəsinin müvəqqəti məskunlaşdığı Quzanlı qəsəbəsi yaxınlığında, Soltanbud meşə massivi boyunca və Qərvənd kəndi ərazisində elektrik təsərrüfatının yenidən qurulmasına başlanılıb. Sözü gedən ərazilərdə paylayıcı elektrik şəbəkəsi tamamilə yenidən qurulur, o cümlədən açıq naqillər kabel xətləri ilə əvəzlənir, köhnə ağac dirəklər yenilənir, ehtiyac olan yerlərdə yeni güc mərkəzləri yaradılır. Artıq 100 ailənin məskunlaşdığı Quzanlı qəsəbəsi yaxınlığındakı ərazidə işlər başa çatdırılıb. 56 məcburi köçkün ailəsinin məskunlaşdığı Qərvənd kəndi ərazisindəki yaşayış massivində elektrik təsərrüfatının yenidən qurulması işləri yekunlaşmaq üzrədir. Tezliklə Soltanbud meşə massivi boyunca məskunlaşan məcburi köçkün ailələrin də elektrik enerjisi ilə təchizatı yaxşılaşdırılacaq.
(davamı növbəti sayımızda)
Nurlan QƏLƏNDƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42
Dünya
08 Noyabr 13:14
Siyasət
08 Noyabr 13:11
Dünya
08 Noyabr 12:48
Gündəm
08 Noyabr 12:16
Gündəm
08 Noyabr 12:15
Gündəm
08 Noyabr 12:12
Gündəm
08 Noyabr 11:42

