Respublikamızda bu ilin altı ayı ərzində 14 yeni yaşayış massivi qazlaşdırılıb
14.08.2020 [11:32]
30 yaşayış məntəqəsi, 27 yeni yaşayış massivində isə qazlaşdırma işləri davam edir
Məlum olduğu kimi, son 17 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi siyasət, həmçinin reallaşdırılan müvafiq dövlət proqramları nəticəsində ölkəmizdə bütün sahələrdə mühüm uğurlar əldə edilib. Eyni zamanda, ötən müddət ərzində respublikamızda bütün regionları, hətta ucqar kəndləri belə əhatə edən müasir infrastruktur quruculuğu geniş vüsət alıb ki, bu da həm iqtisadi, həm də sosial əhəmiyyət kəsb edir. Azərbaycanda həyata keçirilən yüksək səviyyəli infrastruktur quruculuğu işlərindən danışarkən, heç şübhəsiz, qazlaşdırma sahəsində əldə edilən uğurları da xüsusi olaraq vurğulamaq yerinə düşər.
Belə ki, ötən 17 il ərzində bütün ölkə boyu çoxlu sayda qazlaşdırma layihələri reallaşdırılıb. Məhz görülmüş məqsədyönlü işlər nəticəsində regionların “mavi yanacaq” təminatı yaxşılaşıb və hazırda respublikamızda qazlaşdırma 96 faizə çatıb.
Bu məqamda qeyd edək ki, bir müddət öncə Azərbaycanda qazlaşdırma ilə bağlı siyasətin həyata keçirilməsinə məsul olan “Azəriqaz” İstehsalat Birliyi cari ilin 6 ayının yekunlarına dair hesabatını açıqlayıb. “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev ümumilikdə yanvar-iyun ayları ərzində nəticələrin qənaətbəxş olduğunu bildirib. Lakin həlli vacib olan, gecikdirilmədən icrasına zərurət tələb edən bir sıra məqamları da diqqətə çatdırıb. O, koronavirus (COVID-19) pandemiyası ilə bağlı xüsusi karantin rejimi dövründə birliyin səylə çalışdığını, abonentlərin müraciətlərinin vaxtında, qüsursuz icra edildiyini bildirib. Sonra ayrı-ayrı sahələri əhatə edən 6 ayın yekunları barədə geniş məlumat verilib.
Bildirilib ki, cari il ərzində qaz təchizatının normal rejimlərdə həyata keçirilməsi üçün şəbəkəyə 6 milyard 738,5 milyon kubmetr qaz qəbulu nəzərdə tutulub. Bu həcmin 3 milyard 978,3 milyon kubmetri artıq 6 ay ərzində qəbul edilib. Ötən illə müqayisədə 40,7 milyon çox qaz qəbul edilib ki, bu da daha 36 min 564 yeni əhali abonentinin qeydiyyata alınması, eləcə də yeni istehsal sahələrinin (xüsusilə istixanalar) istifadəyə verilməsi ilə bağlıdır. Bundan başqa karantin rejimi dövründə də əksər abonentlər evdə olduğundan bəzən havaların soyuq keçdiyi günlərdə qaz sərfiyyatında artım müşahidə olunub. Ümumilikdə, iyul ayının 1-nə olan statistikaya görə “Azəriqaz” İstehsalat Birliyində qeydiyyatda olan əhali abonentlərinin sayı 2 milyon 284 min 980 təşkil edir.
Onu da vurğulamaq yerinə düşər ki, ötən ilin 6 ayının göstəriciləri ilə müqayisədə qaz itkilərində 1,3 faiz azalma var. Bu nəticəyə isə məhz hər il icra edilən tədbirlər proqramı əsasında şəbəkədə aparılan yenilənmə işləri və digər islahatlarla nail olunub. Hesabtada da qeyd olunduğu kimi, qaz xətlərinə və sayğaclara qeyri-qanuni müdaxilələr ötən ilin 6 ayı ilə müqayisədə 1699 fakt azalıb. Qanunsuz müdaxilələrin azalmasının əsas səbəbi abonentlərlə aparılan maarifləndirmə işləri və yerlərdə nəzarətin gücləndirilməsidir.
Bundan başqa, bildirildiyi kimi, ölkəmizdə 2020-ci ilin altı ayında 14 yeni yaşayış massivi qazlaşdırılıb. 30 yaşayış məntəqəsi, 27 yeni yaşayış massivində qazlaşma işləri isə davam edir. Bu ilin altı ay ərzində 583,1 kilometr uzunluğunda yeni qaz xətti çəkilib, 57 ədəd qaz tənzimləyicisi, 58 ədəd müxtəlif diametrli siyirtmə və rəzələr quraşdırılıb. Plan üzrə 1125 qaz xəttindən 386-sı kipliyə sınaq olunub. Yanvar-iyun aylarında 41 min 979,5 metr yeraltı, 111 min 748,3 metr yerüstü qaz kəmərlərinə texniki baxış aparılıb. Bundan başqa 96 min 942 qaz sayğacı dövlət yoxlamasından keçirilib ki, bu da 2020-ci il üçün planlaşdırılan yoxlamanın 66 faizini təşkil edir.
“104 Operativ Xidmət” şöbəsi 6 ay ərzində 574 min 697 müraciət qəbul edib. Müraciətlərin operativ cavablandırılması üçün imkanlar genişləndirilib, işçi sayı 9 nəfər artırılıb.
Bundan başqa, “Azəriqaz” İstehsalat Birliyi 2020-2021-ci illər ərzində təbii qaz təchizatının yaxşılaşdırılmasına dair böyük bir layihənin icrasına başlayıb. Birlikdən verilən məlumata görə, uzun illər istismar olunduqca müxtəlif səbəblərdən torpaq üstünə düşmüş 260 kilometrə yaxın qaz xəttinin dayaqlar üzərinə qaldırılması planlaşdırılır. Bununla da belə kəmərlər korroziya təhlükəsindən xilas edilməklə əvvəlki kimi istifadəyə qaytarılacaq.
Hesabata əsasən, cari ilin əvvəlindən reallaşdırılmaqda olan proqram çərçivəsində artıq bir neçə yerdə işlər tamamlanıb. Belə ki, Qobustandakı “Yol evi” adlanan yaşayış massivini təbii qazla təmin edən qaz kəmərinin 3500 metrlik hissəsi, Zərdab rayonunun Salahlı kəndi yaxınlığında Qarasu çayının içindən keçən qaz kəməri də dayaqlar üzərinə qaldırılıb. Sonuncu dəfə bu istiqamətdə görülən işlər isə Cəlilabad və Tərtər rayonu ərazilərində icra olunub.
Mütəxəssislərin də qeyd etdikləri kimi qaz xətlərinin dirəklər üzərindən düşməsi ərazidəki avtomobil yolunun müxtəlif vaxtlarda genişləndirilməsi, asfalt qatının tədricən qaldırılması və digər təsirlərin (beton dayaqların ovularaq sıradan çıxması, yamac hissələrdə dayaqların aşması və sair) nəticəsində baş verir. Əgər həmin yerlərdə torpaqlarda şoranlıq müşahidə edilərsə, qaz xəttinin korroziyaya uğraması da qaçılmazdır. Beləliklə, kəmər torpaqdan və pasdan təmizlənib, əvvəlcə korroziyaya qarşı, daha sonra parlaq boya ilə rənglənib və dəmir-beton dayaqlar üzərinə qaldırılır. Bundan sonra qaz xətlərinin istismar müddəti təqribən 10-15 il uzanır. Yeri gəlmişkən, “Azəriqaz” İstehsalat Birliyinin 2020-2021-ci illər üzrə payız-qış mövsümünə hazırlıq proqramı çərçivəsində 260 kilometrə yaxın qaz xəttinin dayaqlar üzərinə qaldırılması, 340 kilometrə yaxın qaz xəttinin isə rənglənməsi nəzərdə tutulur.
Beləliklə, hesabatdan da göründüyü kimi respublikamızda əhalinin təbii qazla təmin olunması prosesi hazırda da uğurla davam edir. Bunu ayrı-ayrı rayonların timsalında da görmək mümkündür. Belə ki, Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən, Göygöl rayonunun Toğanalı kəndinin qazlaşdırılmasına başlanılıb. Göygöl Rayon İcra Hakimiyyətindən bildirilib ki, bu günə kimi 14 min paqonometr daşıyıcı və paylayıcı kənddaxili qaz xətləri çəkilib. Yaxın vaxtlarda işlər yekunlaşdıqdan sonra 380 abonent “mavi yanacaq”la təmin ediləcək.
İsmayıllı rayonunda isə daha bir kənd qazlaşdırılır. Belə ki, rayonun Bizlan kəndinə ilk dəfə olaraq qaz xətti çəkilir. Yaşayış məntəqəsində 105 abonent var. Rayon icra hakimiyyətinin informasiya təminatı və təhlili sektorundan bildirilib ki, layihəyə görə, ümumilikdə, 9300 metr müxtəlif diametrli borudan istifadə ediləcək. Hazırda 108 və 76 millimetrlik daşıyıcı, 57 millimetrlik paylayıcı borular qaynaq olunur, dirəklər basdırılır. İşlər “Azəriqaz” İstehsalat Birliyi nəzdindəki “Azqaz İnşaat Servis” QSC tərəfindən icra olunur.
Qeyd edək ki, “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq rayonun Zeyvə, Soltankənd və Qalagah kəndləri artıq qazlaşdırılıb. Bu ilin sonunadək Keyvəndi, Şəbiyan, Mücühəftəran, Ruşan və Enişdibi yaşayış məntəqələrinin də qazlaşdırılması nəzərdə tutulub.
Zərdab rayonunda da 4 min abonenti əhatə edən 18 kəndin qaz təchizatı yaxşılaşdırılıb. Belə ki, iyunun 11-də həmin kəndlər üzrə qaz təminatında mühüm rola malik Qarasu çayının üzərindən keçən qaz xətti tamamilə yenilənib. “Azəriqaz” İstehsalat Birliyindən verilən məlumata görə, 2020-2021-ci illər ərzində qaz təchizatının yaxşılaşdırılmasına dair həyata keçirilən tədbirlər proqramına uyğun olaraq Zərdab rayonunun Salahlı kəndi yaxınlığında Qarasu çayının içindən keçən qaz xətti bərpa edilərək yenidən istismara verilib.
Diametri 219 millimetr olan polad kəmər, çay üzərindən 60 metrlik məsafəni dayaqlar üzərində, diametri 530 millimetrlik borunun içərisi ilə aparılaraq keçirilib. Bu da qaz xəttinin dayanıqlılığına tam zəmanət verir. Buna qədər həmin ərazidəki qaz xətti sel sularının təsirindən çay yatağının dəyişməsi zamanı xeyli aşağı düşmüşdü. Bəzi hallarda boru su altında qalırdı. Artıq Qarasu çayından keçən qaz xətti 4 metr hündürlüyündə dayaqlar üzərində təhlükəsiz şəraitdə istismar olunacaq.
Ölkənin hər yerində olduğu kimi Naxçıvan Muxtar Respublikasında da istehlakçılar dayanıqlı “mavi yanacaq”la təmin olunur. Naxçıvan Muxtar Respublikası Qaz İstismar Xidmətinin məlumatına görə, hazırda muxtar respublikada 90 min 426 təbii qaz istehlakçısı vardır ki, bunlardan 87 min 727-si əhali abonenti, 2699-u isə qeyri-əhali abonentdir. Ümumiyyətlə, Muxtar respublikada qaz təsərrüfatının inkişafı daim diqqətdə saxlanılır. Bu istiqamətdə həyata keçirilən tədbirlərin tərkib hissəsi olaraq 2013-cü ildə 27 kilometr uzunluğunda Naxçıvan-Şahbuz ortatəzyiqli qaz xətti istifadəyə verilib. Bundan başqa, uzunluğu 81,6 kilometr olan Naxçıvan-Sədərək magistral qaz kəməri izolyasiyalı borularla yenidən çəkilib.
Görülən işlər dövlət başçısı tərəfindən də yüksək qiymətləndirlib. Belə ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Naxçıvan Muxtar Respublikasının enerji təhlükəsizliyi sahəsində görülən işləri yüksək qiymətləndirərək deyib: “Naxçıvanda enerji təhlükəsizliyi məsələləri öz həllini tam şəkildə tapıbdır. Bu da çox sevindirici haldır. Bu gün Naxçıvan 100 faiz səviyyəsində qazlaşdırılıbdır. Bütün yaşayış məntəqələrində təbii qaz vardır”.
Qeyd olunduğu kimi, Naxçıvan Muxtar Respublikasında təbii qaz təchizatının yaxşılaşdırılması və etibarlılığının artırılması istiqamətində ardıcıl tədbirlər görülür. Muxtar respublikada həyata keçirilən genişmiqyaslı tikinti-quruculuq işləri ilə əlaqədar müvafiq sosial obyektlərin, inzibati binaların qaz təchizatı yenidən qurulur.
(davamı növbəti sayımızda)
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
12 Noyabr 13:10
Gündəm
12 Noyabr 13:02
Gündəm
12 Noyabr 13:01
Sosial
12 Noyabr 12:47
YAP xəbərləri
12 Noyabr 12:42
Sosial
12 Noyabr 12:39
İqtisadiyyat
12 Noyabr 12:38
İqtisadiyyat
12 Noyabr 12:38
COP29
12 Noyabr 12:37
Hadisə
12 Noyabr 12:37
Gündəm
12 Noyabr 12:36
YAP xəbərləri
12 Noyabr 11:48
YAP xəbərləri
12 Noyabr 11:29
Siyasət
12 Noyabr 11:28
YAP xəbərləri
12 Noyabr 10:49
Dünya
12 Noyabr 10:42
Siyasət
12 Noyabr 09:35
Siyasət
12 Noyabr 09:32
Siyasət
12 Noyabr 09:32
Dünya
12 Noyabr 08:24
İdman
12 Noyabr 08:15
Gündəm
12 Noyabr 08:04
Dünya
12 Noyabr 08:03
Siyasət
11 Noyabr 23:04
Dünya
11 Noyabr 22:02
Siyasət
11 Noyabr 21:18
Dünya
11 Noyabr 20:36
Dünya
11 Noyabr 19:21
Hərbi
11 Noyabr 18:24
Gündəm
11 Noyabr 17:13
Dünya
11 Noyabr 17:13
Sosial
11 Noyabr 17:11
Dünya
11 Noyabr 16:41
Dünya
11 Noyabr 15:27
Dünya
11 Noyabr 14:39
Dünya
11 Noyabr 13:17
İdman
11 Noyabr 12:31
Dünya
11 Noyabr 11:25
Hadisə
11 Noyabr 10:59
İdman
11 Noyabr 10:21
Hadisə
11 Noyabr 09:42
İdman
11 Noyabr 09:17
Dünya
11 Noyabr 08:55
Hadisə
10 Noyabr 23:20
Hadisə
10 Noyabr 22:19
COP29
10 Noyabr 21:32
Dünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56

