/ / Regionlarda elektrik enerjisi təsərrüfatında infrastrukturun yenidən qurulması işləri davam etdirilir
Regionlarda elektrik enerjisi təsərrüfatında infrastrukturun yenidən qurulması işləri davam etdirilir
12.12.2020 [00:08]
Bu istiqamətdə görülən işlər çərçivəsində işğaldan azad olunan ərazilərdə yeni güc mərkəzlərinin yaradılması və elektrik verilişi xətlərinin çəkilməsi üzrə tədbirlər həyata keçirilir
Son 17 ildə Azərbaycanda dövlət tərəfindən elektroenergetika sektorunda genişmiqyaslı işlər görülüb. Eyni zamanda, Prezident İlham Əliyevin ölkədə həyata keçirdiyi sosial siyasətin tərkib hissəsi olaraq əhalinin elektrik enerjisi ilə təminatının yaxşılaşdırılması istiqamətində qarşıya qoyulan tədbirlər proqramının icrası uğurla davam edir. Bu baxımdan, ölkəmizdə elektrik enerjisi sahəsində son illərdə həyata keçirilən layihələr, o cümlədən elektrik enerjisi təsərrüfatında infrastrukturun yenidən qurulması və müasirləşdirilməsi, yeni obyektlərin, o cümlədən yarımstansiyaların inşa edilməsi və istismara verilməsi, habelə istehlakçıların elektrik enerjisi ilə təmin olunması, elektrik enerjisi təchizatının daha da yaxşılaşdırılması istiqamətində innovativ tədbirlərin həyata keçirilməsi deyilənləri bir daha təsdiqləyir.
Əhalinin keyfiyyətli və fasiləsiz elektrik enerjisi ilə təmin olunması üçün regionlarda müvafiq tədbirlər görülür
Ölkəmizdə əhalinin fasiləsiz elektrik enerjisi ilə təminatı istiqamətində atılan addımlara regionlarda elektrik şəbəkələrinin xidməti ərazilərində təmir-bərpa və yenidənqurma işləri davam etdirilməsi, eləcə də bu sahə üzrə yeni stansiyaların istifadəyə verilməsi də daxildir.
Bu məqamda qeyd etmək yerinə düşər ki, “Azərişıq” ASC-nin Şimal-Qərb Regional Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) struktur tərkibinə daxil olan elektrik şəbəkələrinin xidməti ərazilərində abonentlərin keyfiyyətli və fasiləsiz elektrik enerjisi ilə təmin olunması üçün bölgələrdə təmir-bərpa və yenidənqurma işləri davam etdirilir.
Belə ki, cari ilin son aylarında Şimal-Qərb RETSİ-nin struktur tərkibinə daxil olan rayonun elektrik təchizatının yaxşılaşdırılması, abonentlərin dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təchiz olunması məqsədilə yeni 3 ədəd 35/10 kilovoltluq yarımstansiya tikilir, 35/10 kilovoltluq “Meysəri” yarımstansiyası isə yenidən tikilməkdədir. Həmçinin bir ədəd 110/6 kilovoltluq, 10 ədəd 35/10 kilovoltluq yarımstansiya RETSİ-nin daxili imkanlar hesabına yenidən qurulub. 110/35/10 kilovoltluq “Şıxlar”, 110/6 kilovoltluq “İpək Kombinatı” və 110/10 kilovoltluq “Qubaxəlilli” yarımstansiyalarında yenidənqurma işləri aparılıb. 110 kilovoltluq elektrik veriliş xətləri üzrə görülən işlər çərçivəsində 9 ədəd qəzalı dayaq bərpa edilib, 161 ədəd dayaq quraşdırılıb və 9 kilometr məsafədə yeni 35 kilovoltluq hava xətti çəkilib. 6-10 kilovoltluq elektrik veriliş xətləri üzrə görülən işlər çərçivəsində ümumilikdə 101,7 kilometr məsafədə təmir-bərpa və yenidənqurma işləri aparılıb. Aparılan təmir işləri zamanı 1166 ədəd 10 kilovoltluq dayaq quraşdırılıb, 67,5 kilometr naqil çəkilib.
Regionun yaşayış məntəqələrində aparılan yenidənqurma işləri çərçivəsində 6-10-0,4 kilovoltluq şəbəkə ÖİN-lə tam şəkildə təchiz edilib, bir sıra kəndlərdə yenidənqurma işləri aparılıb. 0,4 kilovoltluq elektrik veriliş xətləri üzrə görülən işlər çərçivəsində ümumilikdə Şimal-Qərb RETSİ-də 2163 ədəd dayaq quraşdırılıb, 84,1 kilometr ÖİN tipli kabel xətti çəkilib, 115,8 kilometr məsafədə təmir-bərpa işləri aparılıb, 6-10/0,4 kilovoltluq komplekt transformator məntəqələri (KTM) üzrə görülən işlər çərçivəsində ümumilikdə Şimal-Qərb RETSİ-də 6 ədəd yeni KTM quraşdırılıb, 201 ədəd KTM isə əsaslı təmir edilib.
Qeyd edək ki, həyata keçirilən layihələr və yenidənqurma işləri şəbəkələrin iqtisadi göstəricilərinə də müsbət təsir göstərib, 8 faiz itirilmiş enerji bərpa olunub. Onu da bildirək ki, Şimal Regional Enerji Təchizatı və Satışı İdarəsi, Quba Elektrik Şəbəkəsi, xüsusilə ucqar dağ kəndlərində istehlakçıların dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təmin olunması məqsədilə yeni güc mərkəzləri istifadəyə verir. Rustov ərazisini elektrik enerjisi ilə təchiz edən 10 kilovoltluq hava xəttinin uzunluğunun normadan artıq olması (68 km) Qamqam kəndi ərazisində 4 meqavaat gücündə olan yeni “Rustov” yarımstansiyası tikintini şərtləndirən əsas amillərdən olub. Bu yarımstansiyanın istismara verilməsi ilə mövcud 10 kilovoltluq Rustov hava xətti 3 hissəyə bölünərək, ümumilikdə 13 min sakinin elektrik enerjisi ilə təchizatını yaxşılaşdırıb.
Şamaxı rayonunun Çuxuryurd kəndində həyata keçirdiyi yenidənqurma işləri abonentlər tərəfindən məmnuniyyətlə qarşılanıb. “Azərişıq” ASC-dən bildirilib ki, köhnə transformator məntəqələri, yararsız kabellər, çürümüş ağac dayaqlar və sayğaclar yeniləri ilə əvəz olunub. Beş minədək sakini olan Çuxuryurd kəndində ilk dəfə 1966-cı ildə elektrik şəbəkəsi qurulub.
Xatırladaq ki, “Yeni kəndlər” layihəsi çərçivəsində “Azərişıq” ASC indiyədək ölkə üzrə 500-dən çox kənddə elektrik enerjisi sistemini tamamilə yenidən qurub.
“Azərişıq Qarabağda” layihəsi çərçivəsində təxirəsalınmaz tədbirlərin həyata keçirilməsinə başlanılıb
Məlum olduğu kimi, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilən ərazilərdə bütün sahələrdə, o cümlədən elektrik enerjisinin təminatı sahəsində də geniş miqyaslı işlər görülməkdədir.
Belə ki, Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Fərmanına uyğun olaraq “Azərişıq” ASC işğaldan azad edilmiş ərazilərdə xüsusi dövlət əhəmiyyətli binaların elektrik enerjisi ilə təchizatının təcili təmin olunması üçün “Azərişıq Qarabağda” layihəsi çərçivəsində təxirəsalınmaz tədbirlər həyata keçirir.
Bu barədə verilən məlumatda deyilir ki, hazırda “Azərişıq” ASC-nin əməkdaşları cəbhəboyu bölgələrdə düşmənin mülkü obyektləri hədəfə alması nəticəsində dəyən zərəri aradan qaldırır və bərpa işlərini gecə-gündüz operativ şəkildə yerinə yetirirlər. İşğaldan azad olunan ərazilərdə yeni güc mərkəzlərinin yaradılması, ən müasir texnologiyalardan, elektron tipli rele mühafizəsi və avtomatika sistemlərini, məsafədən dispetçer idarəetmə sistemini tətbiq etməklə 110, 35 və 0,4 kilovoltluq şəbəkələrin yaradılması, 35 kilovoltluq özünüdaşıyan izolə olunmuş naqillərdən (ÖİN) istifadə etməklə elektrik verilişi xətlərinin çəkilməsi üzrə layihələr hazırlanıb, həmin layihələrin mərhələli şəkildə həyata keçirilməsi nəzərdə tutulub. Lakin nəzərdə tutulan layihələr yerinə yetirilənədək işğaldan azad edilmiş ərazilərdə xüsusi əhəmiyyət kəsb edən dövlət əhəmiyyətli binaların müvəqqəti elektrik təchizatının təcili təmin olunması üçün “Azərişıq Qarabağda” layihəsi çərçivəsində təxirəsalınmaz tədbirlərin həyata keçirilməsinə başlanılıb.
Artıq Cəbrayıl şəhərində və Hadrut qəsəbəsində yerləşən xüsusi dövlət əhəmiyyətli binalar Horadiz yarımstansiyasından qidalanan yeni çəkilən elektrik veriliş xətti vasitəsilə elektrik enerjisi ilə təmin olunub. “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti Şuşadakı Gövhər ağa məscidini elektrik enerjisi ilə təchiz edib.
Qeyd edək ki, Azərbaycan Ordusunun işğaldan azad etdiyi ərazilərdə yararlı və yararsız bir çox enerji obyektləri mövcuddur ki, onlardan biri də Suqovuşanda yerləşən ümumi gücü 7,8 meqavaat olan “Suqovuşan-1” və “Suqovuşan-2” kiçik su elektrik stansiyalarıdır (KSES). Onlardan birinin gücü 4,8 meqavaat, digərinin gücü isə 3 meqavaatdır. “Azərenerji” ASC-dən bildirilib ki, erməni qəsbkarları bir çox sahələrdə olduğu kimi, bu KSES-lərə də zərər vurmağa, yararlı ehtiyat hissələrini söküb daşımağa, apara bilmədiklərini dağıtmağa macal tapsalar da, onların təmir və bərpa edilməsi mümkünsüz deyil. Belə ki, işğaldan azad edilən Suqovuşandakı su elektrik stansiyalarının maşın zalı, aqreqatları, generatorları, o cümlədən idarəetmə mərkəzinin binası, panellər, avadanlıqlar, yarımstansiyanın gərginlik və cərəyan transformatorları, açarlar, ayrıclar zədələnib və ya sıradan çıxıb.
Hazırda KSES-lərə dəymiş ziyan hesablanıb və bərpa edilməsi üçün layihələndirmə işləri həyata keçirilib. Layihəyə əsasən, işlər 3 ay müddətində həyata keçirilərək elektrik stansiyaları istismara veriləcək.
Qarabağ və ətraf regionların enerji üzrə dəqiq potensialının müəyyənləşdirilməsi üçün addımlar atılacaq
Yeri gəlmişkən qeyd edək ki, bu günlərdə Energetika naziri Pərviz Şahbazovun sədrliyi və nazirliyin aidiyyəti struktur bölmələri rəhbərlərinin iştirakı ilə Qarabağ və ətraf regionların hidroenerji, günəş, külək, bioenerji və geotermal enerji kimi bərpaolunan enerji mənbələrinin dəqiq potensialının hesablanması sahəsində görüləcək işlər və atılacaq addımlarla bağlı iclas keçirilib. Nazirlikdən bildirilib ki, iclasda işğaldan azad edilmiş ərazilərdə bərpaolunan enerji üzrə böyük potensiala malik olan rayonlar ayrı-ayrılıqda nəzərdən keçirilib, həmin rayonlarda külək və günəş enerjisi üzrə dəqiq potensialın müəyyən edilməsi üçün ölçü müşahidə stansiyalarının quraşdırılması, texniki imkanların və iqtisadi səmərəliliyin qiymətləndirilməsi üzrə görüləcək işlərə dair təkliflər səsləndirilib.
Bildirilib ki, ilkin olaraq Kəlbəcər, Laçın, Qubadlı, Zəngilan, Cəbrayıl, Füzuli rayonlarının ərazisində yüksək günəş enerjisi potensialına malik ümumi sahəsi 14 min 427 hektar olan 8 potensial ərazi seçilib. Daha sonra Kəlbəcər və Laçın rayonlarının külək enerjisi resursları nəzərdən keçirilib. Bildirilib ki, Qarabağın dağlıq ərazilərində külək enerjisinin potensialı 500 meqavatdan yüksək qiymətləndirilir.
Qeyd edək ki, Azərbaycanda 25 faiz yerli su ehtiyatlarının Qarabağda formalaşdığı nəzərə alınmaqla, Tərtər, Bazarçay, Həkəri kimi əsas çaylar və onların qollarından elektrik enerjisi istehsalı məqsədi ilə istifadə perspektivləri nəzərdən keçirilib. Bildirilib ki, Tərtər, Laçın və Kəlbəcər rayonlarının ərazisində yerləşən kiçik su elektrik stansiyalarında təmir-bərpa işlərinə başlamaq üçün hazırlıq işləri görülür.
Qaşqay RAMAZANOV
Xəbər lenti
Hamısına baxSosial
13 Noyabr 12:49
İqtisadiyyat
13 Noyabr 12:48
İqtisadiyyat
13 Noyabr 12:47
Hadisə
13 Noyabr 12:46
Sosial
13 Noyabr 12:41
Siyasət
13 Noyabr 12:40
MEDİA
13 Noyabr 12:39
Dünya
13 Noyabr 12:17
Siyasət
13 Noyabr 11:52
Siyasət
13 Noyabr 11:26
İqtisadiyyat
13 Noyabr 10:55
Mədəniyyət
13 Noyabr 10:55
Siyasət
13 Noyabr 10:32
MEDİA
13 Noyabr 10:15
Gündəm
13 Noyabr 10:13
Analitik
13 Noyabr 09:58
Ədəbiyyat
13 Noyabr 09:30
Analitik
13 Noyabr 09:14
Siyasət
13 Noyabr 09:05
Sosial
13 Noyabr 08:51
Sosial
13 Noyabr 08:23
YAP xəbərləri
12 Noyabr 23:15
Xəbər lenti
12 Noyabr 23:01
YAP xəbərləri
12 Noyabr 22:55
İqtisadiyyat
12 Noyabr 22:51
YAP xəbərləri
12 Noyabr 22:50
YAP xəbərləri
12 Noyabr 22:32
Hadisə
12 Noyabr 22:19
Dünya
12 Noyabr 21:57
YAP xəbərləri
12 Noyabr 21:38
YAP xəbərləri
12 Noyabr 21:16
YAP xəbərləri
12 Noyabr 20:40
Dünya
12 Noyabr 20:34
YAP xəbərləri
12 Noyabr 20:12
Dünya
12 Noyabr 19:54
YAP xəbərləri
12 Noyabr 19:30
Elm
12 Noyabr 19:22
YAP xəbərləri
12 Noyabr 18:22
YAP xəbərləri
12 Noyabr 17:52
YAP xəbərləri
12 Noyabr 17:48
YAP xəbərləri
12 Noyabr 16:36
YAP xəbərləri
12 Noyabr 16:19
YAP xəbərləri
12 Noyabr 15:44
YAP xəbərləri
12 Noyabr 15:31
YAP xəbərləri
12 Noyabr 15:29
YAP xəbərləri
12 Noyabr 15:24
YAP xəbərləri
12 Noyabr 15:17
Siyasət
12 Noyabr 14:57
YAP xəbərləri
12 Noyabr 14:56
Gündəm
12 Noyabr 14:52
YAP xəbərləri
12 Noyabr 14:23
Gündəm
12 Noyabr 14:01
YAP xəbərləri
12 Noyabr 14:01
Sosial
12 Noyabr 14:00
Gündəm
12 Noyabr 13:59
Gündəm
12 Noyabr 13:59
Sosial
12 Noyabr 13:58
Sosial
12 Noyabr 13:57
Gündəm
12 Noyabr 13:56
YAP xəbərləri
12 Noyabr 13:10
Gündəm
12 Noyabr 13:02
Gündəm
12 Noyabr 13:01
Sosial
12 Noyabr 12:47
YAP xəbərləri
12 Noyabr 12:42
Sosial
12 Noyabr 12:39
İqtisadiyyat
12 Noyabr 12:38
İqtisadiyyat
12 Noyabr 12:38
COP29
12 Noyabr 12:37
Hadisə
12 Noyabr 12:37
Gündəm
12 Noyabr 12:36

