/ / Leyla xanım Əliyeva: Ümidvaram ki, bu sərgi Azərbaycan incəsənətinin daha yaxşı öyrənilməsinə töhfəsini verəcək
Leyla xanım Əliyeva: Ümidvaram ki, bu sərgi Azərbaycan incəsənətinin daha yaxşı öyrənilməsinə töhfəsini verəcək
12.02.2013 [02:17]
Fevralın 10-da Londondakı “Christie`s” hərrac evində Heydər Əliyev Fondunun dəstəyi, hərrac evinin və “YARAT!” Müasir İncəsənət Məkanının birgə təşkilatçılığı ilə müasir incəsənət nümunələrinə xüsusi baxış və ziyafət gecəsi keçirilib.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın iştirak etdiyi gecədə Azərbaycanın və Böyük Britaniyanın nüfuzlu şəxsləri, parlament üzvləri, ictimai xadimlər, incəsənət adamları, dünyanın müxtəlif ölkələrindən gəlmiş qonaqlar var idi.
“Christie’s”in sədri Lord Linli mərasimi açaraq sərginin təşkilinə dəstəyə görə Heydər Əliyev Fonduna təşəkkürünü ifadə edib, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın və Fondun vitse-prezidenti Leyla Əliyevanın Azərbaycan incəsənətinin və mədəniyyətinin hərtərəfli təbliğində gördüyü işlərin əhəmiyyətini vurğulayıb.
Sonra Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyeva mərasimdə çıxış edərək deyib: “Hörmətli qonaqlar!
Əziz dostlar!
İlk növbədə, Londonda və “Christie`s”də qonaqpərvərliyə görə təşəkkürümü bildirmək istəyirəm.
“YARAT!” Müasir İncəsənət Məkanının sərgilərinə Londonda başladıq, sonra Parisdə, Berlində və bu həftə Moskvada təmsil olunduq. Bu, çox böyük nailiyyət idi və bu sərgini Romada keçirməyi planlaşdırırıq. Sərgi videomateriallar, rəngkarlıq nümunələri, rəsm əsərləri, heykəltəraşlıq və foto nümunələrini özündə birləşdirir. Ümid edirəm ki, bu sərgi Azərbaycan incəsənətinin daha yaxşı öyrənilməsinə töhfəsini verəcəkdir.
Sərgidə iştirak edən rəssamların çoxu, eyni zamanda, fəal təşkilatlarda da təmsil olunurlar. Həmin təşkilatlardan biri bu gün burada sərgisinə toplaşdığımız “YARAT!” Müasir İncəsənət Məkanıdır. Mən şəxsən bundan böyük qürur hissi keçirirəm və çox şadam ki, təşkilatın şöhrəti hər gün daha da artır. Təşkilat Azərbaycan rəssamlarını dəstəkləyir və onların tanınmasında, milli incəsənətimizi beynəlxalq səviyyədə təbliğində çox böyük işlər görmüşdür.
Mənim də sənətə böyük həvəsim vardır. Rəsm çəkməyi və incəsənət ilə maraqlanmağı çox sevirəm. Mən Londona gələndə Milli Qalereyanı ziyarət edirəm və bu, mənim ən çox sevdiyim məkanlardan biridir. London dünya incəsənətinin önəmli mərkəzlərindən sayılır. Çox şadam ki, biz bir çox layihələrimizə məhz bu şəhərdə başlamışıq. Məsələn, bir il bundan əvvəl beynəlxalq “Baku” jurnalının nəşrinə başladıq. Həmin jurnalda bir çox səhifələrimizi fərqli incəsənət layihələrinə, qarşıdan gələn incəsənət hadisələrinə həsr etmişdik. Biz dünyada məşhur olan rəssamlara, o cümlədən Corc Condoya, Tahir Salahova jurnalımızın səhifələrində geniş yer vermişik. İndiyədək jurnalımızın 6 nömrəsi çapdan çıxıb və ümid edirəm ki, bizim jurnal Azərbaycan incəsənətinin və ümumiyyətlə, ölkəmizin daha yaxşı öyrənilməsinə böyük töhfələr verəcəkdir.
Azərbaycan Qərb ilə Şərqin, qədimlik ilə müasirliyin qovuşduğu bir ölkədir. Azərbaycan mədəniyyətlərin, ənənələrin və dinlərin qovuşduğu nadir məkandır və bu, öz möcüzəsini yaradır. Biz bu gün incəsənət və yaradıcılığı qeyd etmək üçün buradayıq. Mən Lord Linliyə və “Christie`s”ə təşəkkür etmək istəyirəm ki, bu əlamətdar hadisəyə ev sahibliyi edirlər. Əminəm ki, bu əməkdaşlığın əhəmiyyəti böyükdür və o, daha da inkişaf edəcəkdir. Bilirəm ki, burada iştirak edənlərin çoxu Azərbaycanda olmuşlar. Ümid edirəm ki, ölkəmizi ziyarət etməkdən məmnun qalmısınız. Amma mən fürsətdən istifadə edib, hər birinizi Azərbaycanı təkrar ziyarət etməyə dəvət edirəm.
Çox sağ olun, hamınıza xoş gecə keçirməyi arzulayıram”.
* * *
Daha sonra “YARAT!” Müasir İncəsənət Məkanının rəhbəri Aida Mahmudova rəhbərlik etdiyi qurumun fəaliyyəti və məqsədi haqqında iştirakçılara məlumat verib. Qeyd edilib ki, “YARAT!” müasir Azərbaycan incəsənətinin və rəssamlarının həm yerli, həm beynəlxalq səviyyədə təbliğinə, tanıdılmasına xidmət edir. “YARAT!”, həm Azərbaycanda, həm də xaricdə qeyri-kommersiya xarakterli incəsənət fondları ilə dialoq və mübadilə aparmaqdadır. O, həmçinin təhsil təşəbbüsləri, eləcə də beynəlxalq incəsənət mükafatları təsis etmək məqsədi naminə də fəaliyyət göstərir.
Aida Mahmudova bildirib ki, 2012-ci ildə “YARAT!” “012 Bakı Public Art” festivalı da daxil olmaqla, iyirmidən artıq layihə həyata keçirib. Təşkilatın gələcək planları haqqında da məlumat verən A.Mahmudova London sərgisinə ev sahibliyi edən “Christie`s” və Lord Linliyə minnətdarlığını ifadə edib.
Daha sonra tədbirdə Azərbaycan incəsənəti və müasir Azərbaycan rəssamları Aida Mahmudova, Ramal Kazımov, Faiq Əhməd, Əli Həsənov, Fərid Rəsulov, Orxan Hüseynov, Niyaz Nəcəfov və başqaları haqqında məlumat verən videoçarx nümayiş etdirilib.
“Christie`s” hərrac evinin nümayəndəsi Dina Amin təmsil etdiyi qurum haqqında məlumat verib və bu mötəbər tədbirə ev sahibliyi etməkdən məmnun olduqlarını bildirib.
Daha sonra tanınmış azərbaycanlı skripkaçı Nəzrin Rəşidova Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərlərini ifa edərək qonaqlara xoş anlar yaşadıb.
Tədbirdə qonaqlara “YARAT!” Müasir İncəsənət Məkanının fəaliyyəti, ölkəmizin incəsənəti və müasir Azərbaycan rəssamları haqqında ətraflı məlumat verən disklər və jurnallar paylanılıb.
Xəbər lenti
Hamısına baxDünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42
Dünya
08 Noyabr 13:14
Siyasət
08 Noyabr 13:11
Dünya
08 Noyabr 12:48
Gündəm
08 Noyabr 12:16
Gündəm
08 Noyabr 12:15
Gündəm
08 Noyabr 12:12
Gündəm
08 Noyabr 11:42

