Xocalı faciəsi Azərbaycan İstiqlal Muzeyinin ekspozisiyasında
21.02.2013 [00:48]
Xocalı... Azərbaycanın qədim şəhərlərindən biri. Qədim Xocalı şəhəri Xocalıçay çayının sahilində yerləşir. Burada XVIII əsrin ortalarında divarlarının qalınlığı 2 metr, hündürlüyü 5-6 metr olan Əsgəran qalası tikilmişdir. Bu qala uzun müddət Qarabağ xanlığının mərkəzi Şuşaya can atan düşmənlərin yolunu kəsmişdir. Şuşaya gedən yolun kənarındakı Yuxarı Xanbağı deyilən yerdə vaxtilə bütün Qafqazda məşhur olan Tanrıverdi kişinin karvansarası yerləşirdi. Öz gözəl ənənələri və qonaqsevərliyi ilə seçilən bu karvansarada çayxana, musiqi salonu və dəlləkxana yerləşirdi. Xocalı şəhəri - Gədəbəy mədəniyyətinə aid edilən Xocalı qəbiristanlığı ilə də məşhurdur. Ərazisi ən qədim memarlıq və ilk mədəniyyət abidələri ilə zəngin olan bu şəhərdə türbə, dairəvi türbə, ətrafında son tunc və ilk dəmir dövrünə aid nekropol, kurqan solu və s. var. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Erməni silahlı qüvvələri tərəfindən işğal edilib.
1988-ci ildən başlamış Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi tarixində ən dəhşətli hadisələrdən biri Xocalıda baş vermiş soyqırımı oldu. Xocalı faciəsi 200 ilə yaxın bir müddətdə erməni şovinist-millətçiləri tərəfindən azərbaycanlılara qarşı müntəzəm olaraq həyata keçirilən etnik təmizləmə və soyqırımı siyasətinin davamı və ən qanlı səhifəsidir. Erməni təcavüzkarları tərəfindən Azərbaycan xalqına qarşı törədilən növbəti kütləvi qırğın 613 nəfərin, o cümlədən, 106 qadının, 83 uşağın, 70 qocanın həyatına son qoydu. 1275 dinc sakin girov götürüldü, 150 nəfərin taleyi isə hələ də məlum deyil. 25 azyaşlı hər iki valideynindən, 130-u isə valideynlərinin birindən məhrum olub. 7 ailə tamamilə məhv edildi. Soyqırımı zamanı 56 nəfər xüsusi qəddarlıqla öldürülmüş - diri-diri yandırılmış, başlarının dərisi soyulmuş, bədən əzaları və başları kəsilmiş, gözləri çıxarılmış, hətta meyitlər üzərində də təhqiramiz hərəkətlər edilmişdir. Düşməndən can qurtaranlar çöllərdə, yollarda şaxtadan donmuşdu.
Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Milli Məclisin 1994-cü il 24 fevral tarixli iclasında bu məsələ geniş müzakirə edilmiş, 26 fevral tarixi soyqırımı və matəm günü elan edilmişdir.
Eyni zamanda, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə “Xocalıya ədalət” beynəlxalq kampaniyası elan edilib. Kampaniyanın rəsmi internet saytı istifadəyə verilib və orada Xocalı faciəsi qurbanlarının siyahısı yerləşdirilib, Qarabağ müharibəsi haqqında geniş məlumat verilib. Kampaniya çərçivəsində dünyanın bir sıra ölkələrində müxtəlif tədbirlər keçirilib, Xocalı soyqırımını dünyaya çatdırmaq məqsədilə onlayn imzatoplama aksiyası keçirilir.
Hər il ölkəmizin və dünyanın bir çox təşkilatları kimi Azərbaycan İstiqlal Muzeyi də bu faciəni anır.
Müxtəlif illərdə Azərbaycan İstiqlal Muzeyində bu hadisəyə həsr olunmuş tədbirlərdə Azərbaycan Respublikası Rəssamlar İttifaqının heykəltəraşlıq bölməsinin sədri, idarə heyətinin üzvü, Dünya Rəssamlıq Akademiyasının həqiqi üzvü, Azərbaycan Respublikasının Xalq rəssamı Xanlar Əhmədovun qrafika və heykəltəraşlıq və İttifaqın digər üzvü Nazim Məmmədovun əsərlərindən ibarət fərdi sərgiləri, həmçinin müxtəlif fotoqrafların sərgiləri təşkil olunub.
Xocalı faciəsinə həsr olunmuş sərgi-tədbirlər arasında 2007-ci ildə muzeydə keçirilən tədbir də xüsusilə qeyd olunmalıdır. “Xocalı - qan yaddaşımız” adlı sərgi-tədbirdə Azərbaycan və Gürcüstan Rəssamlar İttifaqının üzvü rəssam-heykəltəraş Sabir Çopurovun bu mövzuya həsr olunmuş əsərləri nümayiş edilib. Onu da qeyd etmək lazımdır ki, Sabir Çopurov dünyada yeganə rəssamdır ki, öz əsərlərini neftlə çəkir və fırça əvəzinə barmaqlarından istifadə edir. Bəlkə də məhz ona görə onun əsərlərindəki kədər bu qədər təsirlidir.
Muzeyimiz öz fəaliyyətində gənclərin vətənpərvərlik ruhunda tərbiyəsinə xüsusi yer verdiyi üçün faciəni əsasən onların gözü ilə görməyə üstünlük verir. Bu baxımdan, 2008-ci ildə muzeydə keçirilən “1992-ci il fevral ayının 25-dən 26-na keçən gecə” adlı sərgi-tədbiri muzeyimiz Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının, 2011-ci ildə isə “Yaddaşın yolları” adlı sərgi-tədbiri Mədəniyyət və İncəsənət Universitetinin və Qərb Universitetinin tələbələri ilə birgə keçirib.
Bu tədbirlərdə muzeyin ekspozisiyasında Xocalı sakinləri tərəfindən muzeyə verilmiş qanlı faciəni əks etdirən nadir fotoşəkillər, kitablar və sənədlər nümayiş olunmaqla yanaşı, gələn qonaqlara mövzu ilə bağlı sənədli filmlər, slayd-şoular, gənclərin ifasında ədəbi-bədii kompozisiyalar göstərilib.
Nigar Qazızadə
Azərbaycan İstiqlal Muzeyinin elmi katibi
Xəbər lenti
Hamısına baxDünya
17 İyun 23:42
Dünya
17 İyun 23:35
Sosial
17 İyun 23:19
Dünya
17 İyun 22:56
Dünya
17 İyun 22:20
Dünya
17 İyun 22:09
Dünya
17 İyun 21:43
Dünya
17 İyun 21:32
Elm
17 İyun 21:18
Dünya
17 İyun 21:15
Elm
17 İyun 20:58
Dünya
17 İyun 20:25
Dünya
17 İyun 20:10
Elm
17 İyun 19:42
Dünya
17 İyun 19:30
Sosial
17 İyun 19:16
Siyasət
17 İyun 18:07
YAP xəbərləri
17 İyun 17:57
YAP xəbərləri
17 İyun 17:49
Siyasət
17 İyun 17:32
Siyasət
17 İyun 17:22
Siyasət
17 İyun 17:17
Gündəm
17 İyun 16:57
Elm
17 İyun 16:54
Dünya
17 İyun 16:54
Mədəniyyət
17 İyun 16:27
YAP xəbərləri
17 İyun 16:13
Gündəm
17 İyun 16:01
Sosial
17 İyun 16:00
Gündəm
17 İyun 15:56
Mədəniyyət
17 İyun 15:42
YAP xəbərləri
17 İyun 15:18
İdman
17 İyun 15:17
İqtisadiyyat
17 İyun 15:16
Gündəm
17 İyun 15:16
Elanlar
17 İyun 15:00
Siyasət
17 İyun 14:21
Sosial
17 İyun 13:54
Sosial
17 İyun 13:54
YAP xəbərləri
17 İyun 12:40
YAP xəbərləri
17 İyun 12:39
Mədəniyyət
17 İyun 12:38
Sosial
17 İyun 12:36
Siyasət
17 İyun 12:27
Sosial
17 İyun 12:19
Elm
17 İyun 11:58
Sosial
17 İyun 11:25
Sosial
17 İyun 11:24
Gündəm
17 İyun 10:51
Sosial
17 İyun 10:48
Sosial
17 İyun 10:48
Gündəm
17 İyun 10:35
Sosial
17 İyun 09:22
Sosial
17 İyun 08:49
Dünya
16 İyun 23:39
İdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35

