Təhsil birgə yaşamağı öyrənməyin mühüm vasitələrindən biridir
19.05.2015 [09:40]
Üçüncü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində “Təhsil vasitəsi ilə birgə yaşamağı öyrənmək: siyasətdən təcrübəyə” mövzusunda seminar keçirilib.
Seminarın moderatoru Suzan Vize UNESCO-da Asiya Sakit Okean regional təhsil bürosunda fənlərarası layihə həyata keçirdiklərini söyləyib. Bildirilib ki, tədqiqat layihəsi Asiya Sakit Okean regionunun on ölkəsini əhatə edir. Təhsilin çox önəmli bir məsələ olduğunu vurğulayan S.Vize deyib ki, UNESCO müxtəlif sahələri bir araya gətirmək üçün çox önəmli vasitədir. Biz, eyni zamanda, sosial elmlər, kommunikasiya, mədəniyyət məsələlərini nəzərə alaraq bu layihədə iştirak edirik. Seminar iştirakçıları bu tədqiqatın ayrı-ayrı ölkələrdə tətbiqi barədə məruzə ilə çıxış edəcəklər. 2012-ci ildə həyata keçirilən tədqiqat zamanı bu ölkələrin təhsil prosesi öyrənilib.
Elmi tədqiqatçı Alienor Salman bu tədqiqatın əsas nəticələri barədə məlumat verərək deyib: Burada təhsilin dörd əsas pilləsi mövcuddur. Hesab edirik ki, təhsil münaqişələrin həllində, tolerantlığın təşviq edilməsində bizə kömək edə bilər. Bir yerdə yaşamağı öyrətmək çox önəmlidir. A.Salman qeyd edib ki, burada milli siyasət çərçivələri, kurikulum, müəllimlərin və şagirdlərin qiymətləndirilməsi məsələlərinə diqqət yetirilir.
Seminarda iştirakından məmnunluğunu bildirən Koreyada yerləşən Asiya Sakit Okean Beynəlxalq Anlaşma naminə Təhsil Mərkəzinin idarə heyətinin sədri Kindonq Bae bu tədqiqatın Koreyada da keçirildiyini söyləyib. Qeyd edilib ki, tədqiqatda təhsildə müxtəliflik və tolerantlıq məsələləri işıqlandırılıb.
SEAMEO təşkilatının əməkdaşı Elaissa Mendoza bir yerdə yaşamağı öyrətmək təhsilinin Filippin təcrübəsi barədə danışıb. Filippin konstitusiyasında, təhsil haqqında qanununda tələbələrin birgə yaşamaq bacarıqlarına yiyələnməsi üçün müvafiq müddəalar olduğunu bildirib. Qeyd edib ki, Filippin təhsil sistemində səmərəli müəllim tələbələrin müxtəlifliyinə hörmət edir və müvafiq metodlardan istifadə etmək bacarığına malikdir. Filippində birgə yaşamaq təhsili onun tarixi və müasir vəziyyəti ilə sıx bağlıdır.
Norveç Aviasiya Komitəsinin direktoru Terye Maqnusson Vatterdal Əfqanıstanın təhsil sistemi və buradakı mövcud problemlərdən söz açaraq bildirib ki, bu ölkədə qızların təhsili çox böyük problemdir. Təhsildə iştirakın vacib olduğunu söyləyən T.M.Vatterdal hazırda Əfqanıstanda ümumilikdə doqquz milyon şagirdin 40 faizini qızların təşkil etdiyini söyləyib.
“NIST” beynəlxalq məktəbin təlim rəhbəri Culian Edvards çalışdığı məktəbin təhsil sisteminin müstəqil olduğunu bildirib. Təhsil müəssisəsinin qeyri-kommersiya məktəbi olduğunu söyləyən C.Edvards ölkənin təhsil sistemi, həyata keçirilən islahatlar və kurikuluma keçid və onun əhəmiyyəti barədə danışıb.
Seminarda Azərbaycan Respublikası təhsil nazirinin müavini Firidun Qurbanov deyib ki, mədəniyyətlərarası dialoq üzrə forum mədəniyyət vasitəsi ilə dünya ölkələrini bir araya gətirir. Ölkəmizdə milli və ümumbəşəri dəyərlərin insan hüquqları və azadlıqlarının, tolerantlıq və dözümlülüyün prioritet kimi qəbul olunması təhsil sahəsində dövlət siyasətinin əsas prinsipi kimi müəyyənləşdirilib. Azərbaycan dövləti irqindən, dilindən, dinindən, milliyyətindən asılı olmayaraq, hər bir vətəndaşa təhsil almaq imkanı yaradılmasına təminat verir. Bildirib ki, ölkəmizdə tarix boyu etnik və dini azlıqlar sərbəst yaşayıb və heç bir təzyiqə məruz qalmayıb. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən ölkəmizin ümumtəhsil məktəblərində tədris Azərbaycan dili ilə yanaşı, rus və gürcü dillərində də aparılır.
“Əminəm ki, bugünkü Forum mədəniyyətlərarası dialoq sahəsində problemlərin müzakirəsi və müxtəlif ölkələrdən gəlmiş mütəxəssislər arasında fikir mübadiləsi üçün geniş imkan açacaq. Mədəni müxtəliflik bir dəyərdir və bu dəyəri qoruyub saxlamaq, inkişaf etdirmək lazımdır. Mədəniyyətlər daim təmasda olmalı, bir-biri ilə əlaqədə olaraq daim zənginləşməlidir” -deyə F.Qurbanov vurğulayıb.
Sonra mövzu ətrafında fikir mübadiləsi aparılıb.
Xəbər lenti
Hamısına baxDünya
20 Aprel 23:51
Dünya
20 Aprel 23:45
Dünya
20 Aprel 23:20
Xəbər lenti
20 Aprel 22:41
İqtisadiyyat
20 Aprel 22:30
Dünya
20 Aprel 22:17
Dünya
20 Aprel 21:59
İqtisadiyyat
20 Aprel 21:24
Dünya
20 Aprel 21:10
Elm
20 Aprel 20:46
Dünya
20 Aprel 20:35
Sosial
20 Aprel 20:18
Dünya
20 Aprel 19:50
İqtisadiyyat
20 Aprel 19:30
Sosial
20 Aprel 19:22
Sosial
20 Aprel 18:00
İqtisadiyyat
20 Aprel 17:59
Gündəm
20 Aprel 17:58
Dünya
20 Aprel 16:28
Siyasət
20 Aprel 15:46
Dünya
20 Aprel 15:34
Elanlar
20 Aprel 15:23
İqtisadiyyat
20 Aprel 15:22
İdman
20 Aprel 14:35
Elm
20 Aprel 14:31
Siyasət
20 Aprel 13:53
Dünya
20 Aprel 13:20
Sosial
20 Aprel 13:10
Xəbər lenti
20 Aprel 12:40
Dünya
20 Aprel 12:39
Sosial
20 Aprel 12:36
Siyasət
20 Aprel 12:32
Hadisə
20 Aprel 12:11
Sosial
20 Aprel 11:58
İqtisadiyyat
20 Aprel 11:21
İqtisadiyyat
20 Aprel 11:21
Xəbər lenti
20 Aprel 11:02
Gündəm
20 Aprel 10:56
Dünya
20 Aprel 10:45
İqtisadiyyat
20 Aprel 10:26
Dünya
20 Aprel 10:19
Dünya
20 Aprel 09:51
Dünya
20 Aprel 09:17
Gündəm
20 Aprel 09:08
Dünya
20 Aprel 08:49
Dünya
20 Aprel 08:23
Dünya
20 Aprel 08:20
Dünya
20 Aprel 07:57
Elm
19 Aprel 23:18
Dünya
19 Aprel 22:35
Dünya
19 Aprel 21:20
Hadisə
19 Aprel 20:33
Hadisə
19 Aprel 19:15
Siyasət
19 Aprel 19:11
Sosial
19 Aprel 19:09
Sosial
19 Aprel 18:27
Dünya
19 Aprel 17:24
Gündəm
19 Aprel 16:53
Maraqlı
19 Aprel 16:39
Analitik
19 Aprel 14:32
Dünya
19 Aprel 14:25
Dünya
19 Aprel 13:41
Dünya
19 Aprel 12:38
Siyasət
19 Aprel 11:24
Dünya
19 Aprel 11:06
Dünya
19 Aprel 10:50
Dünya
19 Aprel 10:17
Siyasət
19 Aprel 09:45
Dünya
19 Aprel 09:22
Dünya
19 Aprel 08:51

