Milli Məclisin iclasında...
30.11.2024 [09:06]
15 qanun layihəsi qəbul edilib
Noyabrın 29-da Milli Məclisin növbəti iclası keçirilib. İclasın gündəliyinə 15 məsələ daxil edilib.
Əvvəlcə “Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında 2017-ci il 14 sentyabr tarixli Sazişə İkinci Qoşma”nın qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə qanun layihəsi qəbul olunub.
“Azərbaycan Respublikası Hökuməti ilə Səudiyyə Ərəbistanı Krallığı Hökuməti arasında diplomatik, xüsusi və xidməti pasport sahiblərinin qısamüddətli vizadan qarşılıqlı azad edilməsi haqqında Anlaşma Memorandumu”nun təsdiq edilməsi barədə məsələnin müzakirəsi zamanı isə bildirilib ki, sənəd bu il sentyabrın 27-də Nyu-York şəhərində imzalanıb. Sənədə əsasən Azərbaycanın və Səudiyyə Ərəbistanı Krallığının diplomatik, xüsusi və xidməti pasport sahibləri qısamüddətli vizadan azad ediləcək. Bu Memorandum dövlətlər arasında dostluq və əməkdaşlıq münasibətlərinin daha da inkişaf etdirilməsi üçün hər iki dövlətin vətəndaşlarının qarşılıqlılıq prinsipinə uyğun olaraq gediş-gəliş prosesinin asanlaşdırılması məqsədinə xidmət edir.
Sənədə əsasən, hər iki dövlətin vətəndaşları diplomatik, xüsusi və xidməti pasportları təqdim etməklə 180 gün ərzində 90 gündən çox olmayaraq digər dövlətin ərazisinə vizasız daxil ola bilərlər. Bu müddətdən artıq qalmaq niyyətində olan şəxslər isə müvafiq qaydada viza və ya yaşayış hüququ verən sənəd almalıdırlar. Qeyd olunan müddəalar Həcc və ya Ümrə ziyarəti məqsədilə Səudiyyə Ərəbistanı Krallığına gedən Azərbaycan vətəndaşlarına şamil edilmir.
Sonra “Azərbaycan Respublikası Hökuməti ilə İndoneziya Respublikası Hökuməti arasında diplomatik və xidməti pasportların sahiblərinin vizadan azad edilməsi haqqında Saziş” təsdiq olunub. Bu sazişə əsasən iki ölkənin diplomatik, xidməti pasport sahibləri vizadan azad ediləcək.
İclasda həmçinin “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Qanuna təklif edilən dəyişikliklər birinci oxunuşda qəbul olunub. Bildirilib ki, “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Qanunun icrası ilə əlaqədar Enerji Effektivliyi Fondu yaradılıb. Bu qanun layihəsi də Fondun vəsaitlərinin formalaşma mənbələrinin genişləndirilməsi və ondan istifadə istiqamətlərinin təkmilləşdirilməsi məqsədilə hazırlanıb. Nəticədə enerji effektivliyi üzrə tədbirlərin həyata keçirilməsi, həmçinin bərpaolunan enerji mənbələrindən istifadə üçün daha əlverişli şəraitin yaradılması, müvafiq sahənin dəstəklənməsi, təsərrüfat subyektlərinin fəaliyyəti nəticəsində ətraf mühitə mənfi təsirin qarşısının alınması kimi məsələlərin maliyyə təminatı bu vəsaitlər hesabına artacaq. Layihədə yalnız tarifləri tənzimlənən enerji növlərinin deyil, eyni zamanda, qiymətləri tənzimlənməyən enerji növlərinin satışından ayrılan vəsaitin də Enerji Effektivliyi Fonduna köçürülməsinin hüquqi əsasları təsbit olunub.
Bundan başqa, “Məişət zorakılığının qarşısının alınması haqqında” qanunda dəyişikliklər ikinci oxunuşda müzakirəyə çıxarılıb. Muzakirələr zamanı Nigar Məmmədova bildirib ki, həssas əhali qruplarına qayğı dövlət siyasətinin prioritetini təşkil edir. Bu prosesə dəstək olaraq, Heydər Əliyev Fondu tərəfindən də uğurlu layihələr həyata keçirilir ki, bu da həssas təbəqənin sosial müdafiəsini daha da gücləndirir. Onun sözlərinə görə, qanunvericiliyin mütəmadi olaraq təkmilləşdirilməsi, aidiyyəti qurumların reallaşdırdığı layihələr zərərçəkən şəxslərin hüquqlarının qorunmasını təmin etsə də, daha effektiv nəticələr əldə olunması üçün bəzi məsələlər hələ də müzakirə olunmalıdır: “Bu, ölkədə psixoloqların hazırlıq səviyyəsini yenidən nəzərdən keçirməyi tələb edir. İlk növbədə, prosesə peşəkar psixoloqlar cəlb olunmalıdır. Psixoloqların aldıqları təhsil ilə təqdim etdiyi xidmətə ciddi nəzarət edilməlidir. Məktəb, uşaq psixoloqunun ailə problemlərinin həllində fəaliyyət göstərməsi yolverilməzdir və ya məişət zorakılığına məruz qalan keçid dövründə olan uşaqla da metodika fərqlidir. Bu kimi fəaliyyət, həmçinin, peşə etikasının pozulması da deməkdir. Psixoloqlar özlərini daim təkmilləşdirməli, mütəmadi qaydada superviziyaya cəlb olunmalı, beynəlxalq yanaşmaları mənimsəməlidirlər. Yəni, psixoloqlar hərtərəfli inkişaf etmiş mütəxəssislər olmalıdırlar ki, düzgün yanaşma tətbiq etsinlər”.
N.Məmmədova əlavə edib ki, məişət zorakılığına məruz qalan şəxslərin cəmiyyətə inteqrasiyası olduqca vacibdir: “Burada psixoloqlar multidisiplinar komanda şəklində çalışa bilər, eyni zamanda sosioloq, defektoloq dəstəyi təşkil oluna bilər. Burada həm zorakılığa məruz qalan şəxslərin cəmiyyətə inteqrasiyasına, həm də hadisəni törədənlərin reabilitasiyasına nail olmalıyıq. Əks halda, aparılan prosesdən pozitiv nəticə ala bilməyəcəyik”.
Spiker Sahibə Qafarova isə bildirib ki, Nigar Məmmədova çox vacib məsələlər qaldırıb, MM-in müvafiq komitələri bununla bağlı birgə dinləmə də keçirə bilər.
Parlamentin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov isə qeyd edib ki, bir neçə il əvvəl “Psixoloji yardım haqqında” qanun qəbul edilib və qaldırılan məsələlərin bir çoxu orada əksini tapıb. Spiker Sahibə Qafarova isə əlavə edib ki, qanunda əksini tapsa da, bu gün qaldırılan problemlərə cəmiyyətdə rast gəlinir: “Elə həmin qanuna əsaslanaraq, ictimai dinləmənin keçirilməsinin çox böyük önəmi var”.
Millət vəkilləri Miqrasiya Məcələsində də dəyişiklikləri ikinci oxunuşda qəbul ediblər.
İclasda, eləcə də Cinayət Məcəlləsində və İnzibati Xətalar Məcəlləsində, “Heyvanlar aləmi haqqında”, “Ətraf mühitin mühafizəsi haqqında” və “Yaşıllıqların mühafizəsi haqqında” və gündəlikdə olan digər qanunlardakı dəyişikliklər üçüncü oxunuşda qəbul olunub.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
28 Aprel 23:25
Dünya
28 Aprel 23:10
Sosial
28 Aprel 22:41
Dünya
28 Aprel 22:19
İqtisadiyyat
28 Aprel 22:10
Dünya
28 Aprel 21:50
Sosial
28 Aprel 21:24
Dünya
28 Aprel 21:09
Elm
28 Aprel 20:43
YAP xəbərləri
28 Aprel 20:31
Dünya
28 Aprel 20:17
YAP xəbərləri
28 Aprel 19:59
Dünya
28 Aprel 19:55
YAP xəbərləri
28 Aprel 19:32
Diaspor
28 Aprel 19:21
YAP xəbərləri
28 Aprel 18:59
YAP xəbərləri
28 Aprel 18:30
Dünya
28 Aprel 18:12
Sosial
28 Aprel 17:20
Mədəniyyət
28 Aprel 17:20
Müsahibə
28 Aprel 17:19
Sosial
28 Aprel 17:18
Elanlar
28 Aprel 17:17
Dünya
28 Aprel 17:06
Xəbər lenti
28 Aprel 17:05
YAP xəbərləri
28 Aprel 16:19
Xəbər lenti
28 Aprel 16:14
Elm
28 Aprel 16:12
İqtisadiyyat
28 Aprel 16:11
Dünya
28 Aprel 15:40
Gündəm
28 Aprel 14:31
Sosial
28 Aprel 14:29
YAP xəbərləri
28 Aprel 14:14
Siyasət
28 Aprel 14:08
Sosial
28 Aprel 14:07
Gündəm
28 Aprel 14:06
Elm
28 Aprel 13:41
Elm
28 Aprel 13:09
Sosial
28 Aprel 12:45
Sosial
28 Aprel 12:43
Sosial
28 Aprel 12:40
Sosial
28 Aprel 12:37
Gündəm
28 Aprel 12:35
Sosial
28 Aprel 12:34
Hadisə
28 Aprel 12:33
İqtisadiyyat
28 Aprel 12:26
YAP xəbərləri
28 Aprel 12:11
Gündəm
28 Aprel 11:59
Elm
28 Aprel 11:57
İdman
28 Aprel 11:57
Sosial
28 Aprel 11:56
Gündəm
28 Aprel 11:30
Siyasət
28 Aprel 11:17
Gündəm
28 Aprel 10:55
Siyasət
28 Aprel 10:39
YAP xəbərləri
28 Aprel 10:29
YAP xəbərləri
28 Aprel 10:22
Siyasət
28 Aprel 10:21
Gündəm
28 Aprel 10:14
Siyasət
28 Aprel 09:58
Ədəbiyyat
28 Aprel 09:30
Analitik
28 Aprel 09:14
Sosial
28 Aprel 08:51
Siyasət
28 Aprel 08:35
Sosial
28 Aprel 08:18
Dünya
27 Aprel 23:35
Elm
27 Aprel 23:11
Turizm
27 Aprel 22:47
Dünya
27 Aprel 22:39
Dünya
27 Aprel 22:14

