ATƏT PA Azay Quliyevin müəllifi olduğu qətnaməni qəbul etdi
08.07.2015 [09:50]
Dünən Finlandiyanın paytaxtı Helsinkidə ATƏT PA-nın 24-cü illik yay sessiyasında ATƏT PA-nın Siyasi Məsələr və Təhlükəsizlik Komitəsinin sədr müavini, millət vəkili Azay Quliyevin müəllifi olduğu “ATƏT regionundakı dövlətlərarası münasibətlərdə Helsinki prinsiplərinə sadiqlik” adlı qətnamə qəbul olunub.
Trend-in məlumatına görə, 19 maddədən ibarət olan qətnamədə Azərbaycan, Gürcüstan, Moldova və Ukraynada mövcud münaqişələrdən ciddi narahatlıq və bu münaqişələrin yalnız beynəlxalq hüququn norma və prinsipləri, xüsusuilədə həmin dövlətlərin ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin dəyişilməzliyi prinsipləri əsasında həll edilməsinin vacibliyi vurğulanır. Qətnamənin maddələrində münaqişə tərəflərinin BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin yerinə yetirmələrinin zəruriliyi, Azərbaycan, Gürcüstan, Moldova və Ukraynada münaqişələr nəticəsində məcburi köçkün düşmüş əhalinin evlərinə qeyd-şərtsiz qaytarılmaları qeyd edilir.
Qətnamədə beynəlxalq humanitar hüququn və insan haqlarının ciddi şəkildə pozulmalarına qəti etiraz edilərək, dövlətlərin cəzasızlığına son qoyulması və bu pozuntuların qarşısının alınması, bu cür halların təkrar baş verməsindən yayınmaq və davamlı sülh, ədalət və barışın əldə edilməsi üçün müharibə cinayətləri, soyqırım, insanlıq əleyhinə olan cinayətlər törədən şəxslərin müəyyən edilərək mühakimə olunmaları tələbi irəli sürülür. Həmçinin qətnamədə hər bir dövlətin sərhədlərinin, ərazi bütövlüyünün toxunulmazlığı və ərazilərin güc yolu ilə qəsb olunmasının qəbuledilməzliyi bildirilir.
A.Quliyevin müəllifi olduğu qətnamənin ən əhəmiyyətli maddələrindən biri də odur ki, sənəddə xalqların öz müqəddəratının təyinetmə hüququnun dövlətlərin ərazi bütövlüyünün pozulması hesabına və ya suverenliyinin, siyasi müstəqilliyinin əleyhinə olaraq həyata keçirilməsi yolverilməz hesab edilir.
ATƏT Parlament Assamblyeası bu qətnaməni qəbul etməklə ilk dəfə olaraq Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini və sərhədlərinin toxunulmazlığını açıq və bir mənalı olaraq müdafiə etmiş oldu.
Qətnamənin Helsinki Yekun Aktının qəbul olunmasının 40 illik yubileyinin təntənəli şəkildə qeyd olunduğu ATƏT PA-nın Helsinkidəki illik sessiyasında qəbul edilməsi bu sənədin siyasi önəmini daha da artırır.
Xəbər lenti
Hamısına baxGündəm
18 May 17:13
Sosial
18 May 16:11
Siyasət
18 May 16:09
İqtisadiyyat
18 May 16:07
Elm
18 May 15:58
Sosial
18 May 15:41
Gündəm
18 May 15:40
YAP xəbərləri
18 May 14:53
Sosial
18 May 14:19
Siyasət
18 May 14:16
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:06
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Dünya
18 May 13:25
Sosial
18 May 13:14
Gündəm
18 May 13:07
Sosial
18 May 12:30
Elanlar
18 May 12:17
Xəbər lenti
18 May 11:56
Xəbər lenti
18 May 11:22
Siyasət
18 May 11:20
Sosial
18 May 10:51
Dünya
18 May 10:43
Mədəniyyət
18 May 10:34
Siyasət
18 May 10:19
Dünya
18 May 09:54
Dünya
18 May 09:21
Siyasət
18 May 08:37
Siyasət
17 May 23:17
Siyasət
17 May 22:31
İqtisadiyyat
17 May 21:20
Siyasət
17 May 20:49
Xəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Siyasət
17 May 19:48
Dünya
17 May 19:36
Gündəm
17 May 18:58
Sosial
17 May 18:42
Siyasət
17 May 18:37
Gündəm
17 May 18:35
Dünya
17 May 18:17
Gündəm
17 May 17:59
Siyasət
17 May 17:39
Siyasət
17 May 17:36
Dünya
17 May 17:31
Siyasət
17 May 16:39
Siyasət
17 May 16:38
Dünya
17 May 16:25
Siyasət
17 May 15:55
Dünya
17 May 15:38
Siyasət
17 May 15:29
Dünya
17 May 14:19
Siyasət
17 May 14:17
Siyasət
17 May 13:38
Sosial
17 May 13:25
Gündəm
17 May 12:55
Gündəm
17 May 12:45
Dünya
17 May 12:40
Dünya
17 May 12:19

