/ / Akif Əlizadə: Naxçıvanda elmin inkişafına göstərilən qayğı dəyərli elmi nəticələrin əldə olunmasına şərait yaradır
Akif Əlizadə: Naxçıvanda elmin inkişafına göstərilən qayğı dəyərli elmi nəticələrin əldə olunmasına şərait yaradır
09.07.2015 [09:39]
“Naxçıvan Muxtar Respublikasında elmin inkişafına göstərilən qayğı dəyərli elmi nəticələrin əldə olunmasına şərait yaradır. Bu diqqət və qayğı elektron elmin inkişafında da özünü göstərir. Bu gün elektron elmin tətbiqi inkişaf etmiş dünya ölkələrində prioritet məsələlərdən biridir. Naxçıvanda bu məsələ artıq öz həllini yüksək səviyyədə tapıb”.
Bu sözləri “Elektron Naxçıvan-10: təhsil prosesinin təkmilləşdirilməsində informasiya-kommunikasiya texnologiyalarının rolu” mövzusunda iyunun 7-də Naxçıvanda keçirilən beynəlxalq konfransdan sonra AZƏRTAC-a müsahibəsində Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Akif Əlizadə deyib.
Akademik bildirib ki, Naxçıvanda keçirilən beynəlxalq konfransda Azərbaycanın elmi institutları və ali təhsil müəssisələri, Türkiyənin Atatürk, Estoniyanın Tallin, İngiltərənin Vorvik universitetləri ilə videobağlantıların yaradılması, virtual şəraitdə görüşlərin keçirilməsi, elmi diskussiyaların aparılması muxtar respublikada bu sahədə çox böyük nailiyyətlərin əldə olunduğunu göstərir. Bunlar insanda xoş təəssüratlar yaradır və Naxçıvanda bu istiqamətdə görülən işlərlə ancaq fəxr etmək olar. Akif Əlizadə qədim diyarda əldə edilən nəticələrin Azərbaycanın digər regionları ilə müqayisəedilməz dərəcədə yüksək olduğunu xüsusi vurğulayıb.
“Biz Naxçıvanda bölmənin müxtəlif institutlarını gəzdik, onların fəaliyyəti ilə yaxından tanış olduq. Yaradılan şərait qəlbimizi qürur hissi ilə doldurdu. Qeyd edim ki, buradakı bir neçə institutun fəaliyyəti xüsusilə diqqətəlayiqdir. Naxçıvanda dərman bitkilərinin istehsalata yönəldilməsi istiqamətində böyük nailiyyətlərin əldə edilməsi bizi xüsusilə sevindirdi”, - deyən Akif Əlizadə bildirib ki, bu gün AMEA Naxçıvan Bölməsinin elmi-tədqiqat institutlarının əməkdaşları da, sözün həqiqi mənasında, uğurlu nəticələr əldə edirlər.
İyulun 6-da keçirilən AMEA Rəyasət Heyətinin iclasından öncə maraqlı bir sərginin tamaşaçısı olduqlarını da qeyd edən AMEA-nın prezidenti vurğulayıb ki, bu sərgi bir daha naxçıvanlı alimlər tərəfindən elmi nəticələrin istehsalata tətbiqi səviyyəsinin yüksək olduğunu sübuta yetirdi. Reallıq budur ki, Naxçıvanın elm adamları elmi nəticələrin istehsalata tətbiqi kimi mürəkkəb, çətin bir prosesin öhdəsindən yüksək peşəkarlıqla gələ biliblər. Bu gün AMEA-da elmi-tədqiqat institutları üçün innovasiya şöbəsi yaradılıb. Bu şöbə həmin institutların işini stimullaşdırmağa, əldə olunan nəticələrin dəstəklənməsinə kömək edir, elm sahəsində qazanılan nəticələrin istehsalata tətbiqinə yardımçı olur. Biz həmin şöbənin AMEA Naxçıvan Bölməsinin institutlarına da dəstək olması üçün nə lazımdırsa, edəcəyik.
AMEA-nın prezidenti deyib: “Bu gün Naxçıvanda elm sahəsində yüksək inkişaf tempinə nail olunub. Əldə edilən nəticələr elmi kadrların daha həvəslə fəaliyyətinə şərait yaradıb. Naxçıvanda elmə kadr-elm yanaşması var. AMEA Naxçıvan Bölməsinə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin yüksək səviyyədə diqqət və qayğısı tam əminlik yaradır ki, muxtar respublikada elm sahəsində son illərdə qazanılmış uğurlar və nailiyyətlərin sayı gündən-günə artacaqdır. Ona görə də mən Naxçıvandan elmin inkişafı ilə bağlı nikbin əhval-ruhiyyə ilə ayrılıram. İnanıram ki, gələn səfərimizdə yeni-yeni nailiyyətlərin şahidi olacağıq”.
Xəbər lenti
Hamısına baxElm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50
Sosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02
YAP xəbərləri
09 İyul 11:45
İqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50
Dünya
09 İyul 10:41
Siyasət
09 İyul 10:39
Dünya
09 İyul 10:17
İqtisadiyyat
09 İyul 10:08
Dünya
09 İyul 09:52
Analitik
09 İyul 09:50
Analitik
09 İyul 09:42
Ədəbiyyat
09 İyul 09:36
Ədəbiyyat
09 İyul 09:29
Dünya
09 İyul 09:20
Dünya
09 İyul 08:43
Dünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05
Sosial
08 İyul 16:01
Gündəm
08 İyul 15:23
Mədəniyyət
08 İyul 15:18
Dünya
08 İyul 15:18
YAP xəbərləri
08 İyul 15:17
Hərbi
08 İyul 15:03
Dünya
08 İyul 14:58
Dünya
08 İyul 14:20
Dünya
08 İyul 14:04
Sosial
08 İyul 13:58
Siyasət
08 İyul 13:42
Dünya
08 İyul 13:32
Dünya
08 İyul 13:09
Sosial
08 İyul 13:04
Sosial
08 İyul 13:03
İqtisadiyyat
08 İyul 13:02
İqtisadiyyat
08 İyul 12:41
YAP xəbərləri
08 İyul 12:23
İqtisadiyyat
08 İyul 12:19
İqtisadiyyat
08 İyul 12:05
Gündəm
08 İyul 11:53
İqtisadiyyat
08 İyul 11:50
Siyasət
08 İyul 11:45
Siyasət
08 İyul 11:25

