Fransanın Elzas regionu Şurasında Azərbaycan nümayəndə heyəti ilə görüş keçirilib
09.09.2015 [10:17]
Fransanın Elzas regionu Şurasında Azərbaycan nümayəndə heyəti ilə görüş keçirilib.
Azərbaycanda və Fransanın Reyn bölgəsində fəaliyyət göstərən dini icmaların rəhbər vəzifəli şəxslərinin, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının, həmçinin Elzas regionu Şurasının rəhbərliyində təmsil olunan şəxslərin iştirakı ilə keçirilən görüşdə məhsuldar müzakirələr aparılıb.
Regional Şuranın məsləhətçisi Katrin Zuberin moderatorluğu ilə keçirilən görüşdə hər iki ölkədəki dini, milli tolerantlıq məsələləri haqqında məlumat verilib.
Fransanı təmsil edən icma rəhbərləri çıxışlarında Azərbaycandakı tolerant mühitə, multikulturalizm dəyərlərinə dövlətin göstərdiyi həssas münasibət, həmçinin Azərbaycanın bu sahədə yaratdığı model barədə məlumatlı olduqlarını vurğulayıblar. Onlardan bəziləri ölkəmizdə olduqlarını, müxtəlif tədbirlərdə iştirak etdiklərini, bilavasitə konfessiyaların nümayəndələri ilə təmasda olduqlarını qeyd ediblər. Bildiriblər ki, Azərbaycan dövlətinin, xalqının bu sahədəki nailiyyətləri və təcrübəsi nümunəvidir, digər dövlətlər də bu təcrübədən faydalanmalıdırlar.
Görüşdə çıxış edən Mübariz Qurbanlı başqa millətlərə və dinlərə belə münasibətin Azərbaycanda əsrlərlə yaşadılan bir dəyər olduğunu deyib. O, Azərbaycan dövlətinin və Prezident İlham Əliyevin həmişə bu tarixi ənənəyə sadiq qaldığını, əcdadlarımızın mirası olan bu xüsusiyyətin qorunub saxlanılmasına hər zaman dəstək göstərdiyini bildirib. Komitə sədri bu dəyərlərin dünyada təbliğində Heydər Əliyev Fondunun mühüm xidmətlər göstərdiyini də vurğulayıb.
Azərbaycanda fəaliyyət göstərən dini icmaların rəhbərləri çıxışlarında əsl sülh, dostluq və qardaşlıq məkanı olan Azərbaycanda özlərini tam rahat hiss etdiklərini, dövlətin onlara göstərdiyi diqqət və qayğını yüksək qiymətləndirdiklərini diqqətə çatdırıblar. Onlar ölkəmizdə heç vaxt antisemitizm elementlərinin mövcud olmadığını xüsusilə vurğulayıblar.
Xəbər lenti
Hamısına baxSosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02
YAP xəbərləri
09 İyul 11:45
İqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50
Dünya
09 İyul 10:41
Siyasət
09 İyul 10:39
Dünya
09 İyul 10:17
İqtisadiyyat
09 İyul 10:08
Dünya
09 İyul 09:52
Analitik
09 İyul 09:50
Analitik
09 İyul 09:42
Ədəbiyyat
09 İyul 09:36
Ədəbiyyat
09 İyul 09:29
Dünya
09 İyul 09:20
Dünya
09 İyul 08:43
Dünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05
Sosial
08 İyul 16:01
Gündəm
08 İyul 15:23
Mədəniyyət
08 İyul 15:18
Dünya
08 İyul 15:18
YAP xəbərləri
08 İyul 15:17
Hərbi
08 İyul 15:03
Dünya
08 İyul 14:58
Dünya
08 İyul 14:20
Dünya
08 İyul 14:04
Sosial
08 İyul 13:58
Siyasət
08 İyul 13:42
Dünya
08 İyul 13:32
Dünya
08 İyul 13:09
Sosial
08 İyul 13:04
Sosial
08 İyul 13:03
İqtisadiyyat
08 İyul 13:02
İqtisadiyyat
08 İyul 12:41
YAP xəbərləri
08 İyul 12:23
İqtisadiyyat
08 İyul 12:19
İqtisadiyyat
08 İyul 12:05
Gündəm
08 İyul 11:53
İqtisadiyyat
08 İyul 11:50
Siyasət
08 İyul 11:45
Siyasət
08 İyul 11:25
Gündəm
08 İyul 10:58
Gündəm
08 İyul 10:49
Siyasət
08 İyul 10:31
YAP xəbərləri
08 İyul 10:20
Analitik
08 İyul 10:17
Elanlar
08 İyul 10:15
Analitik
08 İyul 09:56
Siyasət
08 İyul 09:30

