Azərbaycan-Rusiya əlaqələri strateji tərəfdaşlıq müstəvisində hərtərəfli inkişaf edir
13.07.2016 [09:48]
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov iyulun 12-də rusiyalı həmkarı Sergey Lavrov ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, görüşdə iki ölkənin liderlərinin yüksək səviyyəli dialoqunun və nümayiş etdirdikləri siyasi iradənin Azərbaycan və Rusiya arasında əlaqələrin strateji tərəfdaşlıq müstəvisində hərtərəfli inkişafına ciddi təkan verdiyi qeyd edilib. Müntəzəm xarakter daşıyan yüksək səviyyəli qarşılıqlı səfərlərin əməkdaşlığın irəli aparılmasında mühüm amil olduğunu deyən nazirlər əlaqələrin ikitərəfli və çoxtərəfli gündəliyinə və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinə dair ətraflı fikir mübadiləsi aparıblar.
Ölkələrimiz arasında qarşılıqlı hörmət prinsipləri əsasında ikitərəfli əlaqələrin inkişafı baxımından 2008-ci il iyulun 3-də imzalanmış Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında dostluq və strateji tərəfdaşlıq haqqında Bakı Bəyannaməsinin mühüm siyasi əhəmiyyəti vurğulanıb.
Azərbaycan və Rusiya arasında 2003-cü ilin fevralından parlamentlərarası komissiyanın fəaliyyətini qeyd edən tərəflər iki ölkənin qanunverici orqanlarının əməkdaşlığının davamlı xarakter daşımasından məmnunluq ifadə ediblər.
Söhbət zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində Vyana və Sankt-Peterburq görüşləri və bu xüsusda substantiv xarakter daşıyan danışıqların əhəmiyyəti vurğulanıb.
Ölkələrimiz arasında iqtisadi əlaqələrin inkişafında “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında iqtisadi məsələlər üzrə Hökumətlərarası Komissiya”, kənd təsərrüfatı və energetika məsələləri üzrə işçi qrupun oynadığı mühüm rol qeyd olunub. Nazirlər 2011-ci ildən başlayaraq keçirilən Azərbaycan-Rusiya Regionlararası Forumunun ölkələrimiz arasında iqtisadi-ticarət əlaqələrinin artmasına əsaslı töhfə verdiyini diqqətə çatdırıblar.
İki ölkə arasında ticarət dövriyyəsinin həcmindən məmnunluq ifadə edən tərəflər birgə səylərlə ikitərəfli ticarət əlaqələrinin tempinin daha da artırılmasını gündəlikdə duran vacib məsələlərdən biri kimi qeyd ediblər.
Azərbaycan və Rusiya arasında neft maşınqayırma, neft-kimya, metallurgiya, dağ-mədən sənayesi, aviasiya sənayesi, avtomobil sənayesi və kənd təsərrüfatı maşınqayırması, nəqliyyat və ağır maşınqayırma, əczaçılıq, turizm və digər sahələrdə əməkdaşlığın daha da inkişafı üçün əlverişli imkanların mövcudluğu vurğulanıb.
Şimal-Cənub nəqliyyat dəhlizinin genişmiqyaslı tranzit daşımaları üçün əhəmiyyətini vurğulayan nazirlər bu sahədə Azərbaycan-İran-Rusiya üçtərəfli əməkdaşlığını qeyd ediblər.
Tərəflər Xəzər məsələsində də ölkələrimiz arasında qarşılıqlı anlaşma və əməkdaşlığın mövcudluğuna toxunaraq, Azərbaycan və Rusiyanın digər Xəzəryanı ölkələrlə birlikdə Xəzər dənizinin dostluq və əməkdaşlıq məkanı olması istiqamətdə səylər göstərdiklərini bildiriblər.
Nazirlər Azərbaycan-Rusiya əlaqələrinin inkişafında humanitar ölçülərin xüsusi əhəmiyyətini qeyd edərək bu xüsusda Azərbaycan-Rusiya Humanitar Forumu, Bakı Humanitar Forumu, təhsil, elm və mədəniyyət sahələrində əməkdaşlığın inkişafına dair birgə layihələri, Rusiya ali təhsil müəssisələrinin Azərbaycanda filiallarının açılması və Azərbaycan Dövlət İqtisad Universitetinin Dağıstanda filialının açılmasını qeyd ediblər.
Rusiya mədəniyyət və incəsənət xadimlərinin Bakıya qastrollarının müntəzəm xarakter daşıdığını deyən nazirlər Bakının mədəni həyatında mühüm hadisəyə çevrilən “Jara” musiqi festivalının uğurla keçdiyini vurğulayıblar.
Söhbət zamanı qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Görüşdən sonra nazirlər birgə mətbuat konfransı keçiriblər.
Xəbər lenti
Hamısına baxSiyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14
Maraqlı
12 İyun 19:56
Dünya
12 İyun 19:21
Dünya
12 İyun 18:35
Dünya
12 İyun 17:59
Dünya
12 İyun 17:24
Dünya
12 İyun 16:41
Dünya
12 İyun 16:14
İqtisadiyyat
12 İyun 15:47
Siyasət
12 İyun 15:47
Sosial
12 İyun 15:47
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:45
İdman
12 İyun 15:30
İqtisadiyyat
12 İyun 15:23
Dünya
12 İyun 15:06
Dünya
12 İyun 14:45
İqtisadiyyat
12 İyun 14:43
İdman
12 İyun 14:42
Dünya
12 İyun 14:41
Dünya
12 İyun 14:41
YAP xəbərləri
12 İyun 14:40
YAP xəbərləri
12 İyun 14:30
YAP xəbərləri
12 İyun 14:28
Dünya
12 İyun 14:19
YAP xəbərləri
12 İyun 14:04
Dünya
12 İyun 13:57
YAP xəbərləri
12 İyun 13:54
Dünya
12 İyun 13:35
Elm
12 İyun 12:48
Sosial
12 İyun 12:48
YAP xəbərləri
12 İyun 12:37
Xəbər lenti
12 İyun 12:37
Siyasət
12 İyun 12:22
Gündəm
12 İyun 12:21
YAP xəbərləri
12 İyun 12:13
Sosial
12 İyun 12:11
Dünya
12 İyun 12:10
Gündəm
12 İyun 11:59
Siyasət
12 İyun 11:57
YAP xəbərləri
12 İyun 11:54
İqtisadiyyat
12 İyun 11:49
İqtisadiyyat
12 İyun 11:48
İqtisadiyyat
12 İyun 11:47
İqtisadiyyat
12 İyun 11:47
Dünya
12 İyun 11:39
Dünya
12 İyun 11:33
Gündəm
12 İyun 11:25
Siyasət
12 İyun 11:22
Siyasət
12 İyun 11:16
Sosial
12 İyun 11:01

