“Human Rights Watch” ölkəmizə qarşı qərəzli mövqeyini davam etdirir
14.01.2017 [10:00]
Özünü insan hüquqlarının müdafiəçisi kimi qələmə verən bu təşkilatın sərgilədiyi mövqe onun hansı məqsədlərə xidmət etdiyini bir daha təsdiqləyir
İnsan hüquqlarının müdafiəsi sahəsində ixtisaslaşan bir sıra beynəlxalq qeyri-hökumət təşkilatları müxtəlif sifarişçi qrupların əmrlərinə uyğun olaraq müəyyən ianələrin qarşılığında bu və ya digər ölkənin ünvanına hədyanlar yazmağa vərdiş ediblər. Belə təşkilatlardan biri də “Human Rights Watch”dur. Azərbaycanın beynəlxalq miqyasda əldə etdiyi uğurlar, ölkəmizin dünyada getdikcə artan nüfuzu, siyasi arenada söz sahibinə çevrilməsi bir çox anti-Azərbaycan dairələrin, erməni lobbisinin yuxusunu ərşə çəkdiyi kimi, “Human Rights Watch” kimi ələbaxan təşkilatları da qıcıqlandırmaqdadır. Odur ki, təşkilat növbəti dəfə ölkəmizin ünvanına hədyanlar söyləməyə çox uğursuz bir cəhd edib. Təşkilatın bu günlərdə açıqladığı 2016-cı il üçün Dünya Hesabatında (World Report 2016) guya planetin 90 ölkə və ərazisində il ərzində insan hüquqlarının vəziyyəti öyrənilib, bu sahədə hökumətlərin fəaliyyəti təhlil edilib. Hesabatın bir fəsli də Azərbaycana həsr olunub.
Hesabatın elə ilk cümləsindən bəlli olur ki, bu sənəd sırf sifariş əsasında hazırlanıb. Ölkəmizlə bağlı qeyri-dəqiq informasiyaların yer aldığı hesabatın əsas məqsədi məhz Azərbaycan haqqında beynəlxalq arenada yanlış rəy formalaşdırmaqdır. Lakin bu təşkilat, eləcə də onların ölkədəki informatorları unudurlar ki, Azərbaycan hüquqi dövlətdir, burada qanunların aliliyi tam şəkildə təmin olunur və heç kim yol verdiyi xətalara, törətdiyi cinayətlərə görə cəzasız qalmayacaq. Hesabat müəllifləri, eləcə də onların yerli “donosçular”ı bilməlidirlər ki, hansısa bloq yaratmaq, facebook hesabı açmaq, internetdən aktiv istifadə etmək insanı törətdiyi cinayətə görə məsuliyyət daşımaqdan azad etmir. Digər tərəfdən isə hesabatda diqqət çəkən məqamlardan biri də odur ki, burada adları keçən bir çox şəxslərlə bağlı məhkəmə prosesləri hələ də davam etməkdədir. Lakin onların guya həbs edilmiş şəxslər kimi qələmə verilməsi heç bir məntiqə sığmır.
Ekspertlər belə hesab edirlər ki, “Human Rights Watch”, eləcə də onun kimi təşkilatların arxasında dayanan əsas təkanverici mənbə Qərbdə fəaliyyət göstərən güclü və zəngin erməni lobbisidir. Məhz bu baxımdan, mayaları böhtan və qərəzdən, siyasi şantaj üsullarından yoğrulmuş bu tipli “insan hüquqlarının müdafiəsi” təşkilatlarının beynəlxalq ictimaiyyətdə Azərbaycan əleyhinə mənfi rəy yaratmaq cəhdləri növbəti dəfə fiaskoya uğradı.
Hesabatda diqqət çəkən daha bir məsələ var. Məlum olduğu kimi, Prezident İlham Əliyev tərəfindən ötən il Azərbaycanda “Multikulturalizm ili” elan olunmuşdu. Hesabat dövründə ölkəmizdə dünya miqyaslı silsilə tədbirlər, konfranslar, forumlar keçirildi. Tədbirlərdə dünyanın tanınmış siyasi liderləri, nüfuzlu siyasətçilər, Nobel mükafatçıları, dünya siyasətində söz sahibi olan şəxslər iştirak etdilər. Sadalanan tədbirlərdə dünya gündəmini zəbt edən mühüm məsələlər müzakirə olundu. Lakin qəribəsi isə odur ki, bütün bu hadisələr “Human Rights Watch”un “iti” gözündən kənarda qaldı. Halbuki, Qərbin bir sıra ölkələrində multikulturalizmdən artıq imtina olunub. Bəzi Qərb dövlətlərində ayrı-seçkilik hiss ediləcək dərəcədə çoxalmağa başlayıb. Amma nədənsə beynəlxalq hüquq müdafiə təşkilatları, o cümlədən “Human Rights Watch” bu məsələyə göz yummaqdadırlar. Əvəzində isə dünya miqyasında sülhü və dostluğu təbliğ edən, tarixdə ilk dəfə təşkil olunan I Avropa Olyunlarına müvəffəqiyyətlə ev sahibliyi edən, bir neçə aydan sonra Bakıda təşkil olunacaq nəhəng idman yarışı - IV İslam Həmrəylik Oyunlarını keçirməyə hazırlaşan Azərbaycanı təşkilat əsassız olaraq tənqid edir, qərəzli olaraq ölkəmiz barəsində iddialar irəli sürür.
Maraqlıdır, görəsən, hər il “Uoll-striti işğal et” şüarı ilə Nyu-Yorkda, Vaşinqtonda və ABŞ-ın digər şəhərlərində keçirilən aksiyaların iştirakçıları ilə polisin amansız davranışı, aksiya fəallarının həbsi niyə hesabatda tənqid olunmur? Yaxud Böyük Britaniyada etirazlar zamanı minlərlə insanın iğtişaşçı kimi həbs edilməsi, bloqqerlərin məhkum olunması, internetin qapadılmasıdamı demokratiyanın təzahürləridir? Əgər “Human Rights Watch” dünyada insan hüquqlarının qorunmasında bu qədər maraqlı və ədalətlidirsə, bəs onda görəsən, nədən bir dəfə də Azərbaycanla bağlı icra olunmayan BMT qətnamələrinin yerinə yetirilməsini beynəlxalq aləmdən tələb etmir, yaxud Xocalı soyqırımını gündəmə gətirmir? Xocalıda günahsız insanların gülləbaran edilməsində bilavasitə rol almış Ermənistanın indiki rəhbərliyinin ünvanına hər hansı tənqidi fikir niyə səsləndirilmir? Bu sualların cavabı tam aydındır. Çünki “Human Rights Watch” kimi təşkilatların, eləcə də onlara himayədarlıq edən bəzi Qərb dövlətlərinin öz müstəqil siyasəti olan, daim tərəqqiyə can atan, xalqla hakimiyyət arasında heç bir fikir ayrılığı olmayan ölkələrin inkişafını gözləri götürmür. Elə bu səbəbdən də həmin ölkələrdə baş verən prosesləri qara eynək arxasından izləyirlər. Çox təəssüf ki, dünyaya demokratiya, insan hüquqları, mətbuat azadlığı deyə hayqıranların əsl simaları budur. Odur ki, “Human Rights Watch” kimi təşkilatların hazırladıqları “hesabatlar” Azərbaycan cəmiyyəti üçün bir o qədər də maraq kəsb etmir və etməyəcək də...
Səlim Loğmanoğlu
Xəbər lenti
Hamısına baxElm
12 İyun 12:48
Sosial
12 İyun 12:48
YAP xəbərləri
12 İyun 12:37
Xəbər lenti
12 İyun 12:37
Siyasət
12 İyun 12:22
Gündəm
12 İyun 12:21
YAP xəbərləri
12 İyun 12:13
Sosial
12 İyun 12:11
Dünya
12 İyun 12:10
Gündəm
12 İyun 11:59
Siyasət
12 İyun 11:57
YAP xəbərləri
12 İyun 11:54
İqtisadiyyat
12 İyun 11:49
İqtisadiyyat
12 İyun 11:48
İqtisadiyyat
12 İyun 11:47
İqtisadiyyat
12 İyun 11:47
Dünya
12 İyun 11:39
Dünya
12 İyun 11:33
Gündəm
12 İyun 11:25
Siyasət
12 İyun 11:16
Sosial
12 İyun 11:01
İqtisadiyyat
12 İyun 10:50
İqtisadiyyat
12 İyun 10:38
YAP xəbərləri
12 İyun 10:20
Analitik
12 İyun 10:16
Analitik
12 İyun 09:51
Yeni texnologiyalar
12 İyun 09:30
Analitik
12 İyun 09:17
Sosial
12 İyun 08:52
Sosial
12 İyun 08:36
Dünya
12 İyun 07:24
Dünya
12 İyun 00:19
Siyasət
11 İyun 23:51
Dünya
11 İyun 23:49
İdman
11 İyun 23:21
Sosial
11 İyun 23:21
Dünya
11 İyun 22:46
Dünya
11 İyun 22:34
Sosial
11 İyun 22:19
Sosial
11 İyun 21:55
Dünya
11 İyun 21:52
Siyasət
11 İyun 21:48
Dünya
11 İyun 21:28
Dünya
11 İyun 21:10
Dünya
11 İyun 20:41
Dünya
11 İyun 20:16
Sosial
11 İyun 19:52
Dünya
11 İyun 19:20
Xəbər lenti
11 İyun 19:04
Dünya
11 İyun 18:26
YAP xəbərləri
11 İyun 18:08
YAP xəbərləri
11 İyun 18:08
11 İyun 18:07
YAP xəbərləri
11 İyun 18:06
İqtisadiyyat
11 İyun 18:00
İqtisadiyyat
11 İyun 17:17
Xəbər lenti
11 İyun 16:52
YAP xəbərləri
11 İyun 16:39
Dünya
11 İyun 16:39
Elm
11 İyun 16:29
İqtisadiyyat
11 İyun 16:28
Sosial
11 İyun 16:26
Siyasət
11 İyun 16:03
YAP xəbərləri
11 İyun 15:55
Dünya
11 İyun 15:54
Sosial
11 İyun 15:42
Xəbər lenti
11 İyun 15:30
YAP xəbərləri
11 İyun 15:27
Sosial
11 İyun 15:05
YAP xəbərləri
11 İyun 15:04

