Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Siyavuş Novruzov: ABŞ və Rusiya Baş Qərargah rəislərinin Bakıda görüşməsi Azərbaycanın beynəlxalq aləmdə nüfuzunu göstərir

Siyavuş Novruzov: ABŞ və Rusiya Baş Qərargah rəislərinin Bakıda görüşməsi Azərbaycanın beynəlxalq aləmdə nüfuzunu göstərir

17.02.2017 [10:17]

ABŞ-ın Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin sədri, general Cozef Danford və Rusiya Müdafiə nazirinin birinci müavini, Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeriy Gerasimovun görüş yeri üçün məhz Azərbaycanı seçməsi ölkəmizin beynəlxalq aləmdə qazandığı nüfuzun göstəricisidir.
Bunu Trend-ə Yeni Azərbaycan Partiyası İcra katibinin müavini, Milli Məclisin komitə sədri Siyavuş Novruzov deyib.
S.Novruzov bildirib ki, Azərbaycan hər zaman sülhü, humanizmi dəstəkləyir, multikultural dəyərlərin qorunub saxlanması, o cümlədən dinlərarası münasibətlərin inkişafı üçün mütəmadi addımlar atır: “Azərbaycanda buna qədər dəfələrlə forumlar, ən yüksək tədbirlər keçirilib. Azərbaycanda olan ictimai-siyasi sabitlik, xalq-iqtidar birliyi, azadlıq, demokratiya yüksək inkişafın təzahürüdür. Bundan öncə Rusiya və İranın dövlət başçıları Azərbaycanda görüşüblər. Belə tədbirlərin Azərbaycanda keçirilməsinə hər bir ölkə razılıq verib. Məsələn, səsvermə ilə Avropa Oyunları Azərbaycana təyin olunub, Azərbaycan 155 səslə BMT Təhlükəsizlik Şurasına üzv seçilib. Yəni bu, Azərbaycanın dünyada, beynəlxalq aləmdə nüfuzunun artması, Azərbaycanın daxilində yaradılan ictimai-siyasi sabitlik və Azərbaycan Prezidentinin apardığı siyasətin nəticəsidir. Bilirlər ki, Azərbaycanda belə toplantıların keçirilməsi çox böyük fayda verəcək”.

Paylaş:
Baxılıb: 560 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Sosial

Sosial

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30